Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1770/2025 09.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şahbazlı Musaxan Ağan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta nəticəsində ona vurduğu zərərə görə 367 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mən xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində İmişli şəhəri, N.Nərimanov küçəsində Cavabdeh idarə etdiyi “Ford Transit” yük markalı markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olan zaman yol hərəkəti qaydasını pozmuş və nəticədə ona məxsus “Vaz 21074” minik markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobili əzərək yarasız vəziyətə salmışdır. Hadisə ilə bağlı araşdırma aparılmış və Cavabdeh hərəkətində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1 maddələrinin tərkibi olduğunu müəyyən edilərək onun 100 manat cərimə olunması barədə qərar qəbul olunmuşdur. Ona isə ziyanın ödənilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğu izah edilmişdir. Hadisə nəticəsində avtomobilinə 367 manat məbləğində zərər dəymişdir. Həmin hadisədə onun təqsiri olmamışdır. Hadisənin baş verməsinə cavabdehin yol hərəkəti qaydalarını pozması səbəb olmuşdur. Hadisə nəticəsində avtomobilinə 367 manat məbləğində zərər dəyməsi RPŞ-nin qərarı, ziyan aktı və protokolla təsdiq olunur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan İmişli RPŞ-nin YPX İnspektoru polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh tərəfindən “Ford Transit” yük markalı markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən edərkən xx.xx.2025-ci il tarixdə saat 12:00-da İmişli şəhəri, N.Nərimanov küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə və yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-ci maddəsinə əsasən 100 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. İşdə materiallarında olan 70 saylı zərər aktından görünür ki, İddiaçı idarə etdiyi “Vaz 21074” minik markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilə 367 (üç yüz altmış yeddi) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Vaz 21074” minik markalı **-BD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2025ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan İcbari Sığorta Bürosunun sistemindən çıxarışdan görünür ki, “Ford Transit” yük markalı markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 12:00-da icbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanılması zamanı məlumat tapılmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunna əsasən: 52–1.1. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. Göründüyü kimi, zərərçəkənin zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb etməsi hüququ yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etməsi ilə şərtləndirilmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsində iştirak edən “Ford Transit” yük markalı markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 12:00-da icbari sığorta müqaviləsi mövcud olmamışdır. Belə olan halda iddiaçı ona dəymiş ziyanı onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan deyil, İmişli RPŞ-nin YPX İnspektoru polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş TP ******* nömrəli qərarı ilə yol-nəqliyyat hadisəsində təqsiri sübuta yetirilmiş Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İşə baxan məhkəmənin mövqeyi: İddiaçı hazırkı iş üzrə cavabdehin hərəkətləri nəticəsində ona maddi zərərin dəyməsinə istinad etmiş, ona dəyən zərərin əvəzində cavabdehdən pul vəsaiti tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilə yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində maddi ziyan dəymişdir. Məhkəmə iddia tələbinin cavabdehdən maddi zərərin tutulmasına dair hissəsinə qiymət verərək hesab edir ki, hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş delikt törədən olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi avtomobili əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr edəndə İddiaçı idarə etdiyi avtomobilə çırpmış və hadisə yerindən yayınmışdır. “Ford Transit” yük markalı markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Cavabdeh müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri üzrə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh təqsiri qanunla müəyyən edilmiş qaydada öz təsdiqini tapmışdır. Beləliklə, delikt törədən şəxsin Cavabdeh olması müəyyən olunur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə vurulmuş zərərə görə Cavabdeh məsuliyyət daşıyır. Məhkəmə qeyd olunanlar kontekstində hesab edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi vəzifəsi Cavabdeh öhdəsinə qoyulmalıdır. Məhkəmə iddiaçıya dəymiş ziyanın həcmini müəyyən edərkən iş üzrə təqdim edilmiş "xxxx" MMC-nin aktını mötəbər sübut qismində qəbul edir və iddia tələbinin tam həcmdə, yəni 367 (üç yüz altmış yeddi) manat məbləğində təmin edilməsini qanuni hesab edir. Belə ki, həmin aktın mötəbərsizliyi ilə əlaqədar cavabdeh tərəfindən heç bir etiraz və sübut məhkəmə təqdim edilməmişdir. Məhkəmə formal həqiqəti müyyən edərkən iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin aktını mötəbər sübut hesab etmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manatı alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. Mülki iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı bildirişlərin proses iştirakçılarına göndərilməsi üçün 8 ədəd poçt zərfi istifadə edilmişdir. Bir ədəd poçt zərfinin qiyməti 0,9 (doxsan qəpik) manat olduğu üçün işə baxılması ilə əlaqədar tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar məsrəflər 7.2 manat (yeddi manat iyirmi qəpik) təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Cavabdeh 7.2 manat (yeddi manat iyirmi qəpik) məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməldir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 367 (üç yüz altmış yeddi) manat pulun tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu və 7.2 manat (yeddi manat iyirmi qəpik) məhkəmə xərci Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1770/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1770/2025
09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver