Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1807/2023 17.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evə vurduğu ziyana görə 3688 manat məbləğində, evdə olan əşyalara görə isə orta bazar qiyməti 230 manat məbləğində maddi ziyanın əvəzi və ödənilmiş 60 dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi Maralgöl üzrə gecəqondu adlanan ərazidə yerləşən 206 saylı fərdi yaşayış evini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evdəki əşyalarla birlikdə kirayə olaraq vermiş və həmin vaxt onları şifahi olaraq elektrik enerjisi və təbii qazdan ehtiyyatla istifadə etməyə görə təlimatlandırmışdım. Sonradan məlum olmuşdur ki, cavabdehlər evi qızdırmaq üçün qaz sobası və iki gözlü qaz piltəsindən isifadə etmişlər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin istintaq şöbəsində ********* nömrəli cinayət işi üzrə icraata başlanılmış və xx.xx.2023-cü il tarixdə cinayət işinə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1171 nömrəli məhkəmə tikinti-texniki ekspertizası rəyinə əsasən yanğın hadisəsi zamanı İddiaçı məxsus fərdi yaşayış evinə 3688 manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasını xx.xx.2023-cü il tarixli, 9/7056 nömrəli rəyinə əsasən yanğının təsirinə məruz qalmış malların orta bazar qiyməti isə 230 manat müəyyən edilmişdir. Lakin bü günə kimi dəymiş ziyan cavabdehlər tərəfindən ödənilməmişdir.
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
4. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
7. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
8. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
9. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
10. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
11. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
12. Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllə
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
18. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
19. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
20. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı ona məxsus Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi Maralgöl üzrə gecəqondu adlanan ərazidə yerləşən 206 saylı fərdi yaşayış evini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evdəki əşyalarla birlikdə kirayə olaraq vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evi qızdırmaq üçün qaz sobası və iki gözlü qaz piltəsindən isifadə etmiş və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadığına görə 04 dekabr 2022-ci il tarixdə saat 11 radələrində həmin fərdi yaşayış evində yanğın baş vermişdir. Nəticədə yaşayış evİ içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qalmışdır.
21. “Cinayət işinin xitam edilməsi haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin, İstantaq şöbəsinin 06 aprel 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, 04 dekabr 2022-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi, Maralgöl yaşayış massivində yerləşən fərdi yaşayış evində yanğın baş vermiş, nəticədə ev və qonşuluqda yerləşən digər fərdi yaşayış evləri içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qalmış, evdə 2017-ci il təvəllüdlü X2 və 2021-ci il təvəllüdlü X1 meyitləri aşkar olunmuşdur.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1171 nömrəli məhkəmə tikinti-texniki ekspertizası rəyinə əsasən yanğın hadisəsi zamanı İddiaçı məxsus fərdi yaşayış evinə 3688 manat və məhkəməəmtəəşünaslıq ekspertizasını xx.xx.2023-cü il tarixli, 9/7056 nömrəli rəyinə əsasən yanğının təsirinə məruz qalmış malların orta bazar qiyməti isə 230 manat müəyyən edilmişdir.
23. Məhkəmə qeyd edir ki, hər kəsin məhkəmədə iddia qaldırmaq, pozulmuş hüquq və azadlıqlıqlarının bərpası üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır.
24. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
26. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
27. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
28. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və iddia ərizəsinə əlavə olunmuş sənədlərə əsaslanaraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir..
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş zərərə görə 3688 manat məbləğində, evdə olan əşyalara görə isə orta bazar qiyməti 230 manat məbləğində maddi ziyanın əvəzi pul və dövlət rüsumu olaraq ödənilmiş 60 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev