Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1301/2022 27.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 26.08.1969cu il təvəllüdlü X3 11.07.1997-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, qardaşı 26.08.1969-cu il təvəllüdlü X6 11.07.1997-ci il tarixdə İmişli rayonunda vəfat etmiş və Rəsullu kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmadığından vərəsəliklə bağlı məsələdə problem yaranmışdır. Ona görə də, 26.08.1969-cu il təvəllüdlü X3 11.07.1997-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 27.04.2022-ci il tarixli 05/69-166 nömrəli arayışına əsasən X4 doğulmuş 26.08.1969-cu il təvəllüdlü X1 Zülfəli Gülməmməd oğlundan törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 27.04.2022-ci il tarixli 05/69-165 nömrəli arayışına əsasən X4 doğulmuş xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi X2 törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 14.03.2022-ci il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından 26.08.1969-cu il təvəllüdlü X3 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşdə olan İmişli RİHB-nin Rəsullu kənd İƏD üzrə İN tərəfindən təsdiq edilmiş 15.03.2022-ci il tarixli 991 nömrəli arayışında göstərilmişdir ki, 26.08.1969-cu il təvəllüdlü X6 11.07.1997-ci il tarixdə İmişli rayonunda vəfat etmiş və Rəsullu kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, 26.08.1969-cu il təvəllüdlü X3 11.07.1997-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. 26.08.1969-cu il təvəllüdlü X3 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X3 ölüm tarixi: 11.07.1997-ci il; öldüyü yer: İmişli rayonu qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-1301/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1301/2022
27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver