Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1520/2023 27.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, Sabirabad 1 saylı Mediasiya təşkilatında bağlanmış 31 mart 2023-cü il tarixli, MŞŞ/MT-023/2023-00575 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikahda olmaqla, onların birgə nikahlarından üç uşaqları vardır. Maraqlı şəxs qazancını evə gətirib ailə və uşaqlarına sərf etmədiyindən ona qarşı aliment tələbi irəli sürməsinə zərurət yaranmışdır. Məhkəməyə hazırlıq üçün ilkin olaraq medasiya təşkilatına müraciət etmiş və 31 mart 2023cü il tarixdə X1 mediatorluğu ilə keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs barışıq sazişi imzalayaraq 09 iyul 2012-ci il təvəllüdlü X4, 18 avqust 2014-cü il təvəllüdlü X5 və 15 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 10 aprel 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində alimenti onun xeyrinə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs üzərinə götürdüyü öhdəlikləri icra etməyərək barışıq sazişinin icrasını təmin etməmişdir. Ona görə də barışıq sazişinin məcburi icrası üçün onun təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Sabirabad 1 saylı Mediasiya təşkilatında bağlanmış 31 mart 2023-cü il tarixli, MŞŞ/MT-023/2023-00575 nömrəli barışıq sazişinə əsasən X1 mediatorluğu ilə keçirilmiş mediasiya sessiyasında ikinci tərəf Maraqlı şəxs 09 iyul 2012-ci il təvəllüdlü X4, 18 avqust 2014-cü il təvəllüdlü X5 və 15 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 10 aprel 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi xeyrinə ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə icraatı iştirakçılarının izahatları
4. Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etirazının olmadığını bildirdi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
6. Maddə 305.1.17. Məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
7. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
8. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.
9. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
10. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir:
11. Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda
12. Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmənin mövqeyi
13. Məhkəmə tərəflərin izahatnı dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.
14. Belə ki, iş materiallarına əlavə edilmiş Sabirabad 1 saylı Mediasiya təşkilatında bağlanmış 31 mart 2023-cü il tarixli, MŞŞ/MT-023/2023-00575 nömrəli barışıq sazişinə əsasən X2 mediatorluğu ilə keçirilmiş mediasiya sessiyasında ikinci tərəf Maraqlı şəxs 09 iyul 2012-ci il təvəllüdlü X4, 18 avqust 2014-cü il təvəllüdlü X5 və 15 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 10 aprel 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi xeyrinə ödəyəcəyini öhdəsinə götürmüşdür.
15. Məhkəmə barışıq sazişini tədqiq edərək hesab edir ki, barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinaya dair əsaslar mövcud deyildir.
16. Maraqlı şəxs tərəfindən barışıq sazişinin könüllü icrası təmin edilmədiyindən onun məcburi qaydada icrasının təmin edilməsi üçün təsdiqinə zərurət vardır.
17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.3.1-ci maddəsinə əsasən barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir.
18. Həmin Qanunun 26.1.4-cü maddəsinə əsasən uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər.
19. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
20. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
21. Həmin qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur.
22. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilib, Ərizəçi ilə Maraqlı şəxs arasında Sabirabad 1 saylı Mediasiya təşkilatında bağlanmış 31 mart 2023-cü il tarixli, MŞŞ/MT-023/2023-00575 nömrəli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 355-35 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Sabirabad 1 saylı Mediasiya təşkilatında bağlanmış 31 mart 2023-cü il tarixli, MŞŞ/MT-023/2023-00575 nömrəli barışıq sazişi aşağıdakı şərtlər əsasında təsdiq edilsin.
1. Maraqlı şəxs 09 iyul 2012-ci il təvəllüdlü X4,
2. 18 avqust 2014-cü il təvəllüdlü X5 və 15 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə ödəyəcəyini öhdəsinə götürür.
3. Tərəflər alimentin tutulmasının əvvəliinin xx.xx.2023-cü il tarixdən başlanması ilə bağlı razılığa gəldilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev