Məhkəmə qərarları › İş №2(036)-2109/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2109/2024

19.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2109/2024 19.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mamedova Roza oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs1 qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs1 qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqla şəxs Maraqlı şəxs1 arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/13/2023-00211 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişinin xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci ildə dünyaya gəlmiş X1 himayəsində saxlanması hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət edərək, birgə yaşayış dövründə dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X4 və 23.1 1.2018-ci ildə dünyaya gəlmiş X2 himayəsində saxlanması üçün müraciət etmişdir. Hazırki iş üzrə maraqlı şəxs X6 ilə aralarında, anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci ildə dünyaya gəlmiş X2 himayəsində saxlanması üçün xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanılmışdır. xx.xx.2023-ci il tarixində barışıq sazişinin bağlanılmasına baxmayaraq Maraqlı şəxs1 Mimaib qızı barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci, 2-ci və 3-cü bəndindən görünür ki, tərəflərin razılığına əsasən birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X10 ataları Ərizəçi himayəsində saxlanılması öhdəliyini öz üzərinə götürmüşdür. Aliment almaq hüququ olan Ərizəçi himayəsində olan övladları xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşma çatana qədər aliment tələb etmiyəcək. Övladları xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 hətfənin cümə günü axşam saatlarından etibarən bazar günü axşam saatlarına qədər anaları Maraqlı şəxs1 Mimaib qızının yanında qalacaqlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, tərəflərin razılığına əsasən birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X10 ataları Ərizəçi himayəsində saxlanılacaq. Tərəflər razılaşır ki, aliment almaq hüququ olan Ərizəçi himayəsində olan övladları xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 yetkinlik yaşma çatana qədər aliment tələb etmiyəcək. Tərəflər razılaşır ki, övladları xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 hətfənin cümə günü axşam saatlarından etibarən bazar günü axşam saatlarına qədər anaları Maraqlı şəxs1 Mimaib qızının yanında qalacaqlar. Bundan başqa barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi tam imzalandığı tarixdən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmişdir. Odur ki, ərizəçi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 01 mart 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin ərizədə göstərilən bəndi məcburi icra olunması üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234-cü bəndinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin aşağıda göstərilən bəndləri – hissəsi məcburi icra üçün təsdiq edilsin:

1. Tərəflər mediasiya zamanı razılaşır ki, birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 ataları Ərizəçi himayəsində saxlanılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar