Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-151/2024 08.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şirəliyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Ərizəçi ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1954-cü ildə İmişli rayonu, Oruclu kəndində doğulması faktının müəyyən edilməsi, ona yeni doğum haqqında şəhadətnamə verilməsi, şəhadətnamənin ata qrafasında X3, ana qrafasında X2 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1954-cü ildə İmişli rayonu, Oruclu kəndində anadan olmuşdur. O, ferma şəraitində doğulduğu üçün həkim tərəfindən tibbi sənəd verilməmiş və səhlənkarlıqdan valideynləri ona doğum haqqında şəhadətnamə almamışdır. X1, anası X2 olmuş və hər ikisi vəfat etmişdir. Doğumunun qeyd edilməsi üçün İmişli rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğumun qeyd edilməsi tibbi sənədlə təsdiq olunmadığından doğumun qeyd edilməsindən imtina edilmişdir. O, evlə bağlı sənədləşmə işləri apara bilmədiyinə görə bu faktın müəyyən edilməsi hüquqi əhəmiyyət daşıyır,
3. İmişli rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Ərizəçi doğulması faktını müəyyən edən tibbi şəhadətnamənin olmaması nəzərə alınaraq doğumun qeyd edilməsindən imtina edilmişdir.
4. İmişli Rayon İcra Hakimiyyəti başçısının Oruclu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Ərizəçi 20 mart 1954-cü il tarixdə İmişli rayonu, Cəfərli kəndində anadan olmuşdur.
5. İİ-JQ 366118 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamədə Ərizəçi doğum tarixi 1954-cü il kimi göstərilmiş, doğulduğu ay və gün qeyd olunmamışdır.
6. 02728103 nömrəli həmkarlar ittifaqı biletinin surətindən görünür ki, həmin biletdə Ərizəçi doğum tarixi 1954-cü il kimi göstərilmiş, doğulduğu ay və gün qeyd olunmamışdır.
7. İmişli Rayon İcra Hakimiyyəti başçısının Oruclu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1996-2000 və 2001-2005-ci illəri əhatə edən 3 nömrəli təsərrüfatbaşına kitablarındakı təsərüfat üzvlərinin siyahısı bölümündə 4-cü qrafasından çıxarışın surətindən görünür ki, həmin kitabda Ərizəçi doğum tarixi 1954-cü il kimi göstərilmiş, doğulduğu ay və gün qeyd olunmamışdır.
8. İmişli Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İmişli RPŞ-nin QMQ-nun arxivində Ərizəçi məxsus keçmiş SSRİ paspotunun forma №1-də anadan olma ayı və günü göstərilmədiyindən şəxsiyyət vəsiqəsi verilərkən anadan olma tarixi kimi həmin ilin bir iyul tarixi doğum günü kimi qeyd olunmuşdur.
9. İmişli rayonu Ağaməmmədli kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 64 nömrəli arayışı ilə müəyyən olunur ki, X5 01 Sentyabr 1961-ci ildə Ağammədli kənd 8 illik məktəbin 1-ci sinfinə qəbul edilmişdir.
10. İmişli rayon qeydiyyat şöbəsinin 22 sentyabr 2022-ci il tarixli arayışlarından görünür ki, X3 10 dekabr 1994-cü ildə, X2 isə 17 iyul 1989-cu ildə vəfat etmiş və müvafiq olaraq 11 və 12 nömrəli ölüm haqqında aktla qeyd olunmuşdur.
11. Maraqlı şəxs tərəfindən ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi.
13. Maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 307.1 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
15. Maddə 307.2.3. Müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir.
16. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
17. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
18. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
24. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır.
25. Belə ki, iş materialları ilə müəyyən olur ki, ərizəçi 1954-cü ildə İmişli rayonu, Oruclu kəndində anadan olmuş, lakin onun doğumu qeydə alınmamışdır. Hazırda ərizəçi bəzi sənədləşmə işləri aparmaq istəyir, lakin doğum haqqında şəhadətnaməsi olmadığından hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən onun doğum faktının müəyyən edilməsi hüquqi əhəmiyyət daşıyır.
26. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
27. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi doğum akt qeydinin başqa qaydada bərpası mümkün deyildir.
28. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. İş materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi məxsus bütün sənədlərdə onun doğum tarixi 1954-cü il kimi göstərilmiş, doğulduğu ay və gün qeyd olunmamışdır. Bu səbəbdən ərizəçiyə şəxsiyyət vəsiqəsi verilərkən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.26-cı bəndinə əsasən onun doğum tarixi 1954-cü ilin iyul ayının 1-i kimi qeyd edilmişdir.
30. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.26-cı bəndinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir.
31. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
32. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.
33. Ərizəçi 1954-cü ildə İmişli rayonu, Oruclu kəndində doğulması faktı müəyyən edilsə də, onun məhz həmin ilin mart ayının 20-ci doğulması faktı öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə həmin hissədə təmin edilməməlidir.
34. Mülki Prosessual Məcəlləsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-nin 9.1, 14.1, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
35. Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır.
36. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənədi başqa qaydada bərpa etmək mümkün olmadıqda qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib.
37. Beləliklə, məhkəmə işin faktiki hallarına və işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Ərizəçi 1954-cü ildə İmişli rayonu, Oruclu kəndində doğulması, atasının X3, anasının isə X2 olması faktı müəyyən edilsə də, onun məhz 1954-cü ilin mart ayının 20-si doğulması faktı öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə həmin hissədə təmin edilməməlidir.
38. Hüquqi əhəmiyyəti olan bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir, çünki bunun üçün bütün hüquqi zərurət yaranmışdır.
39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
40. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
41. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
42. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qismən təmin edilib, onun 1954-cü ildə İmişli rayonunun Oruclu kəndində doğulması faktı müəyyən edilməli və doğumu qeydə alınarkan ata qrafasında X3, ana qrafasında X2 qeyd olunmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi qismən təmin edilsin. Ərizəçi 1954-cü ildə İmişli rayonunun Oruclu kəndində doğulması faktı müəyyən edilsin və doğumu qeydə alınarkan ata qrafasında X3, ana qrafasında isə X2 qeyd olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Məhkəmə aktı həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7