Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2221/2021 29.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında düzəliş edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs tərəfindən tərtib edilmiş 11 sentyabr 2013-cü il tarixli, 455 nömrəli ölüm haqqında akt qeydinin düzgün olmaması faktının müəyyən edilməsi və həmin akt qeydində düzəliş edilərək X5 adının “Cəmil” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, babası X8 26.08.2013-cü il tarixdə vəfat etmişdir. Babasının ölümünü qeyd etdirmək üçün Maraqlı şəxsnə müraciət etmiş və ölüm haqqında şəhadətnamə almışdır. Lakin ölüm haqqında şəhadətnamədə babası X6 adı səhvən “Cəlil” kimi yazılmışdır. Qeyd olunan akt qeydində düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin şöbə akt qeydinə düzəliş edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən hər bir vətəndaş müdafiə üçün məhkəməyə müraciət etmək hüququ vardır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, X4 02 may 1957-ci il tarixdə İmişli şəhərində anadan olmuşdur. X1, anası X3r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, X4 ilə X7 arasında nikah 11 oktyabr 1980-ci il tarixdə İmişli rayon Muradallı KİN-də bağlanmış və həmin nikah 16 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1988-ci ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İ 614043 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 adı soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X2 göstərilmişdir. İş materiallarında olan məzar daşı fotoşəkillərindən görünür ki, X8 26 avqust 2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş rəydən görünür ki, Maraqlı şəxs tərəfindən 11 sentyabr 2013-cü il tarixdə tərtib olunmuş 455 nömrəli ölüm haqqında akt qeydində düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs tərəfindən tərtib edilmiş 11 sentyabr 2013-cü il tarixli, 455 nömrəli ölüm haqqında akt qeydinin düzgün olmaması faktının müəyyən edilməli və həmin akt qeydinə düzəliş edilərək X5 adı “Cəmil” kimi qeyd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 339-341-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs tərəfindən tərtib edilmiş 11 sentyabr 2013-cü il tarixli, 455 nömrəli ölüm haqqında akt qeydinin düzgün olmaması faktının müəyyən edilsin. Həmin akt qeydinə düzəliş edilərək X5 adı “Cəmil” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2221/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2221/2021
29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver