Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1256/2022 23.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X2 18.04.2017-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, qızı X5 ailə üzvləri ilə birlikdə İmişli rayonu, Oruclu kəndində yaşamış və 18 aprel 2017-ci il tarixdə yaşadığı evin həyətindəki ev quşlarının saxlanıldığı damda özünü kəndirlə asaraq intihar etmişdir. İmişli rayon prokurorluğunda onun ölməsi ilə bağlı araşdırma aparılmış və intihar etməsi faktı öz təsdiqini tapmışdır. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmamışdır. Ona görə də, X2 18 aprel 2017-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin XVİİİ-JQ № 429079 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 doğulmuş X1 Fikrət Hüseyn oğlundan törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 04.03.2022-ci il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X2 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşdə olan İmişli RİHB-nin Ağaməmmədli kənd İƏD üzrə İN tərəfindən təsdiq edilmiş 07.03.2022-ci il tarixli 24 nömrəli arayışında göstərilmişdir ki, X5 18.04.2017-ci il tarixdə İmişli rayonunda vəfat etmiş və Oruclu kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan İmişli rayon Prokurorluqunun “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 29.06.2016cı il tarixli qərarının surətinə əsasən İmişli rayon Ağaməmmədli kənd sakini X5 18 aprel 2017-ci il tarixdə yaşadığı evin həyətindəki ev quşlarının saxlanıldığı damda özünü kəndirlə asaraq intihar etmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X2 18.04.2017-ci il tarixdə İmişli rayonu Ağaməmmədli kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X2 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X2 ölüm tarixi: 18.04.2017-ci il; öldüyü yer: İmişli rayonu qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-1256/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1256/2022
23.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver