Məhkəmə qərarları › İş №2(036)-229/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-229/2025

24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-229/2025 24.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X3 və onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ÖV-207-GL/16-23 nömrəli "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən ona lizinqə verilmiş “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktordan Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 7 ay müddətində qanunsuz istifadə edilməklə əldə edilmiş hər ay təxminən 800 (səkkiz yüz) manat olmaqla, təxminən 5600 (beş min altı yüz) manat məbləğində əldən çıxmış fayda qismində maddi zərərin, “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun ehtiyat hissələrinə dəymiş zərərin məbləği qismində 11.570 (on bir min beş yüz yetmiş) manat, həmin işlərin görülməsi xərcləri qismində 5.600 (beş min altı yüz) manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş 159 (bir yüz əlli doqquz) manat olmaqla, cəmi 22.929 (iyirmi iki min doqquz yüz iyirmi doqquz) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ümumi məbləği 15.000 (on beş min) manat məbləğində olan “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktoru E.Soltanovun lizinqinə verilmişdir. Həmin müqavilə üzrə tərtib edilmiş ödəniş qrafikinə əsasən E.Soltanov xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 405 manat məbləğində pulu "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli, 62 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikaların təhvil qəbulu barədə akta əsasən “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktor E.Soltanov təhvil verilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X3 və onun aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, ÖV-207-GL/16-23 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən tərəflər (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X3 və o) "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında imzalanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun lizinqə verilməsi barədə xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə əsasında ödənişlər texnikanın öhdəliyi qəbul edənə işlək və saz vəziyyətdə təhvil verilməsi nəzərə alınmaqla qalıq dəyəri 3645 (üç min altı yüz qırx beş) manat olan öhdəliklərin (hüquq və vəzifələrin) öhdəliyi qəbul edənə ötürülməsi və bundan sonra bu Müqavilə üzrə öhdəliklərin öhdəliyi qəbul edən tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17.08.202-ci il tarixli 1137 nömrəli Fərmanının 2.2-ci və 3.1-ci bəndlərini nəzərə alaraq lizinq verən qarşısında icra edilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilə üzrə tərtib edilmiş ödəniş qrafikinə asas o, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 405 manat məbləğində pulu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən “Belarus – 1221” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı traktor X3 tərəfindən sənəd üzrə rəsmi qaydada ona təhvil verilmişdir. Qeyd edir ki, həmin traktor sənəd üzrə rəsmi qaydada ona təhvil verilsə də, xx.xx.2023-cü il tarixli, ÖV-207- GL/16-23 nömrəli müqavilə imzalanmamışdan əvvəl faktiki olaraq Cavabdeh qanunsuz istifadəsində olmuş xx.xx.2023-cü il tarixli, ÖV-207-GL/16-23 nömrəli müqavilə imzalandıqdan sonra o, həmin traktoru cavabdehdən tələb etsə də, lakin cavabdeh “Belarus -1221” markalı 90-K-194 dövlət qeydiyyat nişanlı traktoru ona qaytarmaqdan imtina etmiş və traktoru qanunsuz olaraq idarə etməkdə davam etmişdir. Buna görə də o, Cavabdeh qarşı "Traktorun cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X3 və onun aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, ÖV-207-GL/16-23 nömrəli "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən ona lizinqə verilmiş “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun Cavabdeh alınaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-550/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh "Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun alınıb ona təhvil verilməsi qət olunmuşdur. Qeyd edir ki, mübahisə predmeti olan “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktor Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X3 onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ÖV-207-GL/16-23 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən ona lizinqə və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən sənəd üzrə ona təhvil verilsə də, lakin Cavabdeh qanunsuz istifadəsində olduğundan faktiki olaraq ona təhvil verilməmişdir. xx.xx.2024-cü il tarixdə həmin traktor iddianın təmin tədbiri barədə Şirvan Apellyasiya Məhkəməsinin qərardadı əsasında İmişli rayon İcra şöbəsinin icra məmuru Hikmət Umudlu tərəfindən İmişli Rayon Polis Şöbəsinin duracağına yerləşdirilmiş və eyni tarixli akt tərtib edilmişdir. Bunun nəticəsində Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktordan 7 ay müddətində qanunsuz istifadə etmiş, traktordan istifadə etməklə hər ay təxminən 800 (səkkiz yüz) manat qazanc əldə etmiş, nəticədə ona əldən çıxmış fayda qismində təxminən 5600 (beş min altı yüz) manat məbləğində maddi zərər vurmuşdur. Bundan başqa, nəzərə çatdırır ki, “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktor xx.xx.2024-cü il tarixdə İmişli Rayon Polis Şöbəsinin duracağına yerləşdirildikdən sonra traktora onun tərəfindən baxış keçirilərkən traktor Cavabdeh istifadəsində olduğu zaman istifadə olunması nəticəsində traktora maddi zərər vurulduğu məlum olmuşdur. Bundan sonra o, öz təşəbbüsü ilə həmin traktora dəymiş zərərin miqdarının müəyyən edilməsi üçün müstəqil ekspert dəvət etmişdir. Ekspert tərəfindən tarktora yerində baxış keçirilmiş, traktora dəymiş zərərin miqdarı müəyyən edilmiş və nəticədə “Bakı Ekspertiza Mərkəzi" MMC-nin direktoru İ.İbrahimov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş xx.xx.2024- cü il tarixli ekspert rəyi verilmişdir. Həmin rəydə “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun ehtiyat hissələrinə dəymiş zərərin məbləği 11.570 (on bir min beş yüz yetmiş) manat, həmin işlərin görülməsi xərcləri olaraq 5.600 (beş min altı yüz) manat olmaqla, cəmi 17170 (on yeddi min bir yüz yetmiş) manat məbləğində xərcin çəkilməsinin tələb olunduğu göstərilmişdir. Qeyd edir ki, Cavabdeh “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktordan qanunsuz istifadə etməsi nəticəsində ona əldən çıxmış fayda qismində və həmçinin traktora dəymiş maddi zərəri ödəməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X3 və onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ÖV-207-GL/16-23 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən ona lizinqə verilmiş “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktordan Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək 7 ay müddətində qanunsuz istifadə edilməklə əldə edilmiş hər ay təxminən 800 (səkkiz yüz) manat olmaqla, təxminən 5600 (beş min altı yüz) manat məbləğində əldən çıxmış fayda qismində maddi zərərin, həmçinin “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun ehtiyat hissələrinə dəymiş zərərin məbləği qismində 11.570 (on bir min beş yüz yetmiş) manat, həmin işlərin görülməsi xərcləri qismində 5.600 (beş min altı yüz) manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş 159 (bir yüz əlli doqquz) manat olmaqla, cəmi 22.929 (iyirmi iki min doqquz yüz iyirmi doqquz) manat məbləğində pul Cavabdeh alınaraq ona verilməlidir. Sonradan iddia İddiaçı iddia ərizəsinə əlavə edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli aktda qeyd edilən tarixdən bu günkü tarixə qədər oun həmin traktordan istifadə etmədiyi üçün əldən çıxan hər ay təxminən 800 (səkkiz yüz) manat olmaqla 7200 (yeddi min iki yüz) manat pul məbləğinin alınaraq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək etiraz etdiyini bildirərək iddiaçı ona “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktoru əvvəl necə vəziyətdə veribsə texnika həmin vəziyyətdədir. Texnikaya heç bir ziyan vurmamışdır. İşin faktiki halları: İş materiallarında olan "xxxx" ASC ilə X3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin ötürülməsi haqqında müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X3 və İddiaçı aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, ÖV-207- GL/16-23 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında imzalanmış xx.xx.2015ci il tarixli, 207-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən tərəflər (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X3 və İddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında imzalanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun lizinqə verilməsi barədə xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə əsasında ödənişlər texnikanın öhdəliyi qəbul edənə işlək və saz vəziyyətdə təhvil verilməsi nəzərə alınmaqla qalıq dəyəri 3645 (üç min altı yüz qırx beş) manat olan öhdəliklərin (hüquq və vəzifələrin) öhdəliyi qəbul edənə ötürülməsi və bundan sonra bu Müqavilə üzrə öhdəliklərin öhdəliyi qəbul edən tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17.08.202-ci il tarixli 1137 nömrəli Fərmanının 2.2ci və 3.1-ci bəndlərini nəzərə alaraq lizinq verən qarşısında icra edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, X1 (FİN: 1CBY7S7) etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 (FİN: 3NQ124E) və İddiaçı (FİN: xxxxxxx), bu aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktoru işlək və saz vəziyyətdə bütün sənədləri ilə birlikdə İddiaçı (FİN: xxxxxxx) təhvil verilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-550/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiası təmin edilmiş, Cavabdeh “Belarus-1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun alınıb İddiaçı verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli İmişli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, X10, tələbkar İddiaçı, İmişli Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 16(106)- 12/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu Cavabdeh yaşadığı İmişli rayonu, Əliqulular kəndində yerləşən fərdi yaşayış evinə gəlmişlər. Ünvanda olduqları zaman onları qarşılayan və özünü borclunun atası kimi təqdim edən X7 Əmirovun hal-hazırda evdə olmadığını bildirmişdir. Borclu Cavabdehla istifadəsində olan 051 ***-**-** nömrəli mobil telefon vasitəsilə əlaqə saxladıqları zaman o, bir müddət sonra icra prosesində iştirak edəcəyini bildirsə də növbəti əlaqələr zamanı həmin gün icra hərəkətlərinin həyata keçirildiyi yerə gələ bilməyəcəyini bildirmişdir. Borcluya icra sənədinin mahiyyəti və qərardadın dərhal icra edilməli olduğu tərəflərindən izah edilmişdir. Daha sonra fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman “Belarus-1221” markalı 90-K-194 dövlət qeydiyyat nişanlı traktor aşkar edilmişdir. Qeyd edilən traktor evakuator xidməti vasitəsilə olduğu yerdən götürüləeək İmişli Rayon Polis İdasəinin duracağına yerləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ME0004/24 saylı rəyinin surətindən görünür ki, 2015-ci il buraxılış ili olan, “Belarus MTZ 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktora ekspert baxışına təqdim olunan “Belarus MTZ 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorda dəyişdirilməli olan ehtiyat hissələrinin qiyməti 11570 manat, gösrülməli işlərin qiyməti isə 5600 mant olmaqla, ümumilikdə dəymiş ziyan 17170 (on yeddi min bir yüz yetmiş) manat müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/İ 32-306/2025 saylı ekspert rəyindən görünür ki “Belarus-1221” markalı 90-K-194 dövlət qeydiyyat nişanlı traktora dəymiş maddi ziyan ehtiyyat hissələri və təmir xərcləri ilə birgə 16 080,00 manat təşkil edir. Ekspet qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır. “Belarus-1221” markalı 90-K-194 dövlət qeydiyyat nişanlı traktorda dəymiş ziyanındəyişdirilməli olan və təmir edilməli olan hissələrin (detalları) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri 16 080,00 (on altı min səksən) manat təşkil edir. “Belarus-1221” markalı 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun əvvəlki və yaxud bərpa olunmuş vəziyyətdə real bazar qiyməti, operativ bazar məlumatları, etimad doğuran açıq mənbələrdən, internet resurslarından alınan məlumatlara əsasən 25 000,00 (iyirmi beş min) manat təşkil edir. X9 Qiymətləndirmə Standartlarına (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə, iddianın “Belarus-1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun istismara yararsız vəziyyətə düşməsi ilə əlaqədar ona dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə daha sonra qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ümumi məbləği 15.000 (on beş min) manat məbləğində olan “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktoru E.Soltanovun lizinqinə verilmişdir. Həmin müqavilə üzrə tərtib edilmiş ödəniş qrafikinə əsasən E.Soltanov xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 405 manat məbləğində pulu "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli, 62 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikaların təhvil qəbulu barədə akta əsasən “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktor E.Soltanov təhvil verilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X3 və onun aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, ÖV-207-GL/16-23 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən tərəflər (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X3 və o) "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında imzalanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun lizinqə verilməsi barədə xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə əsasında ödənişlər texnikanın öhdəliyi qəbul edənə işlək və saz vəziyyətdə təhvil verilməsi nəzərə alınmaqla qalıq dəyəri 3645 (üç min altı yüz qırx beş) manat olan öhdəliklərin (hüquq və vəzifələrin) öhdəliyi qəbul edənə ötürülməsi və bundan sonra bu Müqavilə üzrə öhdəliklərin öhdəliyi qəbul edən tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17.08.202-ci il tarixli 1137 nömrəli Fərmanının 2.2-ci və 3.1-ci bəndlərini nəzərə alaraq lizinq verən qarşısında icra edilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilə üzrə tərtib edilmiş ödəniş qrafikinə asas o, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 405 manat məbləğində pulu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən “Belarus – 1221” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı traktor X3 tərəfindən sənəd üzrə rəsmi qaydada ona təhvil verilmişdir. Lakin həmin traktor sənəd üzrə rəsmi qaydada ona təhvil verilsə də, xx.xx.2023-cü il tarixli, ÖV-207- GL/16-23 nömrəli müqavilə imzalanmamışdan əvvəl faktiki olaraq Cavabdeh qanunsuz istifadəsində olmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)- 550/2024 saylı qətnaməsi ilə Cavabdeh "Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun alınıb ona təhvil verilməsi qət olunmuşdur. xx.xx.2024-cü il tarixdə həmin traktor iddianın təmin tədbiri barədə Şirvan Apellyasiya Məhkəməsinin qərardadı əsasında İmişli rayon İcra şöbəsinin tərəfindən Cavabdeh alınaraq duracağa yerləşdirilmişdir. Bununla məhkəmə araşdırması zamanı “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktor qanunsuz olaraq Cavabdeh sahibliyində olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin qərardadı əsasında İmişli rayon İcra şöbəsinin tərəfindən Cavabdeh alınaraq duracağa yerləşdirilərkən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan göründüyü kimi traktor evakuator vasitəsilə duracağa yerləşdirilmişdir. Həmin vaxtdan Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktor istifadəyə yararsız olduğu üçün duracaqda saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh qanunsuz hərəkətləri ilə Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktor sübutu yetdiyi üçün həmin tarktora dəymiş ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı Cavabdeh Belarus - 1221” markalı, 90-K- 194 dövlət qeydiyyat nişanlı traktora münasibətdə vicdansız sahib olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sübuta yetirildiyindən əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Dəymiş ziyanın məbləğinə münasibətdə isə məhkəmə iş materiallarında olan müstəqil qiymətləndirici "xxxx" MMC-nin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli UNİ/İ 32- 306/2025 saylı rəyi mötəbər sübut kimi qiymətləndirərək, hesab edir ki, dəymiş ziyanın məbləği 16 080,00 (on altı min səksən) manat təşkil edir. Məhkəmə iddiaçının iddia tələbinin əldən çıxmış fayda - hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir kimi ona 7200 (yeddi min iki yüz) manat pul məbləğinin cavabdehdən alınaraq ödənilmə ilə əlaqədar qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçı iddia edir ki, xx.xx.2024-cü il tarixli aktda qeyd edilən tarixdən bu günkü tarixə qədər oun həmin traktordan istifadə etmədiyi üçün ona hər ay təxminən 800 (səkkiz yüz) manat olmaqla 7200 (yeddi min iki yüz) manat pul məbləğində ziyan dəymişdir. Lakin iddiaçı tərəfindən bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Belə ki, şəxsin hüquqlarının pozulması nəticəsində onun əldə edə biləcəyi gəlir real faktlara və əsaslara söykənməli, formal xarakter daşımamalıdır. Belə ki, iddiaçının tələbində göstərdiyi təxminən 800 (səkkiz yüz) manat məbləğində ziyanı nəyə əsasən hesablamasını əsaslandıra bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının əldən çıxmış fayda ilə bağlı iddia tələbi şəxsi mülahizələrə əsaslanmaqla verildiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İş materiallarından görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən ümumilikdə 159 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumunun 138.24 (bir yüz otuz səkkiz manat iyirmi dörd qəpik) manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı tərəfindən sonrdan iddia tələbinin həcmi artırılmış, bununla da 22770 manat məbləğində olan iddia qiyməti 24370 manat olmuşdur, dövlət rüsumunun kəsr hissəsi isə iddiaçı tərəfindən ödənilmədiyi üçün Azərbaycan Respublikası MPM-in 113.2-ci maddəsinə əsasən dövlət rüsumunun 4.8 manat kəsr hissəsi İddiaçı tutularaq dövlət nəfinə ödənilməlidir. İddia tələbi qismən təmin edildiyi üçün ekspertizası tədqiqatının dəyəri olan 300 manatın 197.95 manat hissəsi Cavabdeh, qalan 102.05 manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktora dəymiş ziyana görə 16 080 (on altı min səksən) manat məbləğində pul tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Belarus - 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktora dəymiş ziyana görə 16 080 (on altı min səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumunun 138.24 (bir yüz otuz səkkiz manat iyirmi dörd qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Dövlət rüsumunun 4.8 (dörd manat səksən qəpik) manat kəsr hissəsi İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. "xxxx" MMC tərəfindən aparılmış tədqiqatının dəyəri 300 manatın 197.95 manat hissəsi Cavabdeh, qalan 102.05 manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-yə (VÖEN:**********, Hesab № AZN:AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo filialı, VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, flialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar