Məhkəmə qərarları › İş №2(036)-1998/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1998/2023

23.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1998/2023 23.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X3 xx.xx.2003-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, bibisi X6 uzun sürən xəstəliy səbəbindən xx.xx.2003-cü il tarixdə İmişli rayonu, Bəcirəvan kəndində vəfat etmiş və Bəcirəvan kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmadığından vərəsəliklə bağlı məsələdə problem yaranmışdır. Ona görə də, X3 xx.xx.2003-cü il tarixdə İmişli rayonu, Bəcirəvan kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 3-16-5/69-415 nömrəli arayışa əsasən xx.xx.1968-ci ildə İmişli rayonunda anadan olmuş X1 Ərkinaz Nəsir qızından və X4 törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X3 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşdə olan İmişli RİHB-nin Bəcirəvan kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 234 nömrəli arayışında göstərilmişdir ki, X6 xx.xx.2003-cü il tarixdə vəfat etmiş və İmişli rayonu, Bəcirəvan kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X3 xx.xx.2003-cü il tarixdə İmişli rayonu, Bəcirəvan kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X3 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X3 ölüm tarixi: xx.xx.2003-cü il; öldüyü yer: İmişli rayonu, Bəcirəvan kəndi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar