Məhkəmə qərarları › İş №2(036)-2014/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2014/2025

19.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2014/2025 19.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Sabirabad şəhəri 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞS/MT-023/2025-00577 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişinin 1.1-ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 13 noyabr 2006cı ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X4 anadan olmuşdur. Qeyd edir ki, cavabdehlə aralarında olan rəsmi nikah pozulmamışdır. Maraqlı şəxs maddi olaraq ona və övladlarına baxmadığı üçün, övladlarının tələbatlarını ödəmək, onları saxlamaq çətin olduğu üçün aliment tələbi barədə mediasiya təşkilatına müraciət etmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatının mediatoru X6 qəbulunda mediasiya sessiyasında xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs ilə barışıq sazişi bağlamışlar. Belə ki, Maraqlı şəxs övladları xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanılması üçün bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla üç uşaq üçün 525 (beş yüz iyirmi beş) manat pul məbləğində alimenti onun kart hesabına may ayının 25-dən etibarən hər ayın 25-i ödəyəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin, Maraqlı şəxs sazişdə qeyd edilən 1.1 -ci bənddəki şərti pozaraq aliment məbləğini onun hesabına ödəməmişdir. Barışıq sazişi 10 gün müddətinə icra edilməlidir. Həmin müddət keçməsinə baxmayaraq hazırda 2-ci tərəf barışıq sazişini icra etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, 1.1 Tərəflərin razılığına əsasən İkinci tərəf - Maraqlı şəxs övladları xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla üç uşaq üçün 525 (beş yüz iyirmi beş) manat pul məbləğində alimenti Birinci tərəf-Ərizəçi kart hesabına may ayının 25-dən etibarən hər ayın 25-i ödəyəcəyi öhdəliyini öz üzərinə götürür. 1.2 Yuxarda qeyd edilən 1.1-ci bənddəki şərt pozularsa tərəflər bu saziş əsasında məhkəmə orqanlarına müraciət edə bilərlər. İş materiallarında olan İmişli rayonu, Bəcirəvan və Ağcüyür KİN tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ 267041 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X7 arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış, akt qeydləri kitabında 17 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 11778577 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 11874834 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, 1.1 Tərəflərin razılığına əsasən İkinci tərəf- Maraqlı şəxs övladları xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla üç uşaq üçün 525 (beş yüz iyirmi beş) manat pul məbləğində alimenti Birinci tərəf-Ərizəçi kart hesabına may ayının 25-dən etibarən hər ayın 25-i ödəyəcəyi öhdəliyini öz üzərinə götürür. 1.2 Yuxarda qeyd edilən 1.1-ci bənddəki şərt pozularsa tərəflər bu saziş əsasında məhkəmə orqanlarına müraciət edə bilərlər. Sazişin 5-cı bəndinə əsasən tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. İmzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Bundan başqa barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi tam imzalandığı tarixdən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmişdir. Odur ki, ərizəçi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il -cü il tarixdə bağlanmış barışıq sazişinin ərizədə göstərilən bəndləri məcburi icra olunması üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234-cü bəndinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞS/MT-023/2025-00577 saylı, xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıda göstərilən bəndi – 1.1 hissəsi məcburi icra üçün təsdiq edilsin: 1.1 Tərəflərin razılığına əsasən İkinci tərəf- Maraqlı şəxs övladları xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla üç uşaq üçün 525 (beş yüz iyirmi beş) manat pul məbləğində alimenti Birinci tərəf-Ərizəçi kart hesabına may ayının 25-dən etibarən hər ayın 25-i ödəyəcəyi öhdəliyini öz üzərinə götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar