Məhkəmə qərarları › İş №2(036)-2150/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2150/2025

04.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2150/2025 04.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədli Xuraman Emin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi İmişli Rayonu Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd etməklə “şəxsi vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları X12 Ərizəçi əridir. AZE seriyalı, 04269684 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X12 xx.xx.1953-cü il tarixdə Beyləqan rayonu, Əhmədli kəndində doğulmuşdur. xx.xx.1986-cı il tarixli İV-ЖГ № 264255 nömrəli nikah haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X12 ilə X2 arasında nikah qeydi aparılmış, ərə Soltanov, arvada Soltanova soyadı verilmişdir. İmişli rayon İHB-nın Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı kəndləri İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 269 nömrəli arayışından görünür ki, X12 xx.xx.2013-cü il tarixdə İmişli rayonu, Kürdmahmudlu kəndində vəfat etmiş və Sabirabad rayonu, Qalaqayın kəndində dəfn olunmuşdur. İmişli rayon İHB-nın Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı kəndləri İƏD üzrə nümayəndəliyi tərəfindən möhürlənmiş xx.xx.2025-ci il tarixli aktla müəyyən olunur ki, mərhumun arvadı Ərizəçi, qohumları X13, X9, qonşuları X1, X5 mərhum xx.xx.1953-cü il təvəllüdlü X8 İmişli rayonu, Kürdmahmudlu kəndində ailəsi ilə birgə yaşaması, xx.xx.2013cü il tarixdə vəfat etməsi, Sabirabad rayonu, Qalaqayın kənd qəbristanlığında dəfn olunmasını imzaları ilə təsdiqləmişlər. İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli “Ölümün qeyd edilməsindən imtina haqqında” rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi müəssisənin müvafiq sənədi ilə ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar X8 ölümünün qeyd edilməsindən imtina olunmuşdur. “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 30 iyun 2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, mərhum xx.xx.1953-cü il təvəllüdlü X8 adına ölüm haqqında şəhadətnamə(TQS-106) verilməsi üçün Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarında göstərilən “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”na uyğun olaraq, yerli stasionar və ambulator müraciətlər olmadığı üçün xəstəxana tərəfindən verilməsi mümkün deyildir. Məzar daşının fotoşəklindən görünür ki, X12 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Ərizəçinin tələbi: Ərizəçi maraqlı şəxs İmişli Rayonu Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X8 xx.xx.2013-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, yoldaşı X12 xx.xx.2013-cü ildə İmişli rayonu Kürdmahmudlu kəndində vəfat etmiş və Sabirabad rayonu, Qalaqayın kənd qəbristanlığında dəfn olunmuşdur. Bu fakt tərtib edilmiş akt və İmişli RİHB-nın Kürdmahmudlu kənd İƏD-si üzrə nümyəndənin rəsmi arayışı ilə təsdiq olunur. Mərhum yoldaşı X8 ölümünün qeydə alınmasından Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tibbi müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilmədiyindən imtina etmişdir. Hazırda sənədləşmə işləri ilə əlaqədar yoldaşı X8 ölüm sənədi lazımdır. Ona məhkəməyə ölüm faktının müəyyən edilməsi barədə müraciət etmək məsləhət bilinmişdir. Həmin faktı təsdiq edən lazımi sənədlərin başqa qaydada alınması mümkün olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, ölən şəxs baldızının yoldaşıdır. O, X8 vəfat etdiyi tarixdə onların evində olub. Mərhum İmişli rayonu Kürdmahmudlu kəndində vəfat etmiş və Sabirabad rayonu, Qalaqayın kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, ölən şəxs bibisinin yoldaşıdır. Vəziyyəti ağır olanda yanında olub. xx.xx.2013-ci il tarixdə İmişli rayonu Kürdmahmudlu kəndində vəfat etmiş və Sabirabad rayonu, Qalaqayın kənd qəbristanlığında dəfn olunmuşdur. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizəyə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı: 1.2. hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X12 xx.xx.2013-cü il tarixdə İmişli rayonu, Kürdmahmudlu kəndində vəfat etmiş və Sabirabad rayonu, Qalaqayın kəndində dəfn olunması faktı ərizəçinin izahatı ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1953-cü il təvəllüdlü X8 xx.xx.2013-cü il tarixdə İmişli rayonu, Kürdmahmudlu kəndində ölməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1953-cü il təvəllüdlü X8 xx.xx.2013-cü il tarixdə İmişli rayonu, Kürdmahmudlu kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.1953-cü il təvəllüdlü X8 xx.xx.2013-cü il tarixdə İmişli rayonu, Kürdmahmudlu kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə X8 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar