Məhkəmə qərarları › İş №2(036)-1046/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1046/2024

13.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1046/2024 13.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1959-cu il təvəllüdlü əmisi arvadı X1 xx.xx.2002-ci ildə İmişli şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Ərizəçi məhkəmə iclasında məhkəməyə vəsatət təqdim edərək ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə ərizəçinin vəsatətini nəzərdən keçirib hesab edir ki, vəsatət qanuni və əsaslı olduğuna görə təmin edilərək iddia ərizəsi geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları ilə müəyyən olur ki, Ərizəçi tərəfindən ərizə üzrə xx.xx.2024-cü il tarixli, 4350 nömrəli qəbz əsasında “Azərbaycan Respublikası Mərkəzi Bankı”-hökümət ödəniş portalı vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarıldığı üçün həmin rüsum ərizəçiyə qaytarılmalıdır. Mülki-Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizə üzrə xx.xx.2024-cü il tarixli, 4350 nömrəli qəbz əsasında “Azərbaycan Respublikası Mərkəzi Bankı”-hökümət ödəniş portalı vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 100 manat Dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar