Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1280/2021 17.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi Canbaxış qızının iştirakı ilə, Ərizəçi Canbaxış qızının “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Canbaxış qızı ərizə ilə məhkəməyə müraciət edərək X6 15 yanvar 1996-cı ildə İmişli rayonunun Qızılkənd kəndində doğulması və 24 sentyabr 1997-ci ildə İmişli rayonunun Qızılkənd kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Canbaxış qızı izahatında göstərmişdir ki, 15 yanvar 1996-cı ildə İmişli rayonunun Qızılkənd kəndində doğulmuş oğlu X16 24 sentyabr 1997-ci ildə yaşadığı Qızılkənd kəndində vəfat etmişdir. X3 cəzaçəkmə müəssisəsində cəza çəkir. Səhlənkarlığının nəticəsində oğlunun doğumu və ölümü barədə həkimdən arayış almamışdır. Hazırda aqrar islahat zamanı verilən dövlət aktında mərhumun adı olduğu üçün onun ölümü haqqında sənəd lazım olmuşdur. O, bunun üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həkimdən rəy olmadığına görə Qeydiyyat şöbəsi tərəfindən doğum və ölüm haqqında şəhadətnamələrin verilməsindən imtina edilmişdir. Mərhumun doğum və ölüm faktı akt və məzar daşı fotoşəkili ilə təsdiq olunur. Bu faktı şahidlərdə təsdiq edə bilər. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Qızılkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 fevral 2021-ci l tarixli, 142 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən İmişli rayonunun Qızılkənd kəndində yaşayır. İşdə olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Qızılkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 fevral 2021-ci l tarixli, 143 nömrəli arayışdan görünür ki, Ərizəçi həyat yoldaşı X11 hal-hazırda cəza şəkmə müəssisəsində cəza çəkir. İş materiallarında “Torpağa mülkiyyət hüququna dair” JN-0382 saylı 90700108 kodlu Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 28 dekabr 2001-ci tarixli 15 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 6.24 ha torpaq sahəsi X11, Ərizəçi Xangözəl qızı, X16, X1, X19 oğlu, X23, X7, X5, X12, X17, X10, X18 və X8 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Qızılkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş və anası X2, qonşuları X7, X21, X13 və qaynı arvadı X9 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, X16 15 yanvar 1996-cı ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuş və 24 sentyabr 1997-ci ildə İmişli rayonunun Qızılkənd kəndində vəfat etmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, X16 15 yanvar 1996-cı ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuş və 24 sentyabr 1997-ci ildə İmişli rayonunun Qızılkənd kəndində vəfat etmiş, lakin onun doğumu və ölümü qeydə alınmamışdır. Maraqlı şəxs 08 fevral 2021-ci il tarixli rəyindən görünür ki, X6 doğumu və ölümü haqqında həkim rəyi olmadığına görə ona şəhadətnamələrin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci madəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 339.1. Müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X6 15 yanvar 1996-cı il tarixdə İmişli rayonunun Qızılkənd kəndində doğulması və 24 sentyabr 1997-ci il tarixdə İmişli rayonunun Qızılkənd kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X6 15 yanvar 1996-cı il tarixdə İmişli rayonunun Qızılkənd kəndində doğulması və 24 sentyabr 1997-ci il tarixdə İmişli rayonunun Qızılkənd kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1280/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1280/2021
17.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver