Məhkəmə qərarları › İş №2(036)-2161/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2161/2023

06.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2161/2023 06.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X4 xx.xx.1987-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, bacısı X2 xəstəliyi səbəbindən xx.xx.1987-ci il tarixdə Bərdə rayonu, Kətəlparaq kəndində vəfat etmiş və Kətəlparaq kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmadığından vərəsəliklə bağlı məsələdə problem yaranmışdır. Ona görə də, X4 xx.xx.1987-ci il tarixdə Bərdə rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, Xİ JQ 425994 nömrəli arayışa əsasən xx.xx.1985-ci ildə Bərdə rayonu, Kətəlparaq kəndində anadan olmuş X1 Şəfiqə Tahir qızından və X5 törəmişdir İşdə olan xx.xx.2023-cü il tarixdə Kətəlparaq kənd sakinləri X11, X18, Gülarə Rüstəmova, X15 və Ərizəçi tərəfindən tərtib edilmiş akta əsasən xx.xx.1985-ci il tarixdə Bərdə rayonu, Kətəlparaq kəndində anadan olmuş X9 23 noyabr 1987-ci il tarixdə vəfat etmiş və Bərdə rayonu, Kətəlparaq kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan JN-431 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən Bərdə rayon AİKnin xx.xx.1999-cu il tarixli 05 saylı qərarı ilə Bərdə rayonunun Kətəlparaq kəndində yerləşən planda sərhədləri göstərilmiş 1.11 ha torpaq sahəsi X10, İbrahimova Şəfiqə, X7 və X3 ümumi mülkiyyətinə verilmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X4 xx.xx.1987-ci il tarixdə Bərdə rayonu, Kətəlparaq kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X4 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X4 ölüm tarixi: xx.xx.1987-ci il; öldüyü yer: Bərdə rayonu, Kətəlparaq kəndi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar