Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2251/2024 04.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlu, Ərizəçi “Uşağln himayəyə verilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Cavabdeh göstərilməklə ərizə ilə məhkəməyə müraciət edərək, İmişli rayon məhkəməsinin 2(036)-674/2024-cü il tarixli qərarına əsasən övladlarının himayəsində olmasını və Cavabdeh barışıq sazişinin 1.5-ci bəndində qeyd edilən şərti pozaraq övladlarını qaçırtmasını nəzərə alaraq övladlarının Cavabdeh alınaraq himayəsinə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizəni qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib etməmişdir.İş materiallarından göründüyü kimi ərizə xüsusi icraat qaydasında verilmişdir. Lakin xüsusi icraat qaydasında məhkəməyə müraciət edilsə də, ərizəçi ərizənin nəticə hissəsində iddia icraatı qaydasında baxılmalı olan tələblə, yəni uşağn ananın himayəsinə verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin olduğu kimi təsdiq edilməsinə yalnız xüsusi icraat qaydasında, baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə görə, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 95-ci maddəsinə əsasən: 95.1. Aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqi əqdlərin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması barədə normaları tətbiq olunur. 95.2. Aliment ödənilməsi barədə saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər. Bu halda sazişin dəyişdirilməsi və pozulması bu Məcəllənin 94.2-ci maddəsində nəzərdə tutulan eyni formada həyata keçirilir. 95.3. Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. 95.4. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizəçi xüsusi icraat qaydasında yalnız mövcud sazişin olduğu kimi təsdiq edilməsini tələb edə bilər. Əks halda ərizəçi hazırki tələblə iddia icraatı formasında məhkəməyə müracaitə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, ərizəçi tərəfindən ərizə tərtib edilərkən qanunvericiliyin tələbi pozulduğundan, iddia icraatı qaydasında verilməli olan tələbi xüsusi icraat qaydasında verdiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.1, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi “barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 50 manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-2251/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2251/2024
04.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver