Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1805/2021 16.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, 12 avqust 1988-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 4 (dörd) uşağı anadan olmuşdur. Hal-hazırda ailəsi ilə birlikdə Masallı rayonunda yaşayır. Qız uşaqları X6 20 noyabr 1989-cu ildə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuş və 30 avqust 1997-ci ildə Masallı rayonu, Mahmudavar kəndində vəfat etmişdir. Qız uşaqları Günel Masallı rayonu, Mahmudavar kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Eyni zamanda bildirir ki, mərhum qız uşaqları Günel anadangəlmə kəllə-beyin xəstəsi olmuşdur. Müalicə olunması baxmayaraq, heç bir nəticəsi olmamışdır. Özlərinin səhlənkarlığı ucbatından, X3 ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. O, X3 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımi sənədləri toplayıb, İmişli Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Masallı Rayon Qeydiyyat Şöbəsi tərəfindən ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum qız uşaqları X3 ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Bu səbəbdən də, o, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, 20 noyabr 1989-cu ildə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuş qız uşaqları X3 30 avqust 1997-ci ildə Masallı rayonu, Mahmudavar kəndində ölməsi faktının müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Rayon Qeydiyyat Şöbəsi qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AZE ******** №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1964-cü ildə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuş və İmişli şəhəri, S.Qazıyeva küçəsi, ev 5 B ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Vİİ-ЖГ 439988 №-li, 12 avqust 1988-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 arasında 12 avqust 1988-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 37 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Şahverdiyeva” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Xİİİ-ЖГ 499146 №-li, 19 dekabr 1989-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 rəsmi nikahından 20 noyabr 1989-cu ildə “X6” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti Başçısının Mahmudavar kənd İzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 621 saylı, 04 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum qızı X6 30 avqust 1997-ci ildə Masallı rayonu, Mahmudavar kəndində vəfat etmiş və Masallı rayonu, Mahmudavar kəndində yerləşən qəbristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Rayon Qeydiyyat Şöbəsinin 05/Q-191-09 saylı, 03 iyun 2021-ci il tarixli “Ölümün qeydə alınmasından imtina haqqında” rəyindən görünür ki, Ərizəçi qızı X3 ölümünün qeydə alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması mümkün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi əridir. Onlar 16 oktyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 4 (dörd) uşağı anadan olmuşdur. Qız uşaqları qızı X6 20 noyabr 1989-cu ildə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuş və 30 avqust 1997-ci ildə Masallı rayonu, Mahmudavar kəndində vəfat etmişdir. Qız uşaqları Günel Masallı rayonu, Mahmudavar kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Eyni zamanda bildirir ki, mərhum Qız uşaqları Günel kəllə-beyin xəstəliyi diaqnozu ilə anadan olmuşdur. Uzun müddət müalicə olunmuş, lakin müalicənin nəticəsi olmamışdır. Məhz özlərinin səhlənkarlığı ucbatından, X3 ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. X1 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımi sənədləri toplayıb, İmişli Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Masallı Rayon Qeydiyyat Şöbəsi tərəfindən onlara ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum qız uşaqları X3 ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edilməsinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X8 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə X2 rəsmi nikahından 20 noyabr 1989-cu ildə “X6” adında uşaqları... anadan olmuş, 30 avqust 1997-ci il tarixə kimi Masallı rayonu, Mahmudavar kəndində yaşamış, 30 avqust 1997-ci ildə Masallı rayonu, Mahmudavar kəndində ev şəraitində ölmüş və o, Masallı rayonu, Mahmudavar kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi 20 noyabr 1989-cu ildə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuş qız uşaqları X3 30 avqust 1997-ci ildə Masallı rayonu, Mahmudavar kəndində ölməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, 20 noyabr 1989-cu ildə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuş X3 30 avqust 1997-ci ildə Masallı rayonu, Mahmudavar kəndində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, Ərizəçi ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Bundan başqa, X3 30 avqust 1997ci ildə Masallı rayonu, Mahmudavar kəndində ölməsi faktı məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, 20 noyabr 1989-cu ildə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuş X3 30 avqust 1997-ci ildə Masallı rayonu, Mahmudavar kəndində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və Ərizəçi məhz bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 20 noyabr 1989-cu ildə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuş X3 30 avqust 1997-ci ildə Masallı rayonu, Mahmudavar kəndində ölməsi faktı sübuta yetirilir və bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 noyabr 1989-cu ildə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuş X3 30 avqust 1997-ci ildə Masallı rayonu, Mahmudavar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X5 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-1805/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1805/2021
16.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver