Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2181/2025 04.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədli Xuraman Emin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi İmişli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd etməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları X4 Ərizəçi atasıdır. AZE seriyalı, 17891706 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X4 xx.xx.1968-ci il tarixdə İmişli rayonu, Hacırüstəmli kəndində doğulmuşdur. xx.xx.1992-ci il tarixli V-ЖГ № 475634 nömrəli nikah haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X4 ilə X3 arasında nikah qeydi aparılmış, ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, ərizəçinin atası X4, anası Şahid1dır. Təcili və X1 Stansiyasının xəbərdarlıq vərəqindən görünür ki, xx.xx.2025-cü il tarixdə 20:30-da xəstənin yanına gəlmə vaxtı olmuş, X4 ilə bağlı infarkt və ya qansızma olduğu dəqiqləşməyən insult. Aqonal vəziyyət qeydləri aparılmışdır. Təcili və X1 Stansiyasının növbəti xəbərdarlıq vərəqindən görünür ki, xx.xx.2025-cü il tarixdə 21:14-də xəstənin yanına gəlmə vaxtı olmuş, X4 ilə bağlı həkimə qədər ölüm qeydi aparılmışdır. İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli “Ölümün qeyd edilməsindən imtina haqqında” rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm haqqında tibbi müəssisənin müvafiq sənədi ilə ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar X2 ölümünün qeyd edilməsindən imtina olunmuşdur. “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 12 iyun 2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, mərhum xx.xx.1968-ci il təvəllüdlü X2 adına ölüm haqqında şəhadətnamə(TQS-106) verilməsi üçün Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarında göstərilən “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”na uyğun olaraq, yerli stasionar və ambulator müraciətlər olmadığı üçün xəstəxana tərəfindən verilməsi mümkün deyildir. İmişli rayon İHB-nın Hacırüstəmli kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 78 nömrəli arayışdan görünür ki, X4 xx.xx.2025-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsində vəfat etmiş və İmişli rayonu, Hacırüstəmli kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçinin tələbi: Ərizəçi maraqlı şəxs İmişli Rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 xx.xx.2025-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, atası X4 xx.xx.2025-cü ildə vəfat etmiş və İmişli rayonu, Hacırüstəmli kənd qəbristanlığında dəfn olunmuşdur. Bu fakt tərtib edilmiş akt və İmişli RİHB-nın Hacırüstəmli kənd İƏD-si üzrə nümyəndənin rəsmi arayışı ilə təsdiq olunur. Mərhum atası X2 ölümünün qeydə alınmasından Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tibbi müəssisənin müvafiq sənədi də təsdiq edilmədiyindən imtina etmişdir. Hazırda sənədləşmə işləri ilə əlaqədar atası X2 ölüm sənədi lazımdır. O, İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmişdir ki, mərhum atası X2 ölümü qeydə alınsın və ölüm haqqında şəhadətnamə verilsin. Lakin Qeydiyyat şöbəsi bundan imtina rəyi vermiş, səbəb də ölüm faktını təsdiq edən tibbi sənədin olmaması göstərilmişdir. Ona məhkəməyə ölüm faktının müəyyən edilməsi barədə müraciət etmək məsləhət bilinmişdir. Həmin faktı təsdiq edən lazımi sənədlərin başqa qaydada alınması mümkün olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, ölən şəxsin– X2 həyat yoldaşıdır. O, X2 vəfat etdiyi tarixdə onun yanında olub. Bakı şəhəri, Binə Atıçlıx qəsəbəsində vəfat etmiş və İmişli rayonu, Hacırüstəmli kənd qəbristanlığından dəfn olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ölən şəxs xalasının yoldaşıdır. Vəziyyəti ağır olanda yanında olub. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat edib və İmişli rayonu Hacırüstəmli kəndində dəfn olunub. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizəyə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı: 1.2. hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə Atçılıq qəsəbəsində vəfat etmiş və İmişli rayonu, Hacırüstəmli kəndində dəfn olunması faktı ərizəçinin izahatı ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1968-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1968-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X2 xx.xx.2025-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Gülsaba Ağayeva