Məhkəmə qərarları › İş №2(036)-2496/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2496/2025

01.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2496/2025 01.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı ərizəçinin əri xx.xx.1984cü il təvəllüdlü X1 27 aprel 2025-ci il tarixdə Rusiya Federasiyası, Donetsk Xalq Respublikası, Krasnoarmeysk rayonu, Yelizavetovka qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə mülki iş materialları ilə birlikdə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxsə qarşı ərizəçinin həyat yoldaşı xx.xx.1984-cü il təvəllüdlü X1 27 aprel 2025-ci il tarixdə Rusiya Federasiyası, Donetsk Xalq Respublikası, Krasnoarmeysk rayonu, Yelizavetovka qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1984-cü il tarixdə doğulmuş X2 27 aprel 2025-ci il tarixdə Rusiya Federasiyası, Donetsk Xalq Respublikası, Krasnoarmeysk rayonu, Yelizavetovka qəsəbəsində vəfat etmiş və bu barədə Krasnodar diyarı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin Novorosiysk şəhər dövlət ölüm qeydiyyatı üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İxtisaslaşdırılmış şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamənin Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış informasiya sisteminə daxil edilməsi üçün İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş, ölüm haqqında şəhadətnamədə mərhumun ölüm yeri Rusiya Federasiyası Donetsk Xalq Respublikası Krasnoarmeysk rayonu Yelizavetovka qəsəbəsi göstərildiyindən, Azərbaycan Respublikası tərəfindən Donetsk vilayətinin Ukraynanın tərkib hissəsi kimi tanındığından və həmin vilayətin Rusiya Federasiyası tərəfindən ilhaq edilməsinin qanuni hesab edilmədiyindən ölüm haqqında şəhadətnamənin Azərbaycan Respublikasının "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış informasiya sisteminə daxil edilməsindən imtina edilmişdir. Məhkəmə ərizəni mülki iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd olunur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Məhkəmə qeyd edir ki, xx.xx.1984-cü il tarixdə doğulmuş X1 27 aprel 2025-ci il tarixdə Rusiya Federasiyası, Donetsk Xalq Respublikası, Krasnoarmeysk rayonu, Yelizavetovka qəsəbəsində vəfat etməsi faktı xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamə sənədi ilə artıq müəyyən olunmuşdur. Yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Belə ki, Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 152.3 və 152.4-cü maddələrinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İnzibati icraat haqqında qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İş materialında olan İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X1 ölümünün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə tədqiq edərək yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, X1 27 aprel 2025-ci il tarixdə vəfat etməsi faktı Krasnodar diyarı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin Novorosiysk şəhər dövlət ölüm qeydiyyatı üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İxtisaslaşdırılmış şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamədə öz əksini tapdığından Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçi izah edilməlidir ki, İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli ölümün qeydə alınmasından imtina haqqında rəyindən Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.3, 152.1.3, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli ölümün qeydə alınmasından imtina haqqında rəyi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar