Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-156/2025 18.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi; Təsviri hissə: Ərizəçi İmişli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il təvəllüdlü bacısı X5 20 noyabr 1986-cı ildə İmişli şəhərində vəfat etməsi faktının və qardaşı xx.xx.1984-cü il təvəllüdlü Uluxanov Nazim oğlunun xx.xx.1984-cü ildə İmişli şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, onun bacısı xx.xx.1986-cı il təvəllüdlü X10 20 noyabr 1986-cı ildə İmişli şəhərində vəfat etmiş və İmişli rayonu, Rəsullu kənd qəbristanlığında dəfn olunmuş və həmçinin qardaşı 12 iyun 1984-cü il təvəllüdlü Uluxanov Nazim oğlu 16 iyun 1984-cü ildə İmişli şəhərində vəfat etmiş və İmişli rayonu, Rəsullu kənd qəbristanlığında dəfn olunmuşdur. Qeyd edir ki, hazırda sənədləşmə işləri ilə əlaqədar bacısının və qardaşının ölüm sənədi tələb olunmuşdur. O, İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə mərhum bacısının və qardaşının ölümü qeydə alınması və ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsi bundan imtina rəyi verib və səbəb də ölüm faktını təsdiq edən tibbi sənədin olmaması göstərilmişdir. Ona məhkəməyə ölüm faktının müəyyən edilməsi barədə müraciət etmək məsləhət bilinmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, ölən şəxs - X6 və onun qardaşını tanıyır. X10 xx.xx.1986-cı ildə və onun qardaşı xx.xx.1984-cü ildə İmişli şəhərində vəfat. Onun yas mərasimlərində iştirak edib. Həmin şəxslər yaxın qohum və qonşuların iştirakı ilə İmişli rayonu, Rəsullu kəndində dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, ölən şəxs - X6 və onun qardaşını tanıyır. X10 xx.xx.1986-cı ildə və onun qardaşı xx.xx.1984-cü ildə İmişli şəhərində vəfat. Onun yas mərasimlərində iştirak edib. Həmin şəxslər yaxın qohum və qonşuların iştirakı ilə İmişli rayonu, Rəsullu kəndində dəfn edilmişdir. Maraqlı şəxs İmişli Regional Maraqlı şəxs Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Səfa Baxış məhkəməyə məktubla müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçini, şahidləri və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 24 sentyabr 2024-cü il tarixli “Ölümün qeydə alınmasından imtina haqqında” rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi müəssisənin müvafiq sənədi ilə ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar X10 qızının ölümünün qeyd edilməsindən imtina olunmuşdur. İş materiallarında olan İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 24 sentyabr 2024-cü il tarixli “Ölümün qeydə alınmasından imtina haqqında” rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi müəssisənin müvafiq sənədi ilə ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar Ərizəçi xx.xx.1984-cü il təvəllüdlü qardaşının ölümünün qeyd edilməsindən imtina olunmuşdur. İş materiallarında olan X8, X2 və X3 iştirakı ilə, İmişli Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü bacısı X10 20 noyabr 1986-cı ildə İmişli şəhərində və xx.xx.1984-cü il təvəllüdlü adsız qardaşı xx.xx.1984-cü ildə İmişli şəhərində vəfat etmişdir. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan X JQ 451149 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Ərizəçi İmişli şəhərində anadan olmuşdur, atası X13, anası X9 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 05 iyul 2019-cu il tarixli, AZ-İ 998559 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2019-cu il tarixdə ürək çatmamazlığı xəstəliyindən vəfat etmiş və İmişli rayon Qeydiyyat şöbəsinin ölüm haqqında qeyd kitabında 05 iyul 2019-cu il tarixdə 288 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 27 may 2024-cü il tarixli, AZ-İİ 372426 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə yumurtalığın bədxassəli yenitörəməsi xəstəliyindən vəfat etmiş və İmişli rayon Qeydiyyat şöbəsinin ölüm haqqında qeyd kitabında 27 may 2024-cü il tarixdə 85 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/70-523/-24 nömrəli arayışdan görünür ki, Uluxanov Nazim oğlu 12 iyun 1984-cü il tarixdə İmişli şəhərində anadan olmuşdur, atası X13, anası X9 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/70-524/-24 nömrəli arayışdan görünür ki, X10 29 sentyabr 1986-cı il tarixdə İmişli şəhərində anadan olmuşdur, atası X13, anası X9 qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1986-cı il təvəllüdlü bacısı X10 20 noyabr 1986-cı ildə İmişli şəhərində və xx.xx.1984-cü il təvəllüdlü adsız qardaşı xx.xx.1984-cü ildə İmişli şəhərində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin qonşu və qohumluq kimi yaxın əlaqələrinin olmasını və buna görə də X10 və adsız qardaşı ilə bağlı baş vermiş hadisə (lər)in onlar tərəfindən xatırlanması imkanının yüksək olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə təsdiqləndiyini nəzərə alaraq, X7 və X1 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən: 1.2. hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1986-cı il təvəllüdlü bacısı X5 20 noyabr 1986-cı ildə İmişli şəhərində və qardaşı xx.xx.1984-cü il təvəllüdlü Uluxanov Nazim oğlunun xx.xx.1984-cü ildə İmişli şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1986-cı il təvəllüdlü X5 20 noyabr 1986-cı ildə İmişli şəhərində və xx.xx.1984-cü il təvəllüdlü Uluxanov Nazim oğlunun xx.xx.1984-cü ildə İmişli şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X5 20 noyabr 1986-cı ildə İmişli şəhərində və xx.xx.1984cü il təvəllüdlü Uluxanov Nazim oğlunun xx.xx.1984-cü ildə İmişli şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X5 və Uluxanov Nazim oğlunun ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud