Məhkəmə qərarları › İş №2(036)-2088/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2088/2023

30.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2088/2023 30.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X4 xx.xx.1998-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, qızı X5 heyvan vurması səbəbindən xx.xx.1998-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində vəfat etmiş və Aranlı kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmadığından vərəsəliklə bağlı məsələnin həllində problem yaranmışdır. Ona görə də, X4 xx.xx.1998-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/69-243 nömrəli arayışa əsasən xx.xx.1995-ci ildə İmişli rayonu, Aranlı kəndində anadan olmuş X1 Nəzakət Salam qızından və Ərizəçi törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X4 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşdə olan İmişli RİHB-nın Aranlı kənd İƏD üzrə İN tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli İmişli rayonu, Aranlı kənd sakinləri X11, X3, X13, X9 və X6 tərəfindən tərtib edilmişdir akta əsasən X8 26 iyun 1998-ci il tarixdə üç yaşında vəfat etmiş və İmişli rayonu, Aranlı kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X4 xx.xx.1998-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X4 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X4 ölüm tarixi: xx.xx.1998-ci il; öldüyü yer: İmişli rayonu, Aranlı kəndi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar