Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2535/2025 01.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almzaxan qızının sədrliyi, X12 qızının katibliyi, Ərizəçi Tofik oğlunun iştirakı ilə Ərizəçi Tofik oğlunun şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Tofik oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X5 Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası xx.xx.1937-ci il təvəllüdlü X4 xx.xx.2025-ci ildə İmişli rayonu, Qulubəyli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar: xx.xx.1937-ci il təvəllüdlü X9 ərizəçinin atasıdır. X9 xx.xx.2025-ci ildə İmişli rayonu, Qulubəyli kəndində vəfat etmiş və İmişli rayonu Qulubəyli kənd qəbristanlığında dəfn olunmuşdur. O, atasının ölümü ilə bağlı İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə muraciət etmişdir. Qeydiyyat şöbəsi bundan imtina rəyi vermiş, səbəb də ölüm faktının təsdiq edən tibbi sənədin olmamasını göstərmişdir. Ona, İmişli Rayon Məhkəməsinə ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət edə biləcəyi izah olunmuşdur. Tibbi şəhadətnamə almaq üçün İmişli rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, həmin sənədlərinin verilməsinin mümkün olmadığı və məhkəməyə müraciət etməyi məsləhət bilmişdirlər. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi Tofik oğlu məhkəmə iclasında ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs İmişli Maraqlı şəxsndə qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: V-JQ seriyalı 387885 nömrəli 25 noyabr 1978-ci il tarixli doğum haqqında haqqında şəhadətnamənin surətinə əsasən, Ərizəçi Tofik oğlu xx xxxxxx 1961-ci ildə Sabirabad rayonu, Moranlı kəndində doğulmuş, atası X6, anası X1r. İ-İE seriyalı 299150 nömrəli 09 may 1957-ci il tarixli doğum haqqında haqqında şəhadətnamənin surətinə əsasən, X9 25 dekabr 1937-ci il tarixdə Sabirabad rayonu, Moranlı kəndində doğulmuş, atası X10, anası X2r. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaəretmə Birliyi" X15 “İmişli Rayon Mərkəzi Xəstəxanası” X15inin 18-1-46/2-M-9xx-xx-1267/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna əsasən, xx.xx.1937-ci il təvəllüdlü X4 adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarında göstərilən “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”na uyğun olaraq, yerli stasionar və ambulator müraciətlər olmadığı üçün xəstəxana tərəfindən verilməsi mümkün deyildir. İmişli Maraqlı şəxsndə qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli ölümün qeydə alınmasından imtina haqqında rəyindən görünür ki, X4 ölümünün qeydiyyata alınması barədə müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"-nın 8.5 bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İmişli Rayon İcra Hakimiyyəti Başçısının Qulubəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışına əsasən, X9 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, İmişli rayonu, Qulubəyli kənd qəbristanlığında dəfn olunmuşdur. Təcili və X3 Stansiyasının xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, X4 adına 03:10-da çağırış daxil olmuş, həkimə qədər ölüm müəyyən edilmişdir. Qəbiristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, mərhum X9 dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi Tofik oğlunun məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X9 xx.xx.2025-ci il tarixdə İmişli rayonu Qulubəyli kəndində vəfat etmiş və İmişli rayonu Qulubəyli kəndi qəbristanlığında dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə atasının ölümünə görə dəfn üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin alınması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1937-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə İmişli rayonu, Qulubəyli kəndində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1937-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə İmişli rayonu, Qulubəyli kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə İmişli rayonu Qulubəyli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №2(036)-2535/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2535/2025
01.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver