Məhkəmə qərarları › İş №2(036)-2159/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2159/2020

05.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2159/2020 05.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdehnа qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1 ədəd 5.2 qram çəkidə 583 əyarlı boyunbağı və 1 ədəd 3.7 qram çəkidə 583 əyarlı üzükdən ibarət qızılzinət əşyalarının geri qaytarılmasını və ya onların dəyəri olan 205 manat məbləğində pulun, vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, hepatit xəstəsi olduğu üçün mütəmadi müalicə olunur. Belə ki, müalicə üçün pula ehtiyacı olduğundan xx xxxxx 2019-cu il tarixdə Lombard krediti ilə məşğul olan fiziki şəxs Cavabdeh müraciət etməklə 205 manat məbləğində kredit götürmüş və kreditin təminatı olaraq Yaqubun lombardına 1 ədəd 5.2 qram çəkidə 583 əyarlı boyunbağı və 1 ədəd 3.7 qram çəkidə 583 əyarlı üzükdən ibarət qızıl-zinət əşyalarını girov qoymuşdur. Həmin qızılların dəyəri 215 manat məbləğində qiymətləndirilmişdir. Həmin vaxtdan iki ay müddətinə o, Yaquba olan borcunu tam şəkildə ödəmiş və qızıllarını geri tələb etmişdir. Lakin Yaqub hər dəfə müxtəlif bəhanələrlə qızılları qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, Yaqub girov qoyulmuş qızılları onun xəbəri olmadan satmış və üstəlik kredit kimi götürdüyü 205 manatı da ondan almışdır. Bununla bağlı Polisə şikayət etmiş, lakin mülki xarakteri məsələ olduğu bildirilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Yaqubun bu hərəkətləri nəticəsində onun xəstəliyi daha da şiddətlənmişdir. Ona görə də hesab edir ki, Yaqub ona 2000 manat məbləğində mənəvi ziyan vurmuşdur. Odur ki, bütün bunların nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini tam şəkildə qəbul edir və iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1 ədəd 5.2 qram çəkidə 583 əyarlı boyunbağı və 1 ədəd 3.7 qram çəkidə 583 əyarlı üzükdən ibarət qızıl-zinət əşyalarının geri qaytarılmasını və ya onların dəyəri olan 205 manat məbləğində pulun, vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsini tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 1 ədəd 5.2 qram çəkidə 583 əyarlı boyunbağı və 1 ədəd 3.7 qram çəkidə 583 əyarlı üzükdən ibarət qızıl-zinət əşyaları, olmadıqda isə onların dəyəri olaraq 205 manat məbləğində pul, mənəvi zərərin əvəzi olaraq 2000 manat, qaytarılmasını və ya onların dəyəri olan 205 manat məbləğində pulun, vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1 ədəd 5.2 qram çəkidə 583 əyarlı boyunbağı və 1 ədəd 3.7 qram çəkidə 583 əyarlı üzükdən ibarət qızıl-zinət əşyaları, olmadıqda isə onların dəyəri olaraq 205 manat məbləğində pul, mənəvi zərərin əvəzi olaraq 2000 manat, qaytarılmasını və ya onların dəyəri olan 205 manat məbləğində pulun, vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar