Məhkəmə qərarları › İş №2(036)-253/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-253/2024

29.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-253/2024 29.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi X8, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Mersedes Benz” markalı “**-DY-***” dövlət qeydiyyat nişanlı avtomobili yararsız hala saldığına görə 3860 (üç min səkkiz yüz altmış) manat məbləğində maddi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 14 sentyabr 2023-cü il tarixdə saat 14:00 radələrində X2 rayon ərazisindən keçən 99-cu km-də Cavabdeh idarə etdiyi “Vaz 2106” markalı “**-NZ-***” dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olan zaman yol hərəkəti qaydasını pozmuş və nəticədə ona məxsus “Mersedes Benz” markalı “**-DY-***” dövlət nömrə nişanlı avtomobillə toqquşdu. Qeyd edir ki, həmin hadisə nəticəsində onun avtomobilinə 8860 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin əməkdaşı hadisə yerinə gəlmiş və İXP ******* saylı protokol tərtib etdi. Həmin protokolla müəyyən edilmişdir ki, onun hərəkətində yol hərəkəti qaydalarına uyğunsuzluq olmamış, cavabdeh Yol hərəkəti haqqında qanunun tələblərini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsas məsuliyyətə cəlb edilmişdir. Həmin hadisədə onun təqsiri olmamışdır. Hadisənin baş verməsinə cavabdehin yol hərəkəti qaydalarını pozması səbəb olmuşdur. Hadisə nəticəsində onun maşınına 8860 manat məbləğində zərər dəymişdir və dəymiş zərər "xxxx" MMC-nin arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin tələblərinə görə inzibati xəta nəticəsində vurulan maddi zərər mübahisəsiz qaydada ödənilmədikdə, zərərin ödənilməsi mülki qaydada həlİ edilir. Ona dəyən ziyanın 5000 manatını Sığorta şirkəti ödəyib. Yerdə qalan 3860 manatı məbləğində pulu isə cavabdeh tərəfindən ödənilmir. Hesab edir ki, ona məxsus “Mersedes Benz” markalı “**-DY-***” dövlət qeydiyyat nişanlı avtomobili yararsız hala saldığına görə 3860 (üç min səkkiz yüz altmış) manat məbləğində maddi zərərin cavabdehdən alınıb ona ödənilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, hadisə gecə saatlarında baş vermişdir. Cavabdeh idarə etdiyi avtomobili ara məsafəsi saxlamadan onun idarə etdiyi avtomobilə çırpmış və hadisə avtomobili yararsız hala düşmüşdür. Hazırda Cavabdeh tərəfindən ona dəyən ziyan ödənilməmişdir. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X13 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, İddiaçı onun atasıdır. Həmin hadisə zamanı ailə üzvləri xəsarət almışdır. Avtomobilə dəyən ziyan sığorta şirkətinin ödədiyi məbləğdən çoxdur. Ekspert rəyində göstərilən məbləğ həmin avtomobilə dəyən ziyanla uyğundur. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı sığprta şirkəti tərəfindən avtomobilin təmir edilməsi təklif olunsa da o, təmiri deyil, pulu seçmişdir. Əgər o, təmiri seçsəydi, sığorta şirkəti onu tam təmir edəcəkdi. Ona görə hesab edir ki, iddiaçı hazırda ondan pul tələb etməsi əsassızdır. Ona görə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixində saat 14:00da “Vaz 2106” markalı “**-NZ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilərək, İddiaçı idarə etdiyi “Mersedes Benz” markalı “**-DY-***” dövlət nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan Xİİ tağım YPX X12 X1 tərəfindən qəbul edilmiş TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh tərəfindən “Vaz 2106” markalı “**-NZ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən edərkən xx.xx.2023-cü il tarixdə saat 14:00-da Hacıqabul Horadiz yolunun 99 km-liyində araməsafəsi qaydarının pozulması nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 39 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı məxsus “Mersedes Benz” markalı “**-DY-***” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 8860 (səkkiz min səkkiz yüz altmış) manat maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 16 sentyabr 2024-cü il tarixli 703 saylı ekspert rəyindən görünür ki, Cavabdeh aşkar edilmiş xəsarət – sifətin sağ yanaq nahiyəsində və burnun uc hissəsində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 16 sentyabr 2024-cü il tarixli 706 saylı ekspert rəyindən görünür ki, İddiaçı aşkar edilmiş xəsarət – sol diz oynağının ön-iç səthində qançır bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 16 sentyabr 2024-cü il tarixli 707 saylı ekspert rəyindən görünür ki, X7 aşkar edilmiş xəsarət – sol saidin yuxarı 1/3 arxa səthində, sol diz oynağının iç səthində qançırlar bərk bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 16 sentyabr 2024-cü il tarixli 708 saylı ekspert rəyindən görünür ki, X3 aşkar edilmiş xəsarət – sol budun orta-aşağı 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində qançırlar bərk bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Bİ Tİ YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Azər Əmiraslanovun xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məlum olur ki, sürücü Cavabdeh hərəkətlərində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar BDYPİ YPXA-na göndərilmişdir. İşdə olan yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 23958/2023 saylı ödəniş aktından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı zərərçəkən qismində “Mercedes Benz E200 CDİ” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəymiş ziyan üçün 5000 (beş min) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024-cü il tarixli 9/3307 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli nöqsan aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Mercedes Benz E200 CDİ” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7870,0.manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 6320,0 manat; Təmir-bərpa işlərinin qiyməti - 1550,0 manat. “Mercedes Benz E200 CDİ” markalı, 2009-cu il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 25000,0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 5% - 1250,0 manat ( 25000,0 manat x 5%) aşağı olması istisna edilmir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes Benz” markalı “**-DY-***” dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2020ci il tarixdən İddiaçı mülkiyyətindədir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İşə baxan məhkəmənin mövqeyi: İddiaçı hazırkı iş üzrə cavabdehin hərəkətləri nəticəsində ona maddi zərərin dəyməsinə istinad etmiş, ona dəyən zərərin əvəzində cavabdehdən pul vəsaiti tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilə yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində maddi ziyan dəymişdir. Məhkəmə iddia tələbinin cavabdehdən maddi zərərin tutulmasına dair hissəsinə qiymət verərək hesab edir ki, hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş delikt törədən olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 14 sentyabr 2023-cü il tarixdə saat 14-00 radələrində Hacıqabul-Horadız yolunun İmişli rayon ərazisindən keçən 99-cu km-də Cavabdeh oglu idarə etdiyi «Vaz- 2106» markalı.**-NZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Horadiz istiqamətində hərəkətdə olarkən.əks istiqamətdə hərəkətdə olan İddiaçı idarə etdiyi Mercedes-Benz markalı **-DY-*** nömrə nişanlı avtomaşınla toqquşmuşdur və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə inzibati təhbeh tətqib edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh təqsiri qanunla müəyyən edilmiş qaydada öz təsdiqini tapmışdır. Beləliklə, delikt törədən şəxsin Cavabdeh olması müəyyən olunur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə vurulmuş zərərə görə Cavabdeh məsuliyyət daşıyır. Məhkəmə qeyd olunanlar kontekstində hesab edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi vəzifəsi Cavabdeh öhdəsinə qoyulmalıdır. Məhkəmə iddiaçıya dəymiş ziyanın həcmini müəyyən edərkən iş üzrə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024cü il tarixli 9/3307 saylı ekspert rəyini mötəbər sübut qismində qəbul edir və iddia tələbinin tam həcmdə, yəni 3860 (üç min səkkiz yüz altmış) manat məbləğində təmin edilməsini qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024-cü il tarixli 9/3307 saylı ekspert rəyinə əsasən 2009-cu il buraxılışlı “Mercedes Benz E200 CDİ” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 7870,0 manat müəyyən edilir. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 5% - 1250 manat ( 25000,0 manat x 5%) aşağı olması istisna edilmir. Belə olan halda iddiaçıya ümumilikdə, 7870 manat + 1250 manat = 9120 manat məbləğində zərər dəymişdir. Məhkəmə tərəfindən 5000 manat məbləğin sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyi nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia tələbi tam həcmdə yəni 3860 manat həcmində təmin edilməlidir. Belə ki, ekspert rəyinə əsasən ödənilməmiş zərər məbləği 4120 manat təşkil etsə də, hazırki iddia tələbinin həcmi 3860 manatdır. Buna görə də iddia tələbi isə iddia həcmində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan AA seriyalı 053498 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, iddiaçı Cəbrayıl rayonundan məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...... 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə, 58.6 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 3860 (üç min səkkiz yüz altmış) manat pulun tutularaq İddiaçı ödənilsin. 58.6 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X4, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar