Məhkəmə qərarları › İş №2(036)-2083/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2083/2023

30.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2083/2023 30.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, atam X4 uzun sürən xəstəlik səbəbindən xx.xx.2023-cü il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində vəfat etmiş və Bəhrəmtəpə qəsəbə qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmadığından vərəsəliklə bağlı məsələnin həllində problem yaranmışdır. Ona görə də, X3 xx.xx.2023-cü il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan AZE 18331043 nömrəli AR X1 surətinə əsasən X4 xx.xx.1966-cı ildə Ağdərə rayonunun Vaquas kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X3 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşdə olan İmişli RİHB-nin İmişli rayonu, Bəhrəmtəpə qəsəbə İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 149 nömrəli arayışında göstərilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və İmişli rayonu, Bəhrəmtəpə qəsəbə qəbristanlığında dəfn olunmuşdur. İşdə olan İmişli rayon Təcili və X2 Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqinə əsasən xx.xx.2023-cü il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində X3 həkimə qədər ölmüş meyiti aşkar edilmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən Ərizəçi ölüm tarixi: xx.xx.2023-cü il; öldüyü yer: İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar