Məhkəmə qərarları › İş №2(036)-1447/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1447/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1447/2020 02.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “10479.68 manat borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına xx xxxxxx 2016-cı il tarixli 22 saylı kredit müqaviləsi üzrə olan 9901.08 manat əsas borc, 578.60 manat faiz borcunun, cəmi 10479.68 manat borc məbləğinin varisi Cavabdeh tutulması, borc tələbinin ipoteka qoyulmuş mərhum X4 varisi olan Cavabdeh məxsus İmişli şəhəri, A.Ələsgər küçəsi, 4 saylı fərdi yaşayış evinə 0.04 ha topaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 10479.68 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC Bank olmayan X5 filialı ilə X7 arasında xx xxxxxx 2016-cı il tarixli 22 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə X6 heyvandarlığın inkişafı məqsədi ilə illik 6 faiz olmaqla 36 ay müddətinə 10000 manat kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2010cu il tarixdə 22 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı QSC BOKT-nın girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Həmin ipoteka müqaviləsinə əsasən mərhum X6 məxsus İmişli şəhəri, A.Ələsgər küçəsi, 4 saylı fərdi yaşayış evi 0.04 ha topaq sahəsi ilə birlikdə ipotekaya qoyulmuşdur. xx xxxxxx 2018-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”- yə əsasən X7 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti Başçısının Ərazi Dairəsi üzrə nümayəndəliyin xx xxxxxxxx 2018-ci il tarixli 269 saylı arayışına əsasən İmişli şəhəri, A.Ələsgər küçəsi, 4 nömrəli evin sakini Cavabdeh X7 vəfat etdikdən sonra varisi olmuşdur. X7 ilə bağlanmış xx xxxxxx 2016-cı il tarixli 22 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borc 9901.08 manat, faiz borcu 578.60 manat, cəmi 10479.68 manat təşkil edir. Borcun ödənilməsi barədə mərhum Şakir Nəsirovun həyat yoldaşı Cavabdeh müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli, 22 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən X6 illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, cavabdeh X6 məxsus olan İmişli şəhəri, A.Ələsgər küçəsi, ev 4-də yerləşən fərdi yaşayış evi 0.04 ha topaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, X4 mülkiyyətində olan İmişli şəhəri, A.Ələsgər küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57.8 kv.m yaşayış, 122.5 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərd yaşayış evi 10000 manat kredit məbləğinə əsasən 36 ay müddətinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə hüquq yüklü edilmişdir. İş materiallarında olan xx xxxxxx 2016-ci il tarixli 22 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, X7 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 2018-ci il tarixdə İmişli şəhərində vəfat etmişdir. İş mareiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”dən çıxarılmış elektron sorğudan görünür ki, Cavabdeh mərhum X4 arvadıdır. İş materiallarında olan İmişli rayon məhkəməsinin xx xxxx 2020-ci tarixli 2(036)-1447/2020 saylı qəradadından görünür ki, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “xxxxxxx” MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilən məktubdan görünür ki, İddiaçı QSC-nin Cavabdeh Saleh qızına qarşı ipoteka predmeti olan İmişli şəhəri, A.Ələsgər küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün baxış keçirilməsinə Cavabdeh Saleh qızı şərait yaratmaqdan imtina etmişdir. Bu səbəbdən ipoteka predmeti olan fərdi yaşayış evinin qiymətləndirilməsi işini həyata keçirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1.1-ci maddəsinə görə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə görə əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə təmin edilir. 39.1-ci maddəsinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasına əsasən 16000 (on altı min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9901.08 manat əsas borc, 578.60 manat faiz borcu 30 manat dövlət rüsumu, cəmi 10509.68 manat məbləğində pul İddiaçı QSC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus ipoteka predmeti olan İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə 0.04 ha topaq sahəsi ilə birlikdə yönəldilməli, həmin əmlak açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait hesabına qeyd olunan borc məbləği ödənilməli, qalan vəsait Cavabdeh qaytarılmalı, satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda isə qalan borc məbləği Cavabdeh ümumi qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 9901.08 manat əsas borc, 578.60 manat faiz borcu 30 manat dövlət rüsumu, cəmi 10509.68 (on min beş yüz doqquz manat, altmış səkkiz qəpik) manat məbləğində pul İddiaçı QSC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus ipoteka predmeti olan İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə 0.04 ha topaq sahəsi ilə birlikdə yönəldilsin. Həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunan vəsait hesabına qeyd olunan borc məbləği ödənilsin, qalan vəsait Cavabdeh qaytarılsın. Satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda isə qalan borc məbləği Cavabdeh ümumi qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İpoteka predmeti olan Cavabdeh məxsus İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 0.04 ha topaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 16000 (on altı min) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə X1 apellyasiya şikayəti vermək olar. Hakim:Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar