Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1187/2021 04.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 22 iyun 2011-ci ildə İmişli rayonu Xubyarlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, onun 13.11.1993-cü il təvəllüdlü qızı Türkanə Məmmədova 22 iyun 2011-ci ildə İmişli rayonunun Xubyarlı kəndində vəfat etmiş, yaxın qohum və qonşuların iştirakı ilə Çaxırlı kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin səhlənkarlıqlarının nəticəsində qızının vəfatı barədə həkimdən arayış almamışlar. Qızına ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin həkimdən rəy olmadığına görə Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1963-cü ildə İmişli rayonunun Xubyarlı kəndində anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13 noyabr 1993-cü il tarixdə İmişli rayonunun Xubyarlı kəndində anadan olmuşdur. X1, anası Ərizəçidır. İşdə olan məzar daşı fotoşəkillərindən görünür ki, X7 22 iyun 2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon İHB-nın Məzrəli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31.03.2021-ci il tarixli 569 nömrəli arayışdan görünür ki, X7 22 iyun 2011-ci il tarixdə vəfat etmiş və İmişli rayonunun Çaxırlı kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan İmişli rayon Məzrəli KİƏD üzrə nümayəndəliyində Xubyarlı kənd sakinləri X5, X8 və X2 tərəfindən imza edilmiş aktdan görünür ki, X7 22 iyun 2011-ci il tarixdə vəfat etmiş və İmişli rayonunun Çaxırlı kənd qəbirstanlığında dəfn olunmuşdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, X7 22 iyun 2011-ci il tarixdə vəfat etmiş, lakin onun ölümü qeydə alınmamışdır. Maraqlı şəxs 01 aprel 2021-ci il tarixli rəyindən görünür ki, X3 ölümü haqqında həkim rəyi olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 13 noyabr 1993-cü il təvəllüdlü X3 22 iyun 2011-ci ildə İmişli rayonunun Xubyarlı kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 13 noyabr 1993-cü il təvəllüdlü X3 22 iyun 2011-ci il tarixdə İmişli rayonunun Xubyarlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1187/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1187/2021
04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver