Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-23/2025 29.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı Azəbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azəbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı Azəbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Dövlət Agentliyinin mülkiyyətində olan “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobusa vurduğu zərərə görə 25570 (iyirmi beş min beş yüz yetmiş) manat pulun alınıb Azəbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh 2023-cü il 09 iyun tarixində saat 18:30 radələrində idarə etdiyi “Kamaz 55111” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Hacıqabul- Horadiz yolunun Sabirabad yolunun Sabirabad rayonu, Şəhriyar kəndi ərazisindən keçən 25-ci kilometrliyində hərəkətdə olarkən avtomobilini əks zolağa çıxarıb, əks istiqamətində hərəkətdə olan, Dövlət Agentliyinin mülkiyyətində olan “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşmuşdur. Sabirabad Rayon Məhkəməsinin 3(56)- 976/2023 nömrəli, 2023-cü il 25 iyul tarixli qərarı ilə xx.xx.1989-cu il təvəllüdlü, İmişli rayonu, Otuziki kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində Dövlət Agentliyinin mülkiyyətində olan “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobusa maddi ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş “Azərbaycan Respublikası Prezidentinin X3 Parkının balansından mikroavtobusların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin İşlər Müdirinin 2015-ci il 10 iyul tarixli 106 nömrəli Sərəncamın surətindən görünür ki, “X5” markalı (2012-ci il buraxılışı, şassi WDB9061551N503451, mühərrik **********1589, balans qiyməti 86596.78 (səksən altı min beş yüz doxsan altı manat 78 qəpik) mikroavtobus Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Xidməti avtomobillərin balansa götürülməsi haqqında” Dövlət Agnetliyinin 2015-ci il 27 iyul tarixli 9.1.5/E-083 nömrəli Əmrin surətindən görünür ki, “X5” markalı (2012-ci il buraxılışı, şassi WDB9061551N503451, mühərrik **********1589, balans qiyməti 86596,78 (səksən altı ıin beş yüz doxsan altı manat 78 qəpik) mikroavtobus Dövlət Agentliyinin balansına götürülmüşdür. "xxxx" tərəfindən tərtib olunmuş 2023-cü il 14 avqust tarixli qüsur aktından görünür ki, Dövlət Agentliyinin mülkiyyətində olan “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobusun təmiri üçün ümumilikdə 30570 (otuz min beş yüz yetmiş) manat pul vəsaiti tələb olunmuşdur. Cavabdeh nəqliyyat vasitəsinə dəymiş madd ziyanın könüllü şəkildə ödəməli olması bildirilməsinə baxmayaraq hazırki məsələ barədə cavabdeh ilə barışıq əldə etmək mümkün olmamışdır. Bu səbəbdən də Dövlət Agentliyinin mülkiyyətində olan “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobusa dəymiş ziyana görə 25570 manat dəyərində maddi zərərin ödənilməsini Cavabdeh tələb edilir və hesab edirlər ki, iddia tələbi əsaslı olduğu üçün maddi zərərin cavabdehdən tutularaq Dövlət Agentliyinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi üçün kifayət qədər hüquqi əsas vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı Azəbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı Azəbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə vurulmuş zərərin 14045 manat hissəsini ödəməyə imkanı olduğunu və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-976/2023 saylı qərarından görünür ki, Şəmmədov X2 Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinmiş və 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir; İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 009 nömrəli X4 tərəfindən verilmiş qüsur aktından görünür ki, “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobusa 14510 (on dörd min beş yüz on) manat ziyan dəymişdir; İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobusa 30570 (otuz min beş yüz yetmiş) manat ziyan dəymişdir; İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 9/87 nömrəli Ekspert Rəyindən görünür ki, “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobusa “X4” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 009 nömrəli qüsur aktına əsasən 14045 manat və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 19190 manat ziyan müəyyən edilmişdir; İş materiallarında olan foto şəkillərdən görünür ki, “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobusun müxtəlif yerlərdə zədələr mövcuddur; İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Kamaz 55111” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüş və qərarın surəti icra edilməsindən ötrü Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının 12-ci tağımına göndərilmişdir; İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 106 nömrəli Azərbaycan Respublikası Prezidentinin X1 görünür ki, “X5” markalı (2012-ci il buraxılışı, şassi WDB9061551N503451, mühərrik **********1589, balans qiyməti 86596.78 (səksən altı min beş yüz doxsan altı manat yetmiş səkkiz qəpik) manat mikroavtobus Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilmişdir; Elekton Məhkəmə Sistemindən çıxarışdan görünür ki, “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobus üzərində iddiaçı Azəbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 2023-cü il 09 iyun tarixində saat 18:30 radələrində idarə etdiyi “Kamaz 55111” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Hacıqabul-Horadiz yolunun Sabirabad yolunun Sabirabad rayonu, Şəhriyar kəndi ərazisindən keçən 25-ci kilometrliyində hərəkətdə olarkən avtomobilini əks zolağa çıxarıb, əks istiqamətində hərəkətdə olan, Dövlət Agentliyinin mülkiyyətində olan “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşmuşdur. Sabirabad Rayon Məhkəməsinin 3(56)-976/2023 nömrəli, 2023-cü il 25 iyul tarixli qərarı ilə xx.xx.1989-cu il təvəllüdlü, İmişli rayonu, Otuziki kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində Dövlət Agentliyinin mülkiyyətində olan “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobusa maddi ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş “Azərbaycan Respublikası Prezidentinin X3 Parkının balansından mikroavtobusların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin İşlər Müdirinin 2015-ci il 10 iyul tarixli 106 nömrəli Sərəncamın surətindən görünür ki, “X5” markalı (2012-ci il buraxılışı, şassi WDB9061551N503451, mühərrik **********1589, balans qiyməti 86596.78 (səksən altı min beş yüz doxsan altı manat 78 qəpik) mikroavtobus Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Xidməti avtomobillərin balansa götürülməsi haqqında” Dövlət Agnetliyinin 2015-ci il 27 iyul tarixli 9.1.5/E-083 nömrəli Əmrin surətindən görünür ki, “X5” markalı (2012-ci il buraxılışı, şassi WDB9061551N503451, mühərrik **********1589, balans qiyməti 86596,78 (səksən altı min beş yüz doxsan altı manat yetmiş səkkiz qəpik) mikroavtobus Dövlət Agentliyinin balansına götürülmüşdür. Məhkəmə iddianın tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.6. Başqa şəxsə zərər vurulması. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə, iddianın “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobusun sahibi Azəbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə aid hissəsi üzrə avtomobilin istismara yararsız vəziyyətə düşməsi ilə əlaqədar agentliyə dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə daha sonra qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobusa cavabdeh tərəfindən vurulmuş zərər Ekspertiza rəyi nəticəsində “X4” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 009 №-li qüsur aktına əsasən 14045 manat və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 19190 manat ziyan müəyyən edilmişdir. Göründüyü kimi ekspert heç bir qüsur aktına üstünlük verməmiş və hər ikisinin doğruluğunu öz rəyin ilə təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hər iki qüsur aktı ekspert rəyi ilə təsdiq olunmuş formada mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən dəymiş ziyan üzrə ortaq məxrəcə gəlinməlidir və cavabdeh tərəfindən vurulmuş zərər 16617.50 (on altı min altı yüz on yeddi manat əlli qəpik) manat müəyyən edilməlidir. ((14045+19190)/2=16617.50). Məhkəmə araşdırması zamanı həmin zərərin məhz cavabdeh tərəfindən vurulması həmçinin onun izahatı ilə öz təsdiqini tapmışdır. Belə cavabdeh həmin avtomobilin onun sahibliyində olarkən zərərin vurulmasını və zərərin isə 14045 manat olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobusa dəymiş ziyana görə 16617.50 (on altı min altı yüz on yeddi manat əlli qəpik) manat məbləğində pul vasaiti Cavabdeh tutularaq iddiaçı Azəbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “X5” markalı H 023624 dövlət qeydiyyat nişanlı mikroavtobusa dəymiş ziyana görə 16617.50 (on altı min altı yüz on yeddi manat əlli qəpik) manat məbləğində pul vasaiti Cavabdeh tutularaq iddiaçı Azəbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-23/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-23/2025
29.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver