Məhkəmə qərarları › İş №2(036)-1288/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1288/2021

17.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1288/2021 17.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X2 11 sentyabr 2020-ci il tarixdə İmişli rayonunun Nurulu kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, Bayraməli Məmmədov onun atasıdır. O, 1957-ci ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. Atası 11 sentyabr 2020-ci il tarixdə İmişli rayonunun Nurulu kəndində vəfat etmiş və onu Nurulu kənd qəbirstanlığında dəfn etmişlər. Lakin atasına ölüm şəhadətnaməsi verilməmişdir. Hazırda sənədləşmə işləri ilə əlaqədar ölüm sənədi lazım olmuşdur. Atasına ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin həkimdən rəy olmadığına görə Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 02 may 1957-ci ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. Məzar daşı fotoşəkillərindən görünür ki, X6 11 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. İmişli rayon İHB-nın Muradalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 may 2021-ci il tarixdə İmişli RİHB-nın Muradalılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X1, nümayəndənin müavini X9, Nurulu kənd sakinləri X8, X3, və X5 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, mərhum X6 11 sentyabr 2020-ci il tarixində Nurulu kəndində özünə məxsus həyətyanı sahədə intihar etmiş və Nurulu kənd sakinlərinin iştirakı ilə onu dəfn etmişlər. Həmin aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. İşin araşdırılan hallarından müəyyən olunur ki, X6 11 sentyabr 2020-ci il tarixdə vəfat etmiş, lakin onun ölümü qeydə alınmamışdır. Maraqlı şəxs 28 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, X2 ölümü haqqında həkim rəyi olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 11 sentyabr 2020-ci il tarixdə İmişli rayonunun Nurulu kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 02 may 1957-ci il tarixdə İmişli rayonunun Nurulu kəndində anadan olmuş X2 11 sentyabr 2020-ci il tarixdə İmişli rayonunun Nurulu kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar