Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1688/2021 30.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, xx xxxxxx 1962-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuşdur. Hal-hazırda ailəsi ilə birlikdə İmişli rayonu, Qaralar kəndində yaşayır. Onlar ailədə 9 (doqquz) uşaq-4 (dörd) bacı və 5 (beş) qardaş olmuşlar. X2 02 avqust 1995-ci ildə və X11 11 avqust 2017-ci ildə ölmüşlər. X7 və X13 onun bacılarıdır. X7 27 avqust 1965-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş 08 aprel 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölmüşdür. Digər bacısı X13 25 yanvar 1969-cu ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş və 14 sentyabr 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölmüşdür. Bacıları Şəmsiyyət və Telli xanımı İmişli rayonu, Qaralar kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Eyni zamanda bildirir ki, mərhum bacıları Şəmsiyyə və Telli xanım fiziki cəhətdən sağlam olmuş və səhhətində heç bir problem olmamışdır. Sadəcə olaraq, atası Hüseyn kişi öldüyü zaman mərhum bacıları Şəmsiyyə və Telli qorxmuş, qorxudan xəstəliyə tutulmuşlar. Təbii ki, baş vermiş bu hadisədən sonra bütün ailə üzvləri mənəvi iztirab və sarsıntı hissləri keçirmişdir. Eyni zamanda, özlərinin səhlənkarlığı ucbatından bacıları X3 və X8 ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. O, X3 və X8 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımi sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum bacıları X3 və X8 ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Bu səbəbdən də, o, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, 27 avqust 1965-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş X3 08 aprel 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölməsi və 25 yanvar 1969-cu ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş X8 14 sentyabr 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölməsi faktının müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Seriya AZE 0******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1962-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş və İmişli rayonu, Qaralar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AЗ 340640 №-li, 08 yanvar 1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 birgə nikahından xx xxxxxx 1962-ci ildə “Ərizəçi” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AЗ ******* №-li, 20 sentyabr 1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 birgə nikahından 27 avqust 1965-ci ildə “X7” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AЗ ******* №-li, 24 fevral 1968-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 birgə nikahından 25 yanvar 1969-cu ildə “X13” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti Başçısının Qaralar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş aktdan görünür ki, Ərizəçi mərhum bacıları X7 08 aprel 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində, X13 14 sentyabr 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində vəfat etmişlər və İmişli rayonu, Qaralar kəndində yerləşən qəbristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 15 iyul 2019-cu il tarixli “Ölümün qeydə alınmasından imtina haqqında” rəyindən görünür ki, Ərizəçi oğlu X3 və X8 ölümünün qeydə alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması mümkün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Onlar ailədə 4 (dörd) bacı və 5 (beş) qardaş olmuşlar. X1 və X11 ölmüşlər. X7 və X13 onun bacılarıdır. X7 27 avqust 1965-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş 08 aprel 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölmüşdür. Digər bacısı X13 25 yanvar 1969-cu ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş və 14 sentyabr 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölmüşdür. Bacıları Şəmsiyyət və Telli xanımı İmişli rayonu, Qaralar kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Eyni zamanda bildirir ki, mərhum bacıları Şəmsiyyə və Telli xanım fiziki cəhətdən sağlam olmuş və səhhətində heç bir problem olmamışdır. Sadəcə olaraq, atası Hüseyn kişi öldüyü zaman mərhum bacıları Şəmsiyyə və Telli qorxmuş, qorxudan xəstəliyə tutulmuşlar. Təbii ki, baş vermiş bu hadisədən sonra bütün ailə üzvləri mənəvi iztirab və sarsıntı hissləri keçirmişdir. Eyni zamanda, özlərinin səhlənkarlığı ucbatından bacıları X3 və X8 ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. Ərizəçi mərhum bacıları X3 və X8 ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 şahid X9 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Ərizəçi X3 və X8 qardaşıdır. Bundan başqa, X7 27 avqust 1965-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, 08 aprel 1998-ci il tarixə kimi İmişli rayonu, Qaralar kəndində yaşamış, 08 aprel 1998-ci il tarixdə İmişli rayonu, Qaralar kəndində ev şəraitində ölmüş və o, İmişli rayonu, Qaralar kəndinin ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Bundan başqa, X13 25 yanvar 1969-cu ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, 14 sentyabr 1998-ci il tarixə kimi İmişli rayonu, Qaralar kəndində yaşamış, 14 sentyabr 1998-ci il tarixdə İmişli rayonu, Qaralar kəndində ev şəraitində ölmüş və o, İmişli rayonu, Qaralar kəndinin ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi 27 avqust 1965-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş bacısı X3 08 aprel 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölməsi və 25 yanvar 1969-cu ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş digər bacısı X8 14 sentyabr 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, 27 avqust 1965-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş X3 08 aprel 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölməsi və 25 yanvar 1969-cu ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş X8 14 sentyabr 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, Ərizəçi ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Bundan başqa, X3 08 aprel 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölməsi və X8 14 sentyabr 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölməsi faktı məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, 27 avqust 1965-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş X3 08 aprel 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölməsi və 25 yanvar 1969-cu ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş X8 14 sentyabr 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və Ərizəçi məhz bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 27 avqust 1965-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş X3 08 aprel 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölməsi və 25 yanvar 1969-cu ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş X8 14 sentyabr 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölməsi faktı sübuta yetirilir və bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 avqust 1965-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş X3 08 aprel 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölməsi və 25 yanvar 1969-cu ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş X8 14 sentyabr 1998-ci ildə İmişli rayonu, Qaralar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X4 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-1688/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1688/2021
30.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver