Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1268/2025 19.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Qənimət Tərlan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Sabirabad şəhəri 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞS/MT-23/2024-02397 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1.3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 2010-cu ildə faktiki ailə münasibətə girərək evlənmişdir. Bu münasibəti xx.xx.2017-ci ildə rəsmiləşdirərək rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. Maraqlı şəxs madi olaraq ona və övladlarına baxmadığı üçün, övladlarının tələbatlarını ödəmək onları saxlamaq çətin olduğu üçün nikahın pozulması və aliment tələbi barədə mediasiya təşkilatına müraciət etmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatının mediatoru X7 qəbulunda mediasiya sessiyasında xx.xx.2024cü il tarixində Maraqlı şəxs ilə barışıq sazişi bağlamışlar. Belə ki, cavabdeh könüllü olaraq nikahın pozulmasına razı olduğunu və uşağların onun himayəsində qalmasına razılıq vermişdir. Həmçinin Maraqlı şəxs övladları xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün noyabr ayından etibarən hər ayın 30-u bir uşaq üçün 200 (iki yüz) manat olmaqla dörd uşaq üçün cəmi 800 (səkkiz yüz) manat sabit pul məbləğində alimenti onun kart hesabına ödəyəcəyi öhdəliyini öz öhdəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs sazişdə qeyd edilən 1.3 -cü bənddəki şərti pozaraq aliment məbləğini artıq 4 aydır ki, onun hesabına ödəməmişdir. Barışıq sazişi 10 gün müddətinə icra edilməlidir. Həmin müddət keçməsinə baxmayaraq hazırda 2-ci tərəf barışıq sazişini icra etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs özü tərəfindən ödədiyi ödənişlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, 1.1 Tərəflərin hər iksidə nikahın pozulmasına razıdır. 1.2 Tərəflərin razılığına əsasən İkinci tətəf- Maraqlı şəxs övladları xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X2 anası yəni Birinci tərəf Ərizəçi himayəsində qalması öhdəliyini öz üzərinə götürür. 1.3 ikinci tərəf Maraqlı şəxs, övladları xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün bir uşaq üçün 200 (iki yüz) manat olmaqla dört uşaq üçün cəmi 800 (səkkiz yüz) manat pul məbləğində alimenti kart hesabı vasitəsilə noyabr ayının 30-dan etibarən hər ayın 30-u Birinci tərəf Ərizəçi xeyirinə ödəyəcəyi öhdəliyini öz üzərinə götürür. 1.4 Birinci tərəf Ərizəçi, İkinci tərəf Maraqlı şəxs övladları ilə öncədən məlumat vermək şərti ilə ünsiyyətdə olması öhdəliyini öz üzərinə götürür. 1.5 Yuxarda qeyd edilən hər hansı bənddəki şərt pozularsa tərəflər bu saziş əsasında məhkəmə orqanlarına müraciət edə bilərlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maraqlı şəxs tərəfindən yazılmış məktubdan görünür ki, Ərizəçi onun övladlarına baxmaması ilə bağlı iddiası əsassızdır. Belə ki, aralarında olan barışıq sazişinə əsasən uşaqların saxlanması üçün ödəniləcək aylıq 800 (səkkiz yüz) manat məbləğin köçürülməsi üçün bank kartının nömrəsini dəfələrlə tələb etsə də ona kart haqqında məlumat təqdim edilməmişdir. Bunun əvəzində ona aid olan bank kartlarından biri böyük qızı Ayladadır və noyabr ayından etibarən həmin kartdan 1000 (bir min) manat vəsait onlar tərəfindən xərclənilmişdir. Bundan başqa noyabr ayından etibarən hər ay 2-3 dəfə, hər birinin dəyəri təqribən 400-500 manat olmaqla 3500 manatlıq ərzaq məhsullarını İmişli şəhərindən Bakı şəhərinə gedən taksilər vasitəsi ilə uşaqlara çatdırılması üçün Ərizəçi anası X3 dəqiq yerini bilmədiyi, lakin taksi sürücülərinin tanıdığı Bakı şəhəri 3-cü mikrarayon dairəsi adlanan yerdəki lombard fəaliyyəti göstərən iş yerinə göndərmiş və Rəna Nəsirovaya həmin bağlamalar təhvil verilmişdir. Bunu taksi sürücüləri, Rəna Nəsirova və övladları da təsdiq edə bilərlər. Bundan əlavə 2024-cü ilin noyabr ayından etibarən 12865 türk lirəsi (təqribən 600 manat) dəyərində geyim əşyalarını Türkiyənin Trendyol internet mağazasından alaraq övladlarına göndərmişdir. Sual oluna bilər ki, Ərizəçi niyə uşaqların saxlanması üçün ödəniləcək aylıq 800 manat pulun köçürülməsi üçün bank kartı məlumatlarını təqdim etməsin? Cavab onun üçün aydındır, Ərizəçi bunu qəsdən edib, o, övladlarını nə qədər çox istədiyini və onları ehtiyac içində qoymayacağını da bilirmiş, buna görə onun göndərdiyi ərzaqları istehlak edib pulların yığılmasını gözləmişdir. Möhtərəm hakimdən dediklərinin sübutu üçün taksi sürücüsü X1 (*** *** ** **), X5 (*** *** ** **) və övladları Ayla, Nigar və Selcanın məhkəməyə dəvət edilməsini xahiş etmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)- 330/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs arasında 1 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə 1166 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 11873083 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 11873084 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, 1.1 Tərəflərin hər iksidə nikahın pozulmasına razıdır. 1.2 Tərəflərin razılığına əsasən İkinci tətəf- Maraqlı şəxs övladları xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X2 anası yəni Birinci tərəf Ərizəçi himayəsində qalması öhdəliyini öz üzərinə götürür. 1.3 ikinci tərəf Maraqlı şəxs, övladları xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün bir uşaq üçün 200 (iki yüz) manat olmaqla dört uşaq üçün cəmi 800 (səkkiz yüz) manat pul məbləğində alimenti kart hesabı vasitəsilə noyabr ayının 30-dan etibarən hər ayın 30-u Birinci tərəf Ərizəçi xeyirinə ödəyəcəyi öhdəliyini öz üzərinə götürür. 1.4 Birinci tərəf Ərizəçi, İkinci tərəf Maraqlı şəxs övladları ilə öncədən məlumat vermək şərti ilə ünsiyyətdə olması öhdəliyini öz üzərinə götürür. Sazişin 5-cı bəndinə əsasən tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. İmzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Bundan başqa barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi tam imzalandığı tarixdən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmişdir. Odur ki, ərizəçi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il -cü il tarixdə bağlanmış barışıq sazişinin ərizədə göstərilən bəndləri məcburi icra olunması üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234-cü bəndinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞS/MT-23/2024-02397 saylı, xx.xx.2024-cü il tarixli Barışıq sazişinin aşağıda göstərilən bəndi – 1.3 hissəsi məcburi icra üçün təsdiq edilsin: 1.3 ikinci tərəf Maraqlı şəxs, övladları xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün bir uşaq üçün 200 (iki yüz) manat olmaqla dört uşaq üçün cəmi 800 (səkkiz yüz) manat pul məbləğində alimenti kart hesabı vasitəsilə noyabr ayının 30-dan etibarən hər ayın 30-u Birinci tərəf Ərizəçi xeyirinə ödəyəcəyi öhdəliyini öz üzərinə götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1268/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1268/2025
19.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver