Məhkəmə qərarları › İş №2(036)-1613/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1613/2020

17.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1613/2020 17.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, xx xxx 1984-cü il tarixdə İsmayılova (Paşayeva) Saray Rza qızı ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 6 (altı) uşağı anadan olmuşdur. Halhazırda ailəsi ilə birlikdə İmişli rayonu, Ağamallar kəndində yaşayır. Oğlan uşaqları İsmayılov Yusif Əlövsət oğlu xx xxxx 1990-cı ildə İmişli rayonu, Ağamallar kəndində anadan olmuş və xx xxxxxxx 2001-ci ildə İmişli rayonu, Ağamallar kəndində vəfat etmişdir.Oğlan uşaqları Yusif İmişli rayonu, Ağamallar kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Eyni zamanda bildirir ki, mərhum oğlan uşaqları Yusif anadangəlmə bir neçə xəstəlikdən əziyyət çəkirdi. Bir müddət həkim tərəfindən müalicə edilmişdir. Lakin səhhətində ciddi problem olduğu üçün müalicənin də müsbət nəticəsi olmamışdır. Belə ki, xx xxxxxxx 2001-ci ildə oğlanları Yusifin vəziyyəti pisləşmiş və yaşadıqları İmişli rayonu, Ağamallar kəndində yerləşən evdə vəfat etmişdir. Özlərinin səhlənkarlığı ucbatından oğlan uşaqları İsmayılov Yusif Əlövsət oğlunun ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. O, İsmayılov Yusif Əlövsət oğlunun ölüm haqqında şəhadətnaməsinin verilməsi üçünlazımi sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxstərəfindən ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum oğlan uşaqları İsmayılov Yusif Əlövsət oğlunun ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi arvadı Saray xanımın yaşa əmək pensiyasının təyin edilməsidir.Bu səbəbdən də, o, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, birgə nikahlarından xx xxxx 1990-cı ildə İmişli rayonu, Ağamallar kəndində anadan olmuş oğlan uşaqları İsmayılov Yusif Əlövsət oğlunun xx xxxxxxx 2001-ci ildə İmişli rayonu, Ağamallar kəndində ölməsi faktının müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsqabaqcadan lazımi qaydada xəbərdar edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs05/14-178 saylı, xx xxx 2020-ci il tarixli məktub ilə məhkəməyə müraciət edərək, mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Seriya AZE № ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1961-cı ildə İmişli rayonu, Ağamallar kəndində anadan olmuş və İmişli rayonu, Ağamallar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İİİ-ЖГ 349066 №-li, xx xxx 1984-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 arasında xx xxx 1984-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 5 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş XV-ЖГ 337204 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 rəsmi nikahdan xx xxxx 1990-cıildə “İsmayılov Yusif Əlövsət oğlu” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti Başçısının Ağamalılar kənd X10 üzrə Nümayəndəliyi tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 18 saylı, xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum oğlu İsmayılov Yusif Əlövsət oğlu xx xxxxxxx 2001-ci ildə İmişli rayonu, Ağamallar kəndində vəfat etmiş və İmişli rayonu, Ağamallar kəndində yerləşən qəbristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx xxxxx 2020-ci il tarixli “Ölümün qeydə alınmasından imtina haqqında” rəyindən görünür ki,Ərizəçi oğlu İsmayılov Yusif Əlövsət oğlunun ölümünün qeydə alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması mümkün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Qardaşı Ərizəçi xx xxx 1984-cü il tarixdə X7 ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 6 (altı) uşağı anadan olmuşdur. Onların övladı İsmayılov Yusif Əlövsət oğlu xx xxxx 1990-cıildə İmişli rayonu, Ağamallar kəndində anadan olmuş və xx xxxxxxx 2001-ci ildə İmişli rayonu, Ağamallar kəndində vəfat etmişdir. Yusifin qəbri İmişli rayonu, Ağamallar kəndində yerləşən qəbirstanlıqdadır. Onu da qeyd edir ki, Yusif anadangəlmə bir neçə xəstəliyik əziyyət çəkirdi. Bir müddət həkim tərəfindən müalicə edilmişdir. Lakin xx xxxxxxx 2001-ci ildə Yusifin vəziyyəti pisləşmiş və yaşadıqları İmişli rayonu, Ağamallar kəndində yerləşən evdə vəfat etmişdir. Qardaşıgil özlərinin səhlənkarlığı ucbatından İsmayılov Yusif Əlövsət qızının ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. Ərizəçi oğlan uşaqları İsmayılov Yusif Əlövsət oğlunun ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi X3 yaşa əmək pensiyasının təyin edilməsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X6 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə X3 rəsmi nikahdan xx xxxx 1990-cı ildə “İsmayılov Yusif Əlövsət oğlu” adında uşaqları... anadan olmuş, xx xxxxxxx 2001-ci il tarixə kimi İmişli rayonu, Ağamallar kəndində yaşamış, xx xxxxxxx 2001-ci ildə İmişli rayonu, Ağamallar kəndində ev şəraitində ölmüş və o, İmişli rayonu, Ağamallar kəndinin ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi xx xxxx 1990-cı ildə İmişli rayonu, Ağamallar kəndində anadan olmuş oğlan uşaqları İsmayılov Yusif Əlövsət oğlunun xx xxxxxxx 2001-ci ildə İmişli rayonu, Ağamallar kəndində ölməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, xx xxxx 1990-cı ildə İmişli rayonu, Ağamallar kəndində anadan olmuş İsmayılov Yusif Əlövsət oğlunun xx xxxxxxx 2001-ci ildə İmişli rayonu, Ağamallar kəndində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, Ərizəçi ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Bundan başqa, İsmayılov Yusif Əlövsət oğlunun xx xxxxxxx 2001-ci ildə İmişli rayonu, Ağamallar kəndində ölməsi faktı məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, xx xxxx 1990-cı ildə İmişli rayonu, Ağamallar kəndində anadan olmuş İsmayılov Yusif Əlövsət oğlunun xx xxxxxxx 2001-ci ildə İmişli rayonu, Ağamallar kəndində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və Ərizəçi məhz bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, xx xxxx 1990-cı ildə İmişli rayonu, Ağamallar kəndində anadan olmuş İsmayılov Yusif Əlövsət oğlunun xx xxxxxxx 2001-ci ildə İmişli rayonu, Ağamallar kəndində ölməsi faktı sübuta yetirilir və bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 1990-cı ildə İmişli rayonu, Ağamallar kəndində anadan olmuş İsmayılov Yusif Əlövsət oğlunun xx xxxxxxx 2001-ci ildə İmişli rayonu, Ağamallar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar