Məhkəmə qərarları › İş №2(036)-181/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-181/2024

08.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-181/2024 08.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, atası-xx.xx.1952-ci il təvəllüdlü X1 xx.xx.2014-cü ildə İmişli rayonu, Yalavac kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Ərizəçi vəsatət təqdim edərək ərizənin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlıq zamanı ərizəçinin vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə ərizəçinin vəsatətini nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. İş materialları ilə müəyyən olur ki, tələb üzrə xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, ödənilmiş dövlət rüsumu Dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi vəsatəti təmin edilsin. İƏrizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizə üzrə xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 100 manat dövlət rüsumu Dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar