Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1739/2025 08.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi İmişli Rayonu Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd etməklə “şəxsi vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi, Təsviri hissə: Ərizəçi İmişli Rayonu Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd etməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X4 xx.xx.2025-ci il tarixdə İmişli rayonu, Cəfərli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, onun əri xx.xx.1942-ci il təvəllüdlü X7 xx.xx.2025-ci ildə vəfat etmiş və İmişli rayonunun Cəfərli kənd qəbristanlığında dəfn olunmuşdur. Bu fakt tərtib edilmiş akt və İmişli RİHB-nın Cəfərli kənd İƏD-si üzrə nümyəndənin rəsmi arayışı ilə təstiq olunmuşdur. Mərhum əri X4 ölümünün qeydə alınmasından Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qyediyyat Şöbəsi tibbi müəssisənin müvafiq sənədi ilə təstiq edilmədiyindən imtina etmişdir. Hazırda vərəsəliklə, dəfn pulu ilə və sair məsələrlə bağlı X4 ölüm sənədi lazımdır. O, İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmişdir ki, mərhum ərinin X4 ölümü qeydə alınsın və ölüm haqqında şəhadətnamə verilsin. Lakin Qeydiyyat şöbəsi bundan imtina rəyi vermişdir, səbəb də ölüm faktım təsdiq edən tibbi sənədin olmaması göstərilmişdir. Ona məhkəməyə ölüm faktının müəyyən edilməsi barədə müraciət etmək məsləhət bilinmişdir. Sonradan ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X4 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Hökməli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, ölən şəxsin – X4 qızıdır. O, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etdiyini və İmişli rayonu, Cəfərli kənd qəbristanlığından dəfn olunduğunu bildirmişdir. Maraqlı şəxs İmişli Regional Maraqlı şəxs Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Səfa Baxış məhkəməyə məktubla müraciət edərək bildirmişdir ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə üzürlü səbəbdən iştirak edə bilməməsini və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli “Ölümün qeyd edilməsindən imtina haqqında” rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi müəssisənin müvafiq sənədi ilə ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar X4 ölümünün qeyd edilməsindən imtina olunmuşdur. İş materiallarında olan İmişli rayon İHB-nın İmişli rayonu Cəfərli kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 112 5-53-12-8/2 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə saat 01:20 radələrində vəfat etmiş və İmişli rayonu, Cəfərli kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 18-1-46/2-Q-579-31-869/2025 nömrəli Azərbaycan Republikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “İmişli Rayon Mərkəzi Xəstəxanası” X10in məktubundan görünür ki, müraciətə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, mərhum X4 adına ölüm "haqqında şəhadətnamə (TQS-106) verilməsi üçün Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarında göstərilən “İnsan ölüm anın müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”-na uyğun olaraq, stasionar və ambulator müraciətlər olmadığı üçün xəstəxana tərəfindən verilməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Təcili və X2 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X4 meyiti üzərində həkiməqədər ölüm Abşeron rayon Hökməli qəsəbəsində qeydə alınmış və meyitin üzərində heç bir xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.1975-ci il tarixli, İ-JQ 316270 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X1 arasında xx.xx.1975-ci il tarixdə nikah bağlanmış, akt qeydləri kitabında 20 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 01543378 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1942-ci il tarixdə anadan olmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X4 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Hökməli kəndində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı işdə olan digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən: 1.2. hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, oğlunın adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi həyat yoldaşı X4 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Hökməli kəndində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, şahid ifadəsi, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X4 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Hökməli kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. X4 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Hökməli kəndində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X4 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud