Məhkəmə qərarları › İş №2(036)-2393/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2393/2020

04.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2393/2020 04.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əlizadə Qənimət Tərlan oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 nümayəndəsi: X2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı üzrə iddiaçı: Cavabdeh iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması” və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 qarşı “pul, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı2 qarşı “pul, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 nümayəndəsi X5 ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi ilk iddia üzrə İddiaçı2 İmişli rayonu, Qaragüvəndikli kəndində yaşayır. İlk iddia üzrə Cavabdeh onun həmkəndlisidir. İmişli rayonu, Qaragüvəndikli kəndində torpaq islahatı aparılan zamanİmişli Rayon Aqrar İslahat Komissiyasının 10 saylı, xx xxxxxxxx 2001-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 6.04 ha.torpaq sahəsi İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mübahisə predmeti olan həmin torpaq sahəsinə dair xx xxxxxx 2003-cü il tarixdə JN-00xx xxx 90700068 saylı“Torpağa mülkiyyət hüququna dair”Dövlət Aktı verilmişdir.xx xxxxx 2011-cı ildə Cavabdeh həmin torpaq sahəsinin 1 ha. hissəsini, yəni İddiaçı2 aid hissəsini 99 (doxsan doqquz) illik müddətə icarəyə verilməsini xahiş etmişdir. O, da həmin torpaq sahəsinin 1 ha. hissəsini 99 (doxsan doqquz) illik müddətə Cavabdeh icarəsinə vermişdir. Eyni zamanda bildirir ki, mübahisə predmeti olan İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən 6.04 ha.torpaq sahəsi İddiaçı2 və onun ailə üzvlərinin ümumi paylı mülkiyyətindədir. Belə ki, mübahisə predmeti olan İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən həmin torpaq sahəsinin 1.61 ha. hissəsi ilk iddia üzrə İddiaçı2 ümumi paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyətindədir. Onun xüsusi mülkiyyət hüququAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 08oktyabr 2020-ci il tarixdə qeydiyyata alınmış və çıxarış da verilmişdir. İlk iddia üzrə İddiaçı2 hesab edir ki, həmkəndlisi Cavabdeh tərəfindən aldadılmış və qanunvericiliyin tələblərinə zidd olaraq, notariat qaydada təsdiq edilmədən “Torpağın icarəsi haqqında” müqavilə bağlamışdır. Hal-hazırda ilk iddia üzrə İddiaçı2 xüsusi mülkiyyətlərində olan İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.61 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etmək qərarına gəlmişdir. O, həmkəndlisi Cavabdeh dəfələrlə mülkiyyətində olan həmin torpaq sahəsindən çıxmağını tələb etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hesab edir ki, İddiaçı2 mülkiyyət hüququ Cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. O, xüsusi mülkiyyətində olan həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə edə bilmir. Məhz bu səbəbdən də, hüquqlarını təmsil etdiyi ilk iddia üzrə İddiaçı2 ilk iddia üzrə Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Bütün bunları nəzərə alaraq, ilk iddia tələbinin təmin edilərək, ilk iddia üzrə Cavabdeh İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən İmişli Rayon Aqrar İslahat Komissiyasının 10 saylı, xx xxxxxxxx 2001-ci il tarixli qərarı ilə ilk iddia üzrə İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı1.61 ha. torpaq sahəsinin 1 ha. hissəsindən çıxarılması və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı üzrə iddiaçı Cavabdeh ilk iddia tələbini rədd edərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Qaragüvəndikli kəndində yaşayır. İlk iddia üzrə İddiaçı2 onun həmkəndlisidir. Onu da qeyd edir ki, ilk iddia üzrə İddiaçı2 nümayəndəsi X2 dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, o, İddiaçı2 ilə xx xxxxx 2011-ci il tarixdə İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən İmişli Rayon Aqrar İslahat Komissiyasının 10 saylı, xx xxxxxxxx 2001-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə onun xüsusi mülkiyyətinə verilmiş 1.61 ha torpaq sahəsinin 1 ha. hissəsinə dair 99 (doxsan doqquz) illik müddətə “Torpağın icarəsi haqqında” müqavilə bağlamışdır. O, hal-hazırda icarə müqaviləsi əsasında həmin torpaq sahəsindən istifadə edir və vaxt-vaxtında icarə haqqını ödəyir. Mübahisə predmeti olan həmin torpaq sahəsinə dair icarə müqaviləsinin müddəti başa çatmadığı üçün torpaq sahəsini İddiaçı2 geri qaytarmağa razı deyildir. “Torpağın icarəsi haqqında” müqavilənin müddəti başa çatdıqdan sonra o, həmin torpaq sahəsini İddiaçı2 geri qaytaracaqdır. Əks halda, o da, iddiaçı Cavabdeh qarşı “pul, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbini irəli sürmüşdür. Belə ki, o, “Torpağın icarəsi haqqında” müqavilə bağlanan zaman İddiaçı2 2970 (iki min doqquz yüz yetmiş) AZN məbləğində pul ödəmişdir. Bundan başqa, həmin torpaq sahəsində müəyyən kənd təsərrüfatı işlərinin həyata keçirilməsi üçün 1200 (min iki yüz) AZN məbləğində pul xərcləmişdir. Eyni zamanda, hesab edir ki, İddiaçı2 tərəfindən aldadıldığı üçün ona 5000 (beş min) AZN məbləğində mənəvi zərər dəymişdir. Bütün bunları nəzərə alaraq, qarşılıqlı iddia tələbinin təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 2970 (iki min doqquz yüz yetmiş) AZN məbləğində pulun, 1200 (min iki yüz) AZN məbləğində dəymiş maddi zərərin (torpaq sahəsində müəyyən kənd təsərrüfatı işlərinin həyata keçirilməsi xərci) və 5000 (beş min) AZN məbləğində dəymiş mənəvi zərərin tutularaq, özünün xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi əsaslı olduğu üçün təmin, qarşılıqlı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş JN-00xx xxx 90700068 saylı, xx xxxxxx 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 10 saylı, xx xxxxxxxx 2001-ci il tarixli qərarıilə İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən 6.04 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cəfərov Mövsüm Həsənqulu oğlunun, X3, X4, İddiaçı2 və Cəfərova İdrak Mövsüm oğlunun mülkiyyətinə verilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” xx xxxxxx 2003-cü il tarixdə 11827 № ilə Dövlət Torpaq Kadastrı kitabında uçota alınmışdır. İş materiallarında olan İddiaçı2 Cavabdeh arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli “Torpaq icarəsi haqqında” müqavilənin surətindən görünür ki, İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən İmişli Rayon Aqrar İslahat Komissiyasının 10 saylı, xx xxxxxxxx 2001-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 6.04 ha. torpaq sahəsinin 1 ha. hissəsi 99 (doxsan doqquz) il müddətinə İddiaçı2 tərəfindən Cavabdeh icarəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli çıxarışdan (elektron çıxarış forması) görünür ki, İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşənkənd təsərrüfatı təyinatlı 3.22 ha. torpaq sahəsinin 1/2 hissəsi (1.61 ha. hissəsi) İddiaçı1, 1/2 hissəsi (1.61 ha. hissəsi) İddiaçı2 adına xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X6 A 549998 saylı, xx xxxxxxx 2020-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3.22 ha. torpaq sahəsinin hüquq sahibi İddiaçı2dur, mülkiyyətin növü xüsusi mülkiyyətidir və **********92 № ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 10 saylı, xx xxxxxxxx 2001-ci il tarixli qərarıilə İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən 6.04 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cəfərov Mövsüm Həsənqulu oğlunun, X3, X4, İddiaçı2 və Cəfərova İdrak Mövsüm oğlunun mülkiyyətinə verilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” xx xxxxxx 2003-cü il tarixdə 11827 № ilə Dövlət Torpaq Kadastrı kitabında uçota alınmışdır. Bundan başqa, İddiaçı2 Cavabdeh arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli “Torpaq icarəsi haqqında” müqaviləyə əsasən İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən İmişli Rayon Aqrar İslahat Komissiyasının 10 saylı, xx xxxxxxxx 2001-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 6.04 ha. torpaq sahəsinin 1 ha. hissəsi 99 (doxsan doqquz) il müddətinə İddiaçı2 tərəfindən Cavabdeh icarəsinə verilmişdir. Bundan başqa, İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşənkənd təsərrüfatı təyinatlı 3.22 ha. torpaq sahəsinin 1/2 hissəsi (1.61 ha. hissəsi) İddiaçı1, 1/2 hissəsi (1.61 ha. hissəsi) İddiaçı2 adına xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması” və 2. Cavabdeh İddiaçı2 qarşı “pul, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olub-olmaması kimi hall mülki işin “mübahisəli faktiki halı” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş ilk iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əmlak və əşya hüquqları”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsindən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülkiyyət hüququ və mülkiyyətin müdafiəsi” təşkil edir. Məhkəmə ilk əvvəl irəli sürülmüş qarşılıqlı iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Bundan başqa, məhkəmə ilk iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı2 daşınmaz əmlaka dair (İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən 1.61 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındığı üçün, yəni daşınmaz əmlakın “mülkiyyətçisi” olduğu, eləcə də, iddiaçının (mülkiyyətçi) xüsusi mülkiyyətində olan daşınmaz əmlakı hal-hazırda heç bir hüquqi əsas olmadan, onun iradəsi ziddinə olaraq (sahiblik hüququ olmadan) özgənin “qanunsuz” sahibliyində olduğu üçün qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Bundan başqa, məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı hesab edir ki, Cavabdeh mülki hüquq pozuntusuna (delikt) görə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi iləqarşılıqlı iddia üzrə İddiaçı2 qarşı “pul, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında qarşılıqlı iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ; 3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. İlk iddia tələbi ilə bağlı hüquqi əsaslandırma hissəsi: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır... Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərindəbələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 5-ci maddəsinin İİİ hissəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 49-cu maddəsinin İ hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49-cu maddəsinin İİ hissəsinə torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Bundan başqa, məhkəmə hesab edir ki, ilk iddia üzrə Cavabdeh icarəsində olan İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən İmişli Rayon Aqrar İslahat Komissiyasının 10 saylı, xx xxxxxxxx 2001-ci iltarixli qərarıilə ilk iddiaçı üzrə İddiaçı2 mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 1.61 ha. torpaq sahəsinin 1 ha. hissəsinə dair “Torpağın icarəsi haqqında” müqavilə notariat qaydada təsdiq edilmədiyi və eləcə də, 11 (on bir) aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığı üçün onun həmin torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüququnun müdafiəsinin qanuni əsası yoxdur. Belə ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin notarial qaydada bağlanmasından, eləcə də, müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Eyni zamanda, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin İ hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 51-ci maddəsinin Vİİİ hissəsinə əsasən torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 56-cı maddəsinin İX hissəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 66-cı maddəsinin İ hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66-cı maddəsinin İİ hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin İ hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67-ci maddəsinin İV hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Həmin Qanununun 11-ci maddəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. Həmin Qanununun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx xxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki,məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc (maneəsiz) istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. X10 Məhkəməsinin “Marckx Belçikaya qarşı” iş üzrə xx xxxx 1979-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçinin öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. X10 Məhkəməsinin “Sporronq və Lonnrot İsveçə qarşı” və “Papamixolopulus Yunanıstana qarşı” işləri üzrə qərarlarında qeyd edilmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyrisabit” xarakter almış olur. Bu əmlakdan “de-fakto” formada məhrumetmə hesab edilir ki, formal şəkildə mülkiyyət hüququ saxlansa da, həmin hüquqların olmasının və faktiki olaraq həyata keçirilməsinin əhəmiyyəti aradan qalxmış olur. Bundan başqa, işin faktiki hallarına, eləcə də, tərəflərə ünlanmış suallara əldə edilmiş cavablara əsasən məhkəmə hesab edir ki, torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsi, onun planı və ölçüsünün tərtib edilməsi məsələləri, eləcə də, torpaq sahəsinə dair icarə hüququnun və daşınmaz əmlaka digər hüquqlara dair müqavilələrin notariat qaydasında təsdiq edilməli və dövlət qeydiyyatına alınmalı olması “imperativ norma” ilə tənzimləndiyi halda, ilk iddia üzrə Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada məhz həmin torpaq sahəsinə dair “Torpağın icarəsi haqqında” müqavilə notariat qaydada təsdiq edilmədiyi və icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığı üçün onun mübahisə predmeti olan həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinin və təmin edilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsi və toxunulmazlığına dövlət təminatının verilməsi əsasları tənzimlənməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə mülkiyyət hüququnun və daşınmaz əmlaka digər hüquqların, bu hüquqların məhdudlaşdırılmasının, əmələ gəlməsinin, başqasına keçməsinin və xitamının dövlət qeydiyyatına alınması kimi hüquqi əsaslar imperativ norma ilə tənzimlənmişdir. Bundan başqa, məhkəmə ilk iddia tələbi ilə bağlı hesab edir ki, ilk iddia üzrə İddiaçı2 iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün ilk iddia tələbi təmin edilməlidir. Belə ki, ilk iddia üzrə İddiaçı2 ilk iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişlər. Ümumiyyətlə, ilk iddia üzrə İddiaçı2 ilk iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, ilk iddia üzrə Cavabdeh daşınmaz əmlaka dair (torpaq sahəsi) icarə hüququdövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün etirazının əsaslarını maddi hüquq normaları ilə əsaslandıra bilməmiş, ilk iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, ilk iddia üzrə Cavabdeh izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Qarşılıqlı iddia tələbi ilə bağlı hüquqi əsaslandırma hissəsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə qarşılıqlı iddianın “2970 AZN məbləğində pulun (icarə haqqı) və 1200 AZN məbləğində dəymiş maddi zərərin (torpaq sahəsində müəyyən kənd təsərrüfatı işlərinin həyata keçirilməsi xərci) ödənilməsi” tələbinə dair hissəsi ilə bağlı hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli etibarsız icarə müqaviləsinə əsasən “icarəçi” icarəsinə verilmiş torpaq sahəsindən icarə müddəti ərzində öz məqsədinə uyğun istifadə edərək, müəyyən qazanc (fayda) əldə etdiyi üçün ödənilmiş “icarə haqqı”nın və torpaq sahəsində müəyyən kənd təsərrüfatı işlərinin həyata keçirilməsi xərcinin “icarəyə verən” tərəfindən geri qaytarılmasına (...mütənasiblik prinsipi...)hüquqi əsas yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə, məhz qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından ona maddi və mənəvi zərərin dəyməsini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılqılı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X10 Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X10 Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İlk iddia üzrə İddiaçı2 mülkiyyət hüququnun müdafiəsi məqsədi iləilk iddia üzrə Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsi və toxunulmazlığına dövlət təminatının verilmədiyi; 3. İlk iddia üzrə İddiaçı2 xüsusi mülkiyyətində olan daşınmaz əmlakı (İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən 1.61 ha. torpaq sahəsinin 1 ha. hissəsi) özgənin qanunsuz sahibliyində olduğu;

4. İlk iddia üzrə İddiaçı2 mülkiyyət hüququ ilk iddia üzrə Cavabdeh tərəfindən məhdudlaşdırıldığı (əmlakdan “de-fakto” formada məhrumetmə); 5. İlk iddia üzrə İddiaçı2 mülkiyyət hüququnun həyata keçirilməsi imkanı əhəmiyyətli dərəcədə məhdudlaşdırılmaqla, mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter daşıdığı; 6.Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən ilk iddia üzrə iddiaçı tərəf ilk iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etdiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün ilk iddia tələbi təminedilməli və 7. Tərəflər arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli etibarsız icarə müqaviləsinə əsasən “icarəçi”nin icarəsinə verilmiş torpaq sahəsindən icarə müddəti ərzində öz məqsədinə uyğun istifadə edərək, müəyyən qazanc (fayda) əldə etdiyini nəzərə alaraq, ödənilmiş “icarə haqqı”nın və torpaq sahəsində müəyyən kənd təsərrüfatı işlərinin həyata keçirilməsi xərcinin “icarəyə verən” tərəfindən geri qaytarılmasına (...mütənasiblik prinsipi...)hüquqi əsas olmadığı; 8. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən qarşılıqlı iddia üzrə cavabdeh tərəf qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün qarşılıqlı iddia tələbi rədd edilməlidir. Bu səbəbdən də, ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı2 xüsusi mülkiyyətində olan İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən 1.61 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 ha. hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlk iddia təmin edilsin. İlk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı2 xüsusi mülkiyyətində olan İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən 1.61 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 ha. hissəsindən çıxarılsın. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar