Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-206/2025 20.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı - Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 1983.94 (min doqquz yüz səksən üç manat doxsan dörd qəpik) manat dəyərində vəsaitin alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-524/2022 saylı, 02.11 2022-cı il tarixli hökmü ilə təqsirli bilinərək 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi ış açılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə probasiya üzrə böyük icra məmuru tərəfindən məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdıkdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, iki ədəd siqnal ötürücüsü Cavabdeh təhvil verilmişdir. Bu nəzarət avadanlılarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdə öz dediyinə görə elektron nəzarət qurğusunun hissəsi olan mobil qurğunu və qolbağı kanalda salmış və mobil qurğu və qolbağ kanalda itmişdir. Tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitələrin dəyəri 1983 manat, 94 qəpik hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda hesab edir ki, cavabdehin təqsirindən, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 1983.94 manat təşkil edir. İddiaçı böyük icra məmuru (probasiya üzrə) İ dərəcəli ədliyyə qulluqçusu Elşən Cəfərov məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib hesab edir ki, iddia aşagıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 524/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-524/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh istintaq zamanı tutulduğu 21 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək 02 (iki) gün və 29 avqust 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək 01 (bir) gün, cəmi 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla 06 (altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan 21/3-1717 nömrəli xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, elektron nəzarət vasitələrinin tətbiq olunduğu məhkumların izlənilməsi, nəzarətdə saxlanılması ilə bağlı fəaliyyətin təşkili ilə əlaqədar Ədliyyə Nazirliyinin balansında olan izlənmə avadanlıqları Probasiya Xidmətinin Elektron monitorinq, elektron nəzarət sisteminin server avadanlıqları və proqram təminatı (texniki xidmətin göstərilməsi üçün) informasiya-kommunikasiya texnologiyaları idarələrinin istifadələrinə tehvil verilməsi üçün müvafiq akt tərtib olunmuş və tərəflərə təqdim olunmuşdur. Tərtib olunmuş aktda sadə ağıllı elektron qolbağların yə digər nəzarət avadanlıqlarının dəyəri və maliyyə məlumatları öz əksini tapmışdır. Həmçinin bildirilir ki, elektron avadanlıqlarının dəyəri nəzarət subyektindən tutularaq X1 aşağıda göstərilən hesabına köçürülməlidir. X3 Müxbir hesab nömrəsi: AZ41NABZ******************** VÖEN-İ: **********, Kod: 210005 SWİFT: CTREAZ22, Bakı şəhər maliyyə idarəsi hesab nömr: AZ66CTRE******************** Səviyyə kodu; 1, Təsnifat kodu: 142330, Valyuta: AZN VÖEN-i: **********; Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-524/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən məhkum Cavabdehnın üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsa da, o, həmin mobil nəzarət qurğusunu zədələyərək yararsız vəziyyətə salmışdır. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh ödəməli olduğu 1983.94 manat məbləğində pulu hazıradək ödəməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə hesab edir ki, İddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə İddiaçının qarşısında mülki məsuliyyət daşıyır və İddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Cavabdehnın mobil nəzarət qurğusunu zədələyərək yararsız vəziyyətə saldığına görə 1983.94 manat pulu qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlar ilə təsdiqini tapır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1983.94 (min doqquz yüz səksən üç manat doxsan dörd qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə (X2, kod - 210005; VÖEN - **********; SWİFT-CTREAZ22 Müxbir hesab – AZ41NABZ********************), tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1983.94 (min doqquz yüz səksən üç manat doxsan dörd qəpik) manat məbləğində pul tutulub dövlət büdcəsinə X2, kod - 210005; VÖEN - **********; SWİFT-CTREAZ22 Müxbir hesab – AZ41NABZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-206/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-206/2025
20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver