Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1537/2021 22.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 13 mart 1991-ci il tarixdə İmişli şəhərində anadan olmuş oğlu X1 15 iyun 1991-ci il tarixdə İmişli şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, oğlu Fuad Əhmədov 15 iyun 1991-ci il tarixdə İmişli MRX-da “kəskin respirator virus infeksiyası, neyrotoksikoz, anemiya” diaqnozu ilə stasionar müalicəyə qəbul edildi və həmin tarixdə vəfat etmişdir. Onu İmişli rayonunun Qaravəlli kənd qəbirstanlığında dəfn etmişlər. Lakin savadsızlıqlarının nəticəsində oğlunun ölümünü qeydə aldırmamışlar. Oğlunun ölümü haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin həkimdən rəy olmadığına görə Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda bu faktı təsdiq edən sənədi olmadığına görə bəzi sənədləşdirmə işlərini apara bilmir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, X3 13 mart 1991-ci il tarixdə İmişli şəhərində anadan olmuşdur. İş materiallarında olan İmişli Rayon Mərkəzi X2 şəxs tərəfindən verilmiş arayışdan görünür ki, İmişli şəhər A.Məmmədov küçəsi ev 44 ünvanında yaşayan 13 mart 1991-ci l təvəllüdlü X4 15 iyun 1991-ci il tarixdə İmişl MRX-nın Uşaq Xəstəxanasında “kəskin respirator virus infeksiyası, neyrotoksikoz, anemiya” diaqnozu ilə stasionar müalicəyə qəbul edilmiş və həmin tarixdə vəfat etmişdir. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının Qaravəlli kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli, 191 saylı arayışdan görünür ki, 13 mart 1991-ci ildə İmişli şəhərində anadan olmuş X3 15 iyun 1991-ci ildə vəfat etmiş və atası, babası əslən İmişli rayonunun Mirili kəndindən olduqları üçün İmişli rayonunun Qaravəlli Mirili kənd qəbirstanlığına dəfn olunmuşdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, X3 15 iyun 1991-ci il tarixdə vəfat etmiş, lakin onun ölümü qeydə alınmamışdır. Maraqlı şəxs 05 may 2021-ci il tarixli rəyindən görünür ki, X1 ölümü haqqında həkim rəyi olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 13 mart 1991-ci il tarixdə İmişli şəhərində anadan olmuş X1 15 iyun 1991-ci il tarixdə İmişli şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13 mart 1991-ci ildə İmişli şəhərində anadan olmuş X1 15 iyun 1991-ci il tarixdə İmişli şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1537/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1537/2021
22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver