Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2187/2024 22.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı Yaqib oğlunun iştirakı ilə, İddiaçı Yaqib oğlunun Cavabdeh qarşı iddiaçının yararsız vəziyyətə düşmüş mağazasının təmiri üçün dəyəri olan cəmi 1225 manat, araşdırma zərurəti ilə əlaqədar yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindən 7 dəfə İmişli rayon Polis şöbəsinə, İmişli rayon Məhkəməsinə gəlib-getməyi ilə bağlı yol xərci olaraq işə və hər dəfə avtomobili ilə gəlib-getməsinə görə 630 manat, yemək xərci olaraq 300 manat, mağazasının bir aylıq icarə pulu olaraq 700 manat olmaqla cəmi 2855 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair işə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehə qarşı iddiaçının yararsız vəziyyətə düşmüş mağazasının təmiri üçün dəyəri olan cəmi 1225 manat, araşdırma zərurəti ilə əlaqədar yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindən 7 dəfə İmişli rayon Polis şöbəsinə, İmişli rayon Məhkəməsinə gəlib-getməyi ilə bağlı yol xərci olaraq işə və hər dəfə avtomobili ilə gəlib-getməsinə görə 630 manat, yemək xərci olaraq 300 manat, mağazasının bir aylıq icarə pulu olaraq 700 manat olmaqla cəmi 2855 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6, 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Yaqib oğlunun Cavabdeh qarşı iddiaçının yararsız vəziyyətə düşmüş mağazasının təmiri üçün dəyəri olan cəmi 1225 manat, araşdırma zərurəti ilə əlaqədar yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindən 7 dəfə İmişli rayon Polis şöbəsinə, İmişli rayon Məhkəməsinə gəlib-getməyi ilə bağlı yol xərci olaraq işə və hər dəfə avtomobili ilə gəlib-getməsinə görə 630 manat, yemək xərci olaraq 300 manat, mağazasının bir aylıq icarə pulu olaraq 700 manat olmaqla cəmi 2855 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Yaqib oğlunun ödədiyi 49 manat dövlət rüsumu ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2(036)-2187/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2187/2024
22.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver