Məhkəmə qərarları › İş №2(036)-1048/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1048/2024

09.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1048/2024 09.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddia ərizəsinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus olan “TOFAŞ DOĞAN” minik markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun kürəkənidir. Cavabdeh 4 ay əvvəl ondan xəbərsiz qarajın qapısını qıraraq ona məxsus “TOFAŞ DOĞAN” minik markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili aparmış və geri qaytarmamışdır. O, hadisə ilə bağlı İmişli RPŞ-yə ərizə vermiş, lakin ona bildirmişlər ki, cavabdeh onun keçmiş qohumudur, ona görə də mülki iş hesab edilir və maşının qaytarılması barədə məhkəməyə müraciət etməlidir.

3. AD 336114 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “TOFAŞ DOĞAN” minik markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil İmişli rayonu Muradallı kənd sakini İddiaçı adınadır.

4. Cavabdeh Qara oğlu tərəfindən iddia tələbinə qarşı etiraz daxil olmuşdur.

5. Etiraz onunla əsaslandırılmışdır ki, “TOFAŞ DOĞAN” minik markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ildə iddiaçının qardaşı X1 1500 manat pul müqabilində almışdır. Avtomobili aldıqdan sonra avtomaşını təmir etdirmiş və 2500 manat məbləğində xərc çəkmişdir. Bu səbəbdən də, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 cavabdehin etirazında göstərdiyi xüsusatları təkzıb edərək rədd etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçı iddianı müdafiə edib təmin olunmasını xahiş etdi.

8. Cavabdeh Qara oğlu iddianı qəbul etməyərək rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının

9. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

10. Maddə 29. Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

12. Maddə 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

13. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.

22. Belə ki, iş materialları ilə müəyyən olur ki, “TOFAŞ DOĞAN” minik markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ əsasında İmişli rayonu Muradallı kənd sakini İddiaçı məxsusdur.

23. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

26. İşin tədqiq edilən hallarından da göründüyü kimi “TOFAŞ DOĞAN” minik markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Onun mülkiyyət hüququ pozulmaqdadır və o, pozulmuş hüququnun məhkəmə qaydasında bərpa edilməsini tələb edir.

27. Məhkəmə iclasında cavabdeh iddianın rədd olunması ilə əlaqədar başqa bir sübut təqdim etməmiş, etirazı barədə dəlillərini əsaslandıra bilməmiş və etirazında qeyd olunan halları sübuta yetirə bilməmişdir.

28. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilərək Cavabdeh “TOFAŞ DOĞAN” minik markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil alınıb İddiaçı verilməlidir.

29. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiası təmin edilsin. Cavabdeh “TOFAŞ DOĞAN” minik markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil alınıb İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar