Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-22/2024 18.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı1 (həmçinin İddiaçı2 nümayəndəsi), cavabdehlər Cavabdeh2 və X4 nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və X7 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli rayon AİK-nın xx.xx.2001-ci il tarixli 06 saylı qərarı ilə onlara verilmiş və JN-169, JN-170 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” qeydiyyat kitabında xx.xx.2002-ci ildə 9869-9870 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və X4 çıxarılmaları və torpaq sahəsinin cavabdehlərin vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 mülkiyyətçilər X14 və X1 qanun üzrə yeganə vərərsəsidir. Ümumi birgə mülkiyyətçilər X14 və X6 İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarxili, 06 saylı qərarı ilə 1.03 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-169 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlə Aktı qeydiyyat kitabında xx.xx.2002-ci ildə 9870 nömrə ilə qeydiyyata alınmışdır.İddiaçı2 da İmişli Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 saylı qərarı ilə 2.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-170 saylı “torpağa mülkiyyət hüququna dair dövlət aktı” qeydiyyat kitabında xx.xx.2002-ci ildə 9869 nömrə ilə qeydiyyata alınmışdır. Lakin həmin torpaq sahələri 2011ci ildən həmkəndliləri, pay torpağı üzrə qonşuları olan Cavabdeh2 və X9 tərəfindən zəbt olunmuşdur. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən onlara ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda torpağın digər şəxslər tərəfindən istifadə edilməsi göstərilmişdir.
3. İmişli rayon AİK-nın xx.xx.2001-ci il tarixli 06 saylı qərarı ilə JN-169 nömrəli, KOD 90700088 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” qeydiyyat kitabında 9869 nömrə ilə qeydə alınmış, İmişli rayon Muradxanlı kəndi ərazisində 1.03 ha torpaq sahəsi X10 istifadəsinə verilmişdir.
4. İmişli rayon AİK-nın xx.xx.2001-ci il tarixli 06 saylı qərarı ilə JN-170 nömrəli, KOD 90700088 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” qeydiyyat kitabında 9870 nömrə ilə qeydə alınmış, İmişli rayon Muradxanlı kəndi ərazisində 2.04 ha torpaq sahəsi X8 istifadəsinə verilmişdir,
5. İş materiallarına əlavə edilmiş İmişli regional “ASAN xidmət” mərkəzinin xx.xx.2022ci il tarixli, V-169/2022 vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X10 vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan oğlu- İddiaçı1 və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK İmişli rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə X11 verilmiş seriya nömrəsi JN-169, KOD 90700088 olan dövlət aktına əsasən, İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən ümumi sahəsi 1.0304 ha torpaq sahəsinin ½ hissəsindən ibarətdir.
6. İmişli regional “ASAN xidmət” mərkəzinin xx.xx.2022-ci il tarixli, V-170/2022 vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan oğlu- İddiaçı1 və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK İmişli rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə X11 verilmiş seriya nömrəsi JN-169, KOD 90700088 olan dövlət aktına əsasən, İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən ümumi sahəsi 1.0304 ha torpaq sahəsinin ½ hissəsindən ibarətdir.
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli,********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən İmişli rayonu Muradxanlı kəndi ərazisində 1.1678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydiyyata alınmışdır.
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən İmişli rayonu Muradxanlı kəndi ərazisində 0,873 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydiyyata alınmışdır.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa İmişli rayonu Muradxanlı kəndi ərazisində 1.0304 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydiyyata alınmışdır.
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-45/2- 4655/2023 saylı mütəxəssis rəyindən görünür ki, JN 0169 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X11 və ailə üzvlərinə verilmiş 1.03 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir.
11. JN 0170 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X11 və ailə üzvlərinə verilmiş 2.04 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir.
12. JN 0169 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X14ma və ailə üzvlərinə verilmiş 1.03 ha torpaq sahəsi və JN 0170 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X11 və ailə üzvlərinə verilmiş 2.04 ha torpaq sahəsinin 1.17 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5509 nömrəli ekspert rəyi ilə müəyyən olur ki, JN 0169 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X11 və ailə üzvlərinə verilmiş 1.03 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. JN 0170 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X11 və ailə üzvlərinə verilmiş 2.04 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. JN 0169 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X14ma və ailə üzvlərinə verilmiş 1.03 ha torpaq sahəsi və JN 0170 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X11 və ailə üzvlərinə verilmiş 2.04 ha torpaq sahəsinin 1.17 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 mart 2024-cü il tarixli, 3-16-16/2-10/1420 saylı ekspert rəyi ilə İddiaçı2 Əsgər qızının xüsusi mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı2 Əsgər qızının adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli,********** qeydiyyat nömrəli Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və ona əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İmişli rayonu, Murdaxanlı kəndində yerləşən 1.1678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütünlükdə Cavabdeh2 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. a) İddiaçı2 Əsgər qızının xüsusi mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı2 Əsgər qızının adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli,172301143 qeydiyyat nömrəli Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və ona əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İmişli rayonu, Murdaxanlı kəndində yerləşən 0.873 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə faktiki olaraq onun istifadəsində olduğu müəyyən olmuşdur. b) İddiaçı1 xüsusi mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı2 Əsgər qızının adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli, ********** saylı nömrəli Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və ona əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İmişli rayonu ,Murdaxanlı kəndində yerləşən 1.0304 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə bütünlükdə Cavabdeh2un istifadəsində olduğu müəyyən olmuşdur. c) İddiaçılar İddiaçı1 vəz oğlunun xüsusi mülkiyyətində olan 1.0304 ha torpaq sahəsi və İddiaçı2 Əsgər qızının xüsusi mülkiyyətində olan 2.0408 ha torpaq sahəsinin 1.1678 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. d) İddiaçı1 xüsusi mülkiyyətində olan 1.0304 ha topaq sahəsi və İddiaçı2 Əsgər qızının xüsusi mülkiyyətində olan 2.0408 ha torpaq sahəsinin 1.1678 ha və 0.873 ha torpaq sahələri cavabdehlər Cavabdeh1 tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
15. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı1 (həmçinin İddiaçı2 nümayəndəsi) iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
17. Cavabdeh2 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etdi.
18. Cavabdeh X4 nümayəndəsi İmanova Sevda İskəndər qızı iddianı qəbul etməyərək rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 157.4. Mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
25. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
26. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
27. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır0.
28. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
29. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
36. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
37. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli rayon AİK-nın xx.xx.2001-ci il tarixli 06 saylı qərarı ilə JN-169 nömrəli, KOD 90700088 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” qeydiyyat kitabında 9869 nömrə ilə qeydə alınmış, İmişli rayon Muradxanlı kəndi ərazisində 1.03 ha torpaq sahəsi X10 istifadəsinə verilmişdir. İmişli rayon AİK-nın xx.xx.2001-ci il tarixli 06 saylı qərarı ilə JN-170 nömrəli, KOD 90700088 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” qeydiyyat kitabında 9870 nömrə ilə qeydə alınmış, İmişli rayon Muradxanlı kəndi ərazisində 2.04 ha torpaq sahəsi X8 istifadəsinə verilmişdir. İmişli regional “ASAN xidmət” mərkəzinin xx.xx.2022-ci il tarixli, V-169/2022 vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X10 vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan oğlu- İddiaçı1 və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK İmişli rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə X11 verilmiş seriya nömrəsi JN-169, KOD 90700088 olan dövlət aktına əsasən, İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən ümumi sahəsi 1.0304 ha torpaq sahəsinin ½ hissəsindən ibarətdir. İmişli regional “ASAN xidmət” mərkəzinin xx.xx.2022-ci il tarixli, V-170/2022 vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan oğlu- İddiaçı1 və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK İmişli rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə X11 verilmiş seriya nömrəsi JN-169, KOD 90700088 olan dövlət aktına əsasən, İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən ümumi sahəsi 1.0304 ha torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli,********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən İmişli rayonu Muradxanlı kəndi ərazisində 1.1678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən İmişli rayonu Muradxanlı kəndi ərazisində 0,873 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa İmişli rayonu Muradxanlı kəndi ərazisində 1.0304 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-45/2- 4655/2023 saylı mütəxəssis rəyindən görünür ki, JN 0169 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X11 və ailə üzvlərinə verilmiş 1.03 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. JN 0170 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X11 və ailə üzvlərinə verilmiş 2.04 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. JN 0169 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X14ma və ailə üzvlərinə verilmiş 1.03 ha torpaq sahəsi və JN 0170 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X11 və ailə üzvlərinə verilmiş 2.04 ha torpaq sahəsinin 1.17 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5509 nömrəli ekspert rəyi ilə müəyyən olur ki, JN 0169 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X11 və ailə üzvlərinə verilmiş 1.03 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. JN 0170 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X11 və ailə üzvlərinə verilmiş 2.04 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. JN 0169 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X14ma və ailə üzvlərinə verilmiş 1.03 ha torpaq sahəsi və JN 0170 saylı 90700088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X11 və ailə üzvlərinə verilmiş 2.04 ha torpaq sahəsinin 1.17 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 mart 2024-cü il tarixli, 3-16-16/2-10/1420 saylı ekspert rəyi ilə İddiaçı2 Əsgər qızının xüsusi mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı2 Əsgər qızının adına qeydiyyata alınmış xx.xx.2023cü il tarixli,********** qeydiyyat nömrəli Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və ona əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İmişli rayonu, Murdaxanlı kəndində yerləşən 1.1678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütünlükdə Cavabdeh2 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı2 Əsgər qızının xüsusi mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı2 Əsgər qızının adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli,172301143 qeydiyyat nömrəli Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və ona əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İmişli rayonu, Murdaxanlı kəndində yerləşən 0.873 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə faktiki olaraq onun istifadəsində olduğu müəyyən olmuşdur. İddiaçı1 xüsusi mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı2 Əsgər qızının adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli, ********** saylı nömrəli Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və ona əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İmişli rayonu ,Murdaxanlı kəndində yerləşən 1.0304 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə bütünlükdə Cavabdeh2un istifadəsində olduğu müəyyən olmuşdur. İddiaçılar İddiaçı1 vəz oğlunun xüsusi mülkiyyətində olan 1.0304 ha torpaq sahəsi və İddiaçı2 Əsgər qızının xüsusi mülkiyyətində olan 2.0408 ha torpaq sahəsinin 1.1678 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. İddiaçı1 xüsusi mülkiyyətində olan 1.0304 ha topaq sahəsi və İddiaçı2 Əsgər qızının xüsusi mülkiyyətində olan 2.0408 ha torpaq sahəsinin 1.1678 ha və 0.873 ha torpaq sahələri cavabdehlər Cavabdeh1 tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir.
38. Qanunvericiliyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
39. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
40. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
41. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».
42. Prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir.
43. Müvafiq qanunvericilik normalarını və işin yuxarıda sadalanan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edildiyinə görə iddiaçıların qanunu mülkiyyət hüquqları pozulmuşdur.
44. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
47. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
48. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
49. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi Cavabdeh2 aid olan hissədə qanuni və əsaslı olduğu üçün təmin edilməli, cavabdeh X7 aid olan hissədə isə əsassız olduğu üçün rədd edilməlidir.
50. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat Cavabdeh2 alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və X7 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 iddiaçılar İddiaçı1 xüsusi mülkiyyətində olan 1.0304 ha torpaq sahəsi və İddiaçı2 Əsgər qızının xüsusi mülkiyyətində olan 2.0408 ha torpaq sahəsinin 1.1678 ha hissəsindən çıxarılsın. İddia tələbi cavabdeh X7 aid hissədə təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh2 alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev