Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1375/2022 13.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib özündən və X9 törəmiş 19.12.1990-cı il təvəllüdlü X7 15.02.1991-ci il tarixdə və 01.04.1995-ci il təvəllüdlü X5 30.12.1995ci il tarixdə İmişli rayonunda vəfat etmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, ondan və X9 törəmiş 19.12.1990-cı il təvəllüdlü X15 15.02.1991-ci il tarixdə və 01.04.1995-ci il təvəllüdlü X10 30.12.1995-ci il tarixdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində vəfat etmiş və Bəhrəmtəpə qəsəbə qəbristanlığında dəfn edilmişdir. Lakin onların ölümü barədə akt qeydi indiyədək aparılmadığından vərəsəliklə bağlı məsələdə problem yaranmışdır. Ona görə də, 19.12.1990-cı il təvəllüdlü X7 15.02.1991-ci il tarixdə və 01.04.1995-ci il təvəllüdlü X5 30.12.1995-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 12.11.2021-ci il tarixli 05/69-485 nömrəli arayışa əsasən X4 doğulmuş 19.12.1990-cı il təvəllüdlü X3 Namiq Baba oğlundan törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 12.11.2021-ci il tarixli 05/69-484 nömrəli arayışa əsasən X4 doğulmuş 01.04.1995-ci il təvəllüdlü X1 Namiq Baba oğlundan törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 12.11.2021-ci il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından 26.05.2010-cu il təvəllüdlü X7 və X5 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşdə olan İmişli RİHB-nin Bəhrəmtəpə qəsəbə İƏD üzrə İN tərəfindən təsdiq edilmiş 11.05.2022-ci il tarixli aktda göstərilmişdir ki, Ərizəçi və X9 törəmiş X15 və X2 rayonunda vəfat etmiş və Bəhrəmtəpə qəsəbə qəbristanlığında dəfn olunmuşdur. İşdə olan JN-015A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 18.08.1998-ci il tarixli 08 saylı qərarı ilə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən planda sərhədləri göstərilmiş 0.08 ha torpaq sahəsi X18, X8, X16, X12 və X6 ümumi mülkiyyətinə verilmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi və X9 törəmiş 19.12.1990cı il təvəllüdlü X7 15.02.1991-ci il tarixdə və 01.04.1995-ci il təvəllüdlü X5 30.12.1995-ci il tarixdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində vəfat etmələri faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi və X9 törəmiş 19.12.1990-cı il təvəllüdlü X7 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X7 ölüm tarixi: 15.02.1991-ci il; öldüyü yer: İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi qeyd olunsun. 01.04.1995-ci il təvəllüdlü X5 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X5 ölüm tarixi: 30.12.1995-ci il; öldüyü yer: İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-1375/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1375/2022
13.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver