Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1833/2021 28.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, 16 oktyabr 1997-ci il tarixdə X10 ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 3 (üç) uşağı anadan olmuşdur. Hal-hazırda ailəsi ilə birlikdə İmişli şəhəri, İ.Əliyev küçəsi, ev 16 ünvanda yaşayır. Qız uşaqları X9 04 mart 1999-cu ildə İmişli şəhərində anadan olmuş və 07 noyabr 2020-ci ildə İmişli şəhərində vəfat etmişdir. Qız uşaqları Sənəm İmişli rayonu, Yuxarı Qaralar kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Eyni zamanda bildirir ki, mərhum qız uşaqları Sənəm fiziki cəhətdən sağlam olmuş və səhhətində heç bir problem olmamışdır. Sadəcə olaraq, yaşadığı İmişli şəhərində yerləşən evin hamam otağında duş qəbul edən dəm qazının təsirindən zəhərlənərək, ölmüşdür. Fakt üzrə İmişli Rayon Prokurorluğunda araşdırma aparılmış və 14 dekabr 2020-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Onu da qeyd edir ki, İmişli Rayon Prokrurluğunda araşdırma aparılan zaman onlar meyitin daxili müayinəsinin aparılmasına icazə verməmişlər. O, X5 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımi sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum qız uşaqları X5 ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Bu səbəbdən də, o, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, 04 mart 1999-cu ildə İmişli şəhərində anadan olmuş qız uşaqları X5 07 noyabr 2020-ci ildə İmişli şəhərində ölməsi faktının müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1968-ci ildə İmişli şəhərində anadan olmuş və İmişli şəhəri, İ.Əliyev küçəsi, ev 16 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Vİİ-ЖГ 343576 №-li, 16 oktyabr 1997-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X10 arasında 16 oktyabr 1997-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 173 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 078109 №-li, 21 may 2001-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 rəsmi nikahından 04 mart 1999-cu ildə “X9” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər İzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 2826 saylı, 14 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum qızı X9 07 noyabr 2020-ci ildə İmişli şəhərində vəfat etmiş və İmişli rayonu, Yuxarı Qaralar kəndində yerləşən qəbristanlıqda dəfn edilmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 dekabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, X5 duş qəbul edən zaman dəm qazından zəhərlənərək ölməsi barədə məlumat əsasında toplanmış material üzrə İmişli rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər İzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 2826 saylı, 14 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum qızı X9 07 noyabr 2020-ci ildə İmişli şəhərində vəfat etmiş və İmişli şəhərində yerləşən qəbristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05 iyul 2021-ci il tarixli “Ölümün qeydə alınmasından imtina haqqında” rəyindən görünür ki, Ərizəçi qızı X5 ölümünün qeydə alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması mümkün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi əridir. Onlar 16 oktyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 3 (üç) uşağı anadan olmuşdur. Qız uşaqları X9 04 mart 1999-cu ildə İmişli şəhərində anadan olmuş və 07 noyabr 2020-ci ildə İmişli şəhərində vəfat etmişdir. Qız uşaqları Sənəm İmişli rayonu, Yuxarı Qaralar kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Eyni zamanda bildirir ki, mərhum Qız uşaqları Sənəm fiziki cəhətdən sağlam olmuş və səhhətində heç bir problem olmamışdır. Sadəcə olaraq, yaşadığı İmişli şəhərində yerləşən evin hamam otağında duş qəbul edən dəm qazının təsirindən zəhərlənərək, ölmüşdür. Fakt üzrə İmişli Rayon Prokurorluğunda araşdırma aparılmış və 14 dekabr 2020-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Onu da qeyd edir ki, İmişli Rayon Prokrurluğunda araşdırma aparılan zaman onlar meyitin daxili müayinəsinin aparılmasına icazə verməmişlər. X1 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımi sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etmişlər. Maraqlı şəxs tərəfindən onlara ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Əri Ərizəçi mərhum qız uşaqları X5 ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə X4 rəsmi nikahından 04 mart 1999-cu ildə “X9” adında uşaqları... anadan olmuş, 07 noyabr 2020-ci il tarixə kimi İmişli şəhərində yaşamış, 07 noyabr 2020-ci ildə İmişli şəhərində ev şəraitində ölmüş və o, İmişli şəhərində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi 04 mart 1999-cu ildə İmişli şəhərində anadan olmuş qız uşaqları X5 07 noyabr 2020-ci ildə İmişli şəhərində ölməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, 04 mart 1999-cu ildə İmişli şəhərində anadan olmuş X5 07 noyabr 2020-ci ildə İmişli şəhərində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, Ərizəçi ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Bundan başqa, X5 07 noyabr 2020-ci ildə İmişli şəhərində ölməsi faktı məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, 04 mart 1999-cu ildə İmişli şəhərində anadan olmuş X5 07 noyabr 2020-ci ildə İmişli şəhərində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və Ərizəçi məhz bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 04 mart 1999-cu ildə İmişli şəhərində anadan olmuş X5 07 noyabr 2020-ci ildə İmişli şəhərində ölməsi faktı sübuta yetirilir və bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 mart 1999-cu ildə İmişli şəhərində anadan olmuş X5 07 noyabr 2020-ci ildə İmişli şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X2 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-1833/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1833/2021
28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver