Məhkəmə qərarları › İş №2(036)-2277/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2277/2024

15.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2277/2024 15.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şirəliyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqla şəxs Maraqlı şəxs arasında arasında Sabirabad 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞS/MT-023/2024-02009 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, rəsmi nikahda olduğu Maraqlı şəxs 2 uşağı var. xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3r. Son vaxtlar Maraqlı şəxs ailəyə baxmır, qazancını evə gətirmir, uşaqlara maddi köməklik göstərmir. İmişli rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması, uşaqların yanında saxlanılması və Maraqlı şəxs hər uşağa ayda 235 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Bundan sonra ailə daxili məsələlərin həlli üçün mediasiya təşkilatına müraciət etmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatının mediatoru Elvin Abbasovun qəbulunda mediasiya sessiyasında xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs ilə barışıq sazişi bağlamışlar. O, öhdəsinə götürdü ki, bir ay ərzində mətbəx mebeli, asbirator, uşaq yataq dəsti və qaz sobasından başqa cehiz əşyalarını Maraqlı şəxs evindən götürəcəkdir, 3660 manat aliment borcundan 660 manat aliment borcunu sildirəcəkdir. Maraqlı şəxs da öhdəsinə götürdü ki, yerdə qalan 3000 manat aliment borcunu 18 aya hər ayın 27-i ayda 50 manatdan az olmamaq şərti ilə ona ödəyəcəkdir. Bundan əlavə, onlar alimentin azaldılıb ayda hər uşağa 175 manat olmaqla, oktyabr ayı daxil olmaqla hər ayın 27-i Maraqlı şəxs onun xeyrinə ödəyəcək. O, Maraqlı şəxs uşaqları ilə ünsiyyətdə olmasını da öhdəsinə götürmüşdür. Barışıq sazişi 10 gün müddətinə icra edilməli idi. Həmin müddət keçməsinə baxmayaraq Maraqlı şəxs 15 gündür uşaqları aparıb, qaytarmır, məktəbdən yayındırır, alimenti ödəmir, yəni 2-ci tərəf barışıq sazişini icra etməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçini dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1-ci, 2-ci, 3-cü və 4-cü bəndindən görünür ki, tərəflərin razılığına əsasən Birinci tərəf Ərizəçi bir ay ərzində vaxt təyin edərək mətbəx mebeli, asbirator, uşaq yataq dəsti və qaz sobasından başqa cehiz əşyalarının ikinci tərəf Maraqlı şəxs evindən götürəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflərin razılığına əsasən Birinci tərəf Ərizəçi 3660 (üç min altı yüz altmış manat) manat aliment borcundan 660 (altı yüz altmış) manat aliment borcunun silinməsi öhdəliyini öz üzərinə götürmüşdür. İkinci tərəf Maraqlı şəxs yerdə qalan 3000 (üç min) manat aliment borcunu 18 aydan gec olmaqla hər ayın 27-si ayda 50 (əlli) manatdan az olmamaq şərti ilə birinci tərəf Ərizəçi xeyrinə ödəyəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflərin razılığı əsasında İmişli Rayon Məhkəməsinin qətnaməsində qeyd edilən 470 (dörd yüz) aliment məbləğinin azaldılaraq, ikinci Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla 350 (üç yüz əlli) manat aliment məbləğini oktyabr ayı daxil olmaqla hər ayın 27 si Birinci tərəf Ərizəçi kart hesabına ödəyəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Birinci tərəf Ərizəçi, ikinci Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olması öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, tərəflərin razılığına əsasən Birinci tərəf Ərizəçi bir ay ərzində vaxt təyin edərək mətbəx mebeli, asbirator, uşaq yataq dəsti və qaz sobasından başqa cehiz əşyalarının ikinci tərəf Maraqlı şəxs evindən götürəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflərin razılığına əsasən Birinci tərəf Ərizəçi 3660 (üç min altı yüz altmış manat) manat aliment borcundan 660 (altı yüz altmış) manat aliment borcunun silinməsi öhdəliyini öz üzərinə götürmüşdür. İkinci tərəf Maraqlı şəxs yerdə qalan 3000 (üç min) manat aliment borcunu 18 aydan gec olmaqla hər ayın 27-si ayda 50 (əlli) manatdan az olmamaq şərti ilə birinci tərəf Ərizəçi xeyrinə ödəyəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflərin razılığı əsasında İmişli Rayon Məhkəməsinin qətnaməsində qeyd edilən 470 (dörd yüz) aliment məbləğinin azaldılaraq, ikinci Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla 350 (üç yüz əlli) manat aliment məbləğini oktyabr ayı daxil olmaqla hər ayın 27-i birinci tərəf Ərizəçi kart hesabına ödəyəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Birinci tərəf Ərizəçi, ikinci Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olması öhdəliyini öz üzərinə götürmüşdür. Bundan başqa barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi tam imzalandığı tarixdən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmişdir. Odur ki, ərizəçi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 20 sentyabr 2024-cü il tarixdə bağlanmış barışıq sazişi məcburi icra olunması üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234-cü bəndinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin aşağıda göstərilən bəndləri – hissəsi məcburi icra üçün təsdiq edilsin: 1.Tərəflər mediasiya zamanı razılaşır ki, birinci tərəf Ərizəçi bir ay ərzində vaxt təyin edərək mətbəx mebeli, asbirator, uşaq yataq dəsti və qaz sobasından başqa cehiz əşyalarının ikinci tərəf Maraqlı şəxs evindən götürülsün.

2. Tərəflər mediasiya zamanı razılaşır ki, birinci tərəf Ərizəçi 3660 (üç min altı yüz altmış manat) manat aliment borcundan 660 (altı yüz altmış) manat aliment borcunun silinməsi öhdəliyini öz üzərinə götürmüşdür.

3. Tərəflər mediasiya zamanı razılaşır ki, ikinci tərəf Maraqlı şəxs yerdə qalan 3000 (üç min) manat aliment borcunu 18 aydan gec olmaqla hər ayın 27-si ayda 50 (əlli) manatdan az olmamaq şərti ilə birinci tərəf Ərizəçi xeyrinə ödənilməsini götürdü.

4. Tərəflər mediasiya zamanı razılaşır ki, birinci tərəf Ərizəçi, ikinci Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olması öhdəliyini öz üzərinə götürdü. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar