Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-11/2021 18.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, X6 və Zamin5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 və X2 müştərək qaydada 23786.63 ABŞ dolları əsas borc, 12422.97 ABŞ dolları faiz borcu, 17484.67 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 53694.27 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tələbin İmişli şəhəri, Natəvan küçəsində Cavabdeh mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 5 otaqlı 109.3 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 və X2 müştərək qaydada tutulması və İmişli şəhəri, Natəvan küçəsində Cavabdeh mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 109.3 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, Zamin2, Zamin5 və X4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 13 yanvar 2010-cu il tarixli, 20L000000061 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 26 dekabr 2013-cü il tarixli, 20R000006384 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 29.06.2015-ci il tarixli 20R000006384S saylı, 08.01.2016-cı il tarixli 20R000006384SA saylı, 30.08.2016-cı il tarixli 20R000006384SB saylı və 13.04.2017-ci il tarixli 20R000006384SC saylı sazişlə razışlaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 26.10.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 26213.37 ABŞ dolları ödəmiş, onun 23786.63 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün fazi bu kredit razılşamasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişdir ki, Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 30.10.2018-ci il tarixə 369 gün üçün hesablanmış faiz borcu 12422.97 ABŞ dolları təşkil edir. Kredit razılamasının 4.2.2-ci bəndində əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üzrə kredit qalığının 0.5% məbləğində cərimə ödəməllidir. 30.10.2018-ci il tarixə 369 gün üçün hesablanmış cərimə borcu 17484.67 ABŞ dolları təşkil edir. Kredir xətti müqavilsəinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Əlavə olaraq kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Zamin1, Zamin2, Zamin3 və X6 zaminlik müqaviləsinə əsasən bank qarşısında Cavabdeh ilə eyni həcmli məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavbadeh ipoteka qoyan Cavabdeh Xanış oğlu İddiaçı QSC ilə bağladığı 13.01.2010-cu il tarixli 20M********** ipoteka müqaviləsi ilə İmişli şəhəri, Natəvan küçəsində Cavabdeh mülkiyyətində olan 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 109.3 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sabirabad Ərazi İdarəsində 6 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmış və MA ******* nömrəli çıxarışla Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışıdr. İmişli şəhəri, Natəvan küçəsində olan 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 109.3 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi ipoteka müqaviləsinə əsasən İddiaçı QSC qarşısında yüklü edilərkən həmin evdə qeydiyyatda olan Cavabdeh, Zamin2, Zamin5 və X6 notariat kotoruna ərizə təqdim edərək əmlakın İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilməsinə razı olduğlarını bildirmişlər və ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Cavabdehlərə borcun qaytarılmasına dair xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, kredit borcu üzrə cərimə borcu həddindən artıq şişirdildiyi üçün cərimə borcunu qəbul etmir. Həmçinin ona məxsus İmişli şəhəri, Natəvan küçəsində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 109.3 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir və həmin ev 45000 manat məbləğində qiymətləndirilmişdir. Hazırda evin həmin qiyməti ilə razı deyildir. Odur ki, bütün bunları nəzərə alaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Zamin1, Zamin2, Zamin3, Zamin5 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 13 yanvar 2010-cu il tarixli, 20L000000061 saylı kredit xətti müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh 120 ay müddətinə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 26 dekabr 2013-cü il tarixli, 20R000006384 saylı saylı kredit razılaşmasından görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqavilələrindən görünür ki, cavabdehlər Zamin1, Zamin2, Zamin3 və X6 arasında bağlanan zaminlik müqavilələrinə əsasən, kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə onunla birlikdə eyni həcmli məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan 13 yanvar 2010-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus İmişli şəhəri, Natəvan küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 109.3 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edib. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh məxsus 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 109.3 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 31 oktyabr 2018-ci il tarixə İddiaçı QSC-yə əsas borc 23786.63 ABŞ dolları, faiz borcu 12422.97 ABŞ dolları və cərimə borcu 17484.67 ABŞ dolları təşkil edir. İşə əlavə edilmiş məhkəmə ekspertizasının 25 noyabr 2019-cu il tarixli, 17835 saylı rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 13 aprel 2017-ci il tarixli, 20R000006384SC saylı kredit müqaviləsi üzrə Cavabdeh 30 oktyabr 2018-ci il tarixədək banka olan əsas borcu 26255,70 ABŞ dolları və faiz borcu 6345,66 ABŞ dolları müəyyən olunmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli 0705/21AB saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Cavabdeh mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 109.3 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinin hal-hazırda real bazar qiyməti 55000 (əlli beş min) manat, likvid qiyməti 45000 (qırx beş min) manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, cavabdehlər müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərini vaxtında və lazımınca icra etməmişlər, hazırda onların iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehlərin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və hesablanmış 17484.67 ABŞ dolları məbləğində dəbbə pulunun onların maddi vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə görə əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə təmin edilir. 39.1-ci maddəsinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasına əsasən 44962.40 manat, müstəqil qiymətləndiricinin rəyi əsasında isə real bazar qiyməti 55000 (əlli beş min) manat, likvid qiyməti 45000 (qırx beş min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 və X2 müştərək qaydada 23786,63 ABŞ dolları əsas borc, 6345,66 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh İmişli şəhəri, Natəvan küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 109.3 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borc ödənilməli, qalan vəsait Cavabdeh qaytarılmalı, satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda isə qalan borc məbləği cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 və X2 müştərək qaydada tutulmalı və İmişli şəhəri, Natəvan küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 109.3 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, Zamin2, Zamin5 və X6 həmin yaşayış evinə istifadə hüququnun itirməli, onlar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalı, əmlak boşaldılmalı və alıcıya təhvil verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 və X2 müştərək qaydada 23786,63 ABŞ dolları əsas borc, 6345,66 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, olmaqla cəmi 30232.29 (otuz min iki yüz otuz iki dollar, iyirmi doqquz sent) ABŞ dolları məbləğində pul qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manat ilə hesablanaraq tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 və X2 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh mülkiyyətində olan ipoteka predmeti İmişli şəhəri, Natəvan küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 109.3 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunan vəsait hesabına qeyd olunan borc məbləği ödənilsin, qalan vəsait Cavabdeh qaytarılsın. Əmlakın satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda isə qalan borc məbləği cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 və X2 ümumi qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İpoteka predmeti olan Cavabdeh mülkiyyətində olan ipoteka predmeti İmişli şəhəri, Natəvan küçəsində yerləşən 0.05 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 109.3 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinin real bazar qiyməti 55000 (əlli beş min) manat, likvid qiyməti 45000 (qırx beş min) manat müəyyən edilsin. Cavabdeh mülkiyyətində olan İmişli şəhəri, Natəvan küçəsində 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 109.3 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, Zamin2, Zamin5 və X4 həmin yaşayış evinə istifadə hüquqları itirilsin, onlar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılsın, əmlak boşaldılsın və alıcıya təhvil verilsin. İş üzrə keçirilmiş 25 noyabr 2019-cu il tarixli, 17835 saylı məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Cavabdeh tutularaq SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab № AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəmsinə apelyasiya şikayəti vermək olar. Hakim:Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-11/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-11/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver