Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2202/2023 04.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X1 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, həyat yoldaşı X2 xəstəlik səbəbindən xx.xx.2023-cü il tarixdə İmişli şəhərində vəfat etmiş və Muradxanlı kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmadığından vərəsəliklə bağlı məsələnin həllində problem yaranmışdır. Ona görə də, X1 xx.xx.2023-cü il tarixdə İmişli şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 3-16-5/69-238 nömrəli arayışa əsasən Ərizəçi X2 ilə xx.xx.1975-ci ildə rəsmi nikaha daxil olmuş və Cəfərova soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2193 nömrəli arayışda göstərilmişdir ki, X2 xx.xx.2023-cü il tarixdə İmişli şəhərində vəfat etmiş və Muradxanlı kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan İmişli RİHB-nın İmişli şəhər İƏD üzrə İN tərəfindən təsdiq olunmuş İmişli şəhər sakinləri, X3, Ərizəçi, Babaşov Salman Ələskər oğlu, Babaşzadə İlyaz Ələsgər oğlu, X6 və X4 tərəfindən tərtib edilmişdir akta əsasən X2 20 iyun 2023-cü il tarixdə İmişli şəhərində vəfat etmiş və İmişli rayonu, Muradxanlı kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X1 ölümünün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X1 xx.xx.2023-cü il tarixdə İmişli şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X1 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X1 ölüm tarixi: xx.xx.2023-cü il; öldüyü yer İmişli şəhəri qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2202/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2202/2023
04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver