Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1134/2021 28.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm akt qeydində düzəlişin olunması tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Sarıxanlı KİN tərəfindən 26.08.1989-cu ildə tərtib edilmiş X5 ölümü haqqında akt qeydinin düzgün olmaması faktının müəyyən edilməsi və həmin akt qeydinə düzəliş edilərək İmran Zamanovun ata adının “Məhərrəm” kimi yazılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, babası İmran 1989-cu ildə vəfat etmişdir. Ölümü qeyd etdirmək üçün Maraqlı şəxsnə müraciət etmiş və ölüm haqqında şəhadətnamə almışdır. Lakin ölüm haqqında şəhadətnamədə babası X5 ata adını səhvən “Abış” kimi yazılmışdır. Qeyd olunan akt qeydində düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin şöbə akt qeydinin düzəliş edilməsindən imtina etmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1984-cü il tarixdə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuşdur. X7, anası X6r. İşdə olan İ-JQ 466633 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X8 arasında nikah 26 noyabr 1977-ci il tarixdə İmişli rayon Sarıxanlı kənd sovetliyində bağlanmış və həmin nikah 22 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 01.07.1950ci il tarixdə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuşdur. X2, anası X1r. İşdə olan arayışdan görünür ki, X10 ilə X4 arasında nikah 01 noyabr 1962-ci il tarixdə İmişli rayon Sarıxanlı KİN-də bağlanmış və həmin nikah 31 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 13.06 2019-cu ildə İmişli rayonunun Sarıxanlı kəndində vəfat etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 04.06.2012-ci ildə İmişli rayonunun Sarıxanlı kəndində vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş rəydən görünür ki, İmişli rayon Sarıxanlı KİN tərəfindən 26.08.1989-cu ildə tərtib edilmiş X11 ölümü haqqında akt qeydinə düzəliş edilməsindən imtina edilmişdir. İşdə olan arayışdan görünür ki, X14 25.08.1989-cu il tarixdə İmişli rayonunun Sarıxanlı kəndində vəfat etmişdir. İşdə olan arayışdan görünür ki, İmişli rayon Sarıxanlı kənd sakini X10 vəfat etdiyi 10 avqust 1989-cu il tarixə kimi Sarıxanlı kəndində yaşamışdır. Məzar daşı fotoşəkillərindən görünür ki, İmişli rayon Sarıxanlı KİN tərəfindən 26.08.1989-cu ildə tərtib edilmiş ölüm akt qeydində adı qeyd olunmuş X11 adı məzar daşı fotoşəklində X3 yazılmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, İmişli rayon Sarıxanlı KİN tərəfindən 26.08.1989-cu ildə tərtib edilmiş ölüm aktında İmran Zamanov ata adı səhvən Abış kimi qeyd olunmuşdur. Əslində ata adı Məhərrəm kimi yazılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, İmişli rayon Sarıxanlı KİN tərəfindən 26.08.1989-cu ildə tərtib edilmiş İmran Zamanov ölüm haqqında akt qeydinin düzgün olmaması faktının müəyyən edilməlidir və həmin akt qeydinə düzəliş edilərək İmran Zamanovun ata adı Məhərrəm kimi qeyd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. İmişli rayon Sarıxanlı KİN tərəfindən 26.08.1989-cu ildə tərtib edilmiş İmran Zamanovun ölüm haqqında akt qeydinin düzgün olmaması faktı müəyyən edilsin və həmin akt qeydinə düzəliş edilərək İmran Zamanovun ata adı Məhərrəm kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1134/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1134/2021
28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver