Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2205/2023 11.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (VÖEN: **********) qarşı lombarda qoyulmuş qızıl-ziynət əşyalarının tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (VÖEN: 5********) qarşı lombarda qoyulmuş qızıl-ziynət əşyalarının tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 1260 saylı Kredit müqaviləsi üzrə öhdəliyin təmin olunması məqsədilə Lombarda girov qoyulmuş cəmi 1400,0 manat məbləğində kredit götürülməsi müqabilində girov qoyulmuş 1638,0 manat dəyərində 18.2 qram çəkidə 585 əyarlı 1 ədəd boyunbağı, 720,0 manat dəyərində 8 qram çəkidə 583 əyarlı 1 ədəd qolbaq, 261,0 manat dəyərində 2,90 qram çəkidə 583 əyarlı 1 ədəd klon, 270,0 manat dəyərində 3 qram çəkidə 583 əyarlı 1 ədəd üzük, 675,0 manat dəyərində 7.50 qram çəkidə 583 əyarlı 1 ədəd bilərzik və 225,0 manat dəyərində 2.50 qram çəkidə 583 əyarlı 1 ədəd üzüyün alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh (VÖEN: **********) aylıq 5 faizlə 1400,0 manat kredit götürüb cəmi 3789 manat dəyərində 18.2 qram çəkidə 585 əyarlı 1 ədəd boyunbağı, 8 qram çəkidə 583 əyarlı 1 ədəd qolbaq, 2,90 qram çəkidə 583 əyarlı 1 ədəd klon, 3 qram çəkidə 583 əyarlı 1 ədəd üzük, 7.50 qram çəkidə 583 əyarlı 1 ədəd bilərzik və 2.50 qram çəkidə 583 əyarlı 1 ədəd üzük girov qoymuş və aldığı kreditin faizini hər ay vaxtı-vaxtında ödəmişdir. Lakin, əsas krediti qaytarmaq istəsə də, Cavabdeh fəaliyyət göstərdiyi məkanda tapa bilməmişdir. Ona görə də, Cavabdeh (VÖEN: **********) ilə aralarında bağlanmış xx.xx.2019-cu il Kredit müqaviləsi üzrə öhdəliyin təmin olunması məqsədilə qoyulmuş girova xitam verilməklə girov qoyulmuş cəmi 3789 manat dəyərində 18.2 qram çəkidə 585 əyarlı 1 ədəd boyunbağı, 8 qram çəkidə 583 əyarlı 1 ədəd qolbaq, 2,90 qram çəkidə 583 əyarlı 1 ədəd klon, 3 qram çəkidə 583 əyarlı 1 ədəd üzük, 7.50 qram çəkidə 583 əyarlı 1 ədəd bilərzik və 2.50 qram çəkidə 583 əyarlı 1 ədəd üzüyün alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 1260 nömrəli Kredit müqaviləsinin surətinə əsasən Borclu İddiaçı Lombard kreditinin verilməsi ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN: **********) aylıq 5 faizlə 1400,0 manat kredit götürüb 18.2 qram çəkidə 585 əyarlı 1 ədəd boyunbağı, 8 qram çəkidə 583 əyarlı 1 ədəd qolbaq, 261 manat dəyərində 2,90 qram çəkidə 583 əyarlı 1 ədəd klon,və 4,1 qram çəkidə 583 əyarlı 1 ədəd üzük girov qoymuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli “Lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı” na əsasən Cavabdeh (VÖEN: **********) aylıq 5 faizlə 1400,0 manat kredit müqabilində İddiaçı verdiyi cəmi 3789 manat dəyərində 18.2 qram çəkidə 585 əyarlı 1 ədəd boyunbağı, 8 qram çəkidə 583 əyarlı 1 ədəd qolbaq, 261 manat dəyərində 2,90 qram çəkidə 583 əyarlı 1 ədəd klon,və 4,1 qram çəkidə 583 əyarlı 1 ədəd üzük girov saxlamışdır. İşdə olan Fərdi sahibkar-Qızıl X1 ( VÖEN: **********) tərəfindən verilmiş rəyə əsasən 18.2 qram çəkidə 585 əyarlı 1 ədəd boyunbağı 1638,0 manat, 8 qram çəkidə 583 əyarlı 1 ədəd qolbaq 720,0 manat dəyərində, 2,90 qram çəkidə 583 əyarlı 1 ədəd klon 261,0 manat dəyərində, 3 qram çəkidə 583 əyarlı 1 ədəd üzük 270 manat dəyərində, 7.50 qram çəkidə 583 əyarlı 1 ədəd bilərzik 675,0 manat dəyərində və 2.50 qram çəkidə 583 əyarlı 1 ədəd üzük 225,0 manat dəyərində qiymətləndirilir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh (VÖEN: **********) aylıq 5 faizlə 1400,0 manat kredit götürüb 1638,0 manat dəyərində 18.2 qram çəkidə 585 əyarlı 1 ədəd boyunbağı, 720,0 manat dəyərində 8 qram çəkidə 583 əyarlı 1 ədəd qolbaq, 261,0 manat dəyərində 2,90 qram çəkidə 583 əyarlı 1 ədəd klon, 270,0 manat dəyərində 3 qram çəkidə 583 əyarlı 1 ədəd üzük, 675,0 manat dəyərində 7.50 qram çəkidə 583 əyarlı 1 ədəd bilərzik və 225,0 manat dəyərində 2.50 qram çəkidə 583 əyarlı 1 ədəd üzük girov qoymuş və aldığı kreditin faizlərini ödəmişdir. Cavabdeh əsas kredit məbləğini qəbul etməyərək girov qoyulmuş əşyaları geri qaytarmamışdır. AR Mülki Məcəlləsinin 283.3-cü maddəsinə əsasən girov saxlayan öz vəzifələrini kobudcasına pozaraq girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda girov qoyan girova vaxtından əvvəl xitam verilməsini tələb edə bilər. Həmin Məcəllənin 294.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girova xitam verilir. Həmin Məcəllənin 294.2-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Həmin Məcəllənin 302.1-ci madəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.5-ci maddəsinə əsasən lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Həmin Məcəllənin 302.6-cı maddəsinə əsasən lombard girov qoyulmuş əşyaların itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh ( VÖEN: **********) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1260 saylı Kredit müqaviləsi üzrə öhdəliyin təmin olunması məqsədilə qoyulmuş girova xitam verilməli və Cavabdeh (VÖEN: **********) girov saxladığı 18.2 qram çəkidə 585 əyarlı 1 ədəd boyunbağı, 8 qram çəkidə 583 əyarlı 1 ədəd qolbaq, 2,90 qram çəkidə 583 əyarlı 1 ədəd klon, 3 qram çəkidə 583 əyarlı 1 ədəd üzük, 7.50 qram çəkidə 583 əyarlı 1 ədəd bilərzik və 2.50 qram çəkidə 583 əyarlı 1 ədəd üzük girov qoyana qaytarmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. İddiaçı ilə Cavabdeh (VÖEN: **********) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1260 saylı Kredit müqaviləsi üzrə öhdəliyin təmin olunması məqsədilə qoyulmuş girova xitam verilsin və Cavabdeh ( VÖEN: **********) cəmi 3789 manat dəyərində 18.2 qram çəkidə 585 əyarlı 1 ədəd boyunbağı (1638 manat dəyərində); 8 qram çəkidə 583 əyarlı 1 ədəd qolbaq (720,0 manat dəyərində), 2,90 qram çəkidə 583 əyarlı 1 ədəd klon (261,0 manat dəyərində), 3 qram çəkidə 583 əyarlı 1 ədəd üzük (270,0 manat dəyərində), 7.50 qram çəkidə 583 əyarlı 1 ədəd bilərzik (675,0 manat dəyərində) və 2.50 qram çəkidə 583 əyarlı 1 ədəd üzük (225,0 manat dəyərində) alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2205/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2205/2023
11.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver