Məhkəmə qərarları › İş №2(036)-2087/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2087/2024

11.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2087/2024 11.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlu, Ərizəçi “barışıq sazişində nəzrədə tutulan alimenti artırmaqla barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin 3-cü bəndində qeyd edilən 170 (bir yüz yetmiş) mant aliment məbləğinin artırılaraq 250 (iki yüz əlli) manat olmasının təsdiq edilməsi barədə qərardad qəbul edilməsi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizəni qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib etməmişdir. İş materiallarından göründüyü kimi ərizə xüsusi icraat qaydasında verilmişdir. Lakin xüsusi icraat qaydasında məhkəməyə müraciət edilsə də, ərizəçi ərizənin nəticə hissəsində iddia icraatı qaydasında baxılmalı olan tələblə, yəni alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin olduğu kimi təsdiq edilməsi isə yalnız xüsusi icraat qaydasında, alimetin artırılması isə iddia icraatı qaydasında baxmalıdır. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə görə, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 95-ci maddəsinə əsasən: 95.1. Aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqi əqdlərin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması barədə normaları tətbiq olunur. 95.2. Aliment ödənilməsi barədə saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər. Bu halda sazişin dəyişdirilməsi və pozulması bu Məcəllənin 94.2-ci maddəsində nəzərdə tutulan eyni formada həyata keçirilir. 95.3. Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. 95.4. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizəçi aliment ödənilməsi barədə sazişin dəyişilməsi ilə əlaqədar iddia icraatı formasında məhkəməyə müracitə edə bilər. Xüsusi icraat qaydasında is yalnız mövcus sazişin olduğu kimi təsdi edilməsini tləbə edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, ərizəçi tərəfindən ərizə tərtib edilərkən qanunvericiliyin tələbi pozulduğundan, iddia icraatı qaydasında verilməli olan tələbi xüsusi icraat qaydasında verdiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.1, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi “barışıq sazişinin bəndinin dəyişdirilərək alimentin artırılması barədə barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar