Məhkəmə qərarları › İş №2(036)-2227/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2227/2022

05.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2227/2022 05.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, qızı X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Füzuli rayonunun Horadiz qəsəbəsi qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmadığından vərəsəliklə bağlı məsələdə problem yaranmışdır. Ona görə də, X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İV № 290664 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 Elif Şaiq oğlundan törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X3 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşdə olan İmişli RİHB-nin Bəhrəmtəpə qəsəbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Biləcəri qəsəbəsində vəfat etmiş və Füzuli rayon Horadiz qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X3 xx.xx.2022-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X3 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X3 ölüm tarixi: xx.xx.2022-ci il; öldüyü yer: Bakı şəhəri Biləcəri qəsəbəsi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar