Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1776/2023 14.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və Ərizəçi nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X4 xx.xx.2002-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi X8 izahatında göstərmişdir ki, atam X6 xəstəlik səbəbindən xx.xx.2002-ci il tarixdə İmişli şəhərində vəfat etmiş və Cavadxanlı kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmadığından vərəsəliklə bağlı məsələdə problem yaranmışdır. Ona görə də, X4 xx.xx.2002-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. X1 izahatında göstərmişdir ki, o, İmişli şəhəri, Ocaqov küçəsi, ev 5-də yaşayır və X6 ilə qonşu olmuşdur. X6 xx.xx.2002-ci il tarixdə vəfat etmiş və Cavadxanlı kənd qəbrstanlığında dəfn edilmişdir. İşdə olan Seriya AZE 0******* nömrəli AR X2 surətinə əsasən Ərizəçi xx.xx.1951-cı ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin Qaralar kənd İƏD üzrə İN-si tərəfindən təsdiq edilmiş aktın surətinə əsasən 1944-cü il təvəllüdlü X6 xx.xx.2002-ci il tarixdə vəfat etmiş və Cavadxanlı kənd qəbristanlığında dəfn edilmdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X4 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2033 saylı arayışa əsasən İmişli şəhəri, N.Nərimanov küçəsində yaşamış X6 19 iyun 2002-ci il tarixdə vəfat etmiş və İmişli rayonu, Cavadxanlı kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X4 xx.xx.2002-ci il tarixdə İmişli şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X4 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X4 ölüm tarixi: xx.xx.2002-ci il; öldüyü yer: İmişli rayonu qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-1776/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1776/2023
14.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver